Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:18

Dövlət Departamentinin hesabatında deyilənlər və reaksiyalar


Arxiv foto: Bakıda müxalifətin etiraz aksiyalarından birində saxlananlardan biri.
Arxiv foto: Bakıda müxalifətin etiraz aksiyalarından birində saxlananlardan biri.
ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatı yayılıb. 2011-ci ili əhatə edən sənədin Azərbaycana aid hissəsində qeyd edilir ki, Azərbaycan Konstitusiyasında hakimiyyət bölgüsü nəzərdə tutulsa da, faktiki olaraq bu ölkədə prezident icra, qanunverici və məhkəmə hakimiyyətləri üzərində dominant mövqeyə malikdir.

3 SAHƏDƏ PROBLEM

Azərbaycanda insan haqlarının vəziyyətindən bəhs edən hesabat müəllifləri bu sahədə 3 əsas problem olduğunu bildirirlər: insan haqları, məhkəmələrin müstəqil olmaması və insanların zorla evlərindən çıxarılmaları – mülkiyyət hüquqlarının pozulması.

Hesabatda yazılır ki, 2011-ci il ərzində qanuna zidd qətllərin törədilməsinə dair məlumatların heç biri nə hökumət, nə də onların araçıları tərəfindən təsdiqlənməyib. Lakin insan haqları müdafiəçiləri məlumat verir ki, ən azı 9 nəfər polisdə və ya hərbi təcridxanada ölüb.

Elvin Əsgərov
Elvin Əsgərov
Məsələn, yanvarın 13-də Bakının Nizami rayon Polis İdarəsinin təcridxanasına aparılmış Elvin Əsgərovun ölümü. Polis açıqlama verib ki, Əsgərov polisdən qaçıb qurtulmaq istəyərkən bir neçə dəfə yıxılıb və aldığı travma nəticəsində vəfat edib. Yerli QHT-lər və ATƏT-in təmsilçiləri bu bəyanatı mərhumun travmalarını göstərən fotosundan az etibarlı hesab edir.

VƏKİLƏ BÖHTAN İTTİHAMI

Daha sonra Əsgərovlar ailəsi də polisin açıqlaması ilə bağlı şübhələrini açıqlayıblar. Ailənin vəkili Xalid Bağırov az sonra Vəkillər Kollegiyasından polisə böhtan ittihamı ilə uzaqlaşdırılıb.

Avqustun 28-də Turac Zeynalov Naxçıvanda Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında vəfat edib. Nazirlik əvvəlcə onun dəri xərçəngi nəticəsində öldüyünü açıqladı və bildirdi ki, sinəsində, kürəyində və qarnındakı döyülmə izləri radiasiya müalicəsinin nəticəsində yaranıb. QHT-lər bu iddiaları «əsassız» adlandırıb. Zeynalovun cəsədi kamerayla çəkilib və yas mərasimində göstərilib, internetdə yerləşdirilən bu videoda döyülmə izləri aşkar görünür.

ORDUDA ZORAKILIQ

Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi bu ildə də təmas xəttində atışma halları müşahidə edilib və hər iki tərəfdən itki qeydə alınıb. Mülki şəxslərin qətlə yetirilməsinə rast gəlinməyib.

Orduda zorakılıq çox geniş yayılıb və bəzi hallarda ölümlə nəticələnib.

Yerli insan haqları təşkilatları məlumat verir ki, 2011-ci il ərzində ən azı 97 ölüm halı qeydə alınıb, bunlardan 83-ü döyüşlə əlaqədar olmayıb, bura 17 hərbçinin yeni əsgər tərəfindən öldürülməsi, 12 nəfərin intiharı və 9 əsgərin naməlum şəraitdə ölməsi də daxildir.

İTKİNLƏR

Bu il siyasi səbəblərdən hər hansı oğurlanma halı müşahidə edilməyib.

Prezident İlham Əliyev Goranboy rayonunda xidmət çəkən əsgəri mükafatlandırır, 21 yanvar 2012
Prezident İlham Əliyev Goranboy rayonunda xidmət çəkən əsgəri mükafatlandırır, 21 yanvar 2012
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası məlumat verib ki, 4,046 Azərbaycan vətəndaşı Qarabağ münaqişəsi nəticəsində itkin kimi qeydiyyata alınıb.

Bundan başqa, qurum açıqlayıb ki, bu il 3 erməni hərbçisini və 1 mülki şəxsi Azərbaycandan çıxarıblar. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bu 3 hərbçinin üçüncü ölkəyə aparılmasını təmin ediblər, Beynəlxalq Qırmızı Xaç Komitəsi isə mülki şəxsin Ermənistana qaytarılmasını təmin ediblər. Dövlət komissiyası həmçinin Qırmızı Xaç Komitəsi tərəfindən 1 Azərbaycan əsirinin qaytarılmasını qeyd edib.

İŞGƏNCƏ VƏ ZORAKILIQ

İşgəncə və digər qeyri-insani, qəddar cəza növündən istifadə edilməsini Azərbaycanın Konstitusiyası və Cinayət Məcəlləsi qadağan edir və buna görə 10 ilə qədər cəza nəzərdə tutur.

Bununla belə, hüquq-mühafizə orqanlarının jurnalistlərə və etirazçılara qarşı güc istifadə etməsinə dair məlumatlar var. Ən pis rəftar isə polis bölməsində saxlanılan vaxt müşahidə edilib.

Yerli insan haqları müdafiəçiləri bildirir ki, bu il təcridxanalarda 136 nəfər təhlükəsizlik qüvvələri tərəfindən işgəncəyə məruz qalıb. 2010-cu ildə bu rəqəm 169 idi. Bu il həbsxanalarda ölənlərin sayı ən azı 9-dur.

Cəzasızlıq Azərbaycanda hələ də problem olaraq qalır.

Hakimiyyət saxlanılan şəxslərin müstəqil tibbi ekspertizadan keçməsini faktiki olaraq qadağan edib.

BƏXTİYAR HACIYEVİN HƏBSİ

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Yanvarın 24-də həbs edilən fəal Bəxtiyar Hacıyev hərbi xidmətdən yayınmada ittiham edilib. Hacıyevin sözlərinə görə, o, işgəncəyə məruz qalıb və zaminə buraxılandan sonra zor tətbiq ediləcəyi ilə hədələnib.

Human Rights Watch bildirir ki, Hacıyevin vəkili Elçin Namazov müdafiə etdiyi şəxsin boynunda açıq yara, gözlərində döyülmə əlamətləri olduğunu deyib.

Yerli müşahidəçilər bildirirlər ki, hərbi hissələrdə zorakılıq geniş yayılıb, bura fiziki və seksual xarakterli həqarət də daxildir.
AzadlıqRadiosu hesabatdan ayrı-ayrı hissələri yaxın günlərdə çap edəcək:

- Polis və təhlükəsizlik xidməti

- Həbsxanalarda və təcridxanalarda vəziyyət

XS
SM
MD
LG