Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:52

Siyasilərin Euro-2012 barədə proqnozları


Vəfa Quluzadə
Vəfa Quluzadə
-
Futbol üzrə 14-cü Avropa Çempionatında siyasilərdən kim hansı komandaya azarkeşlik edir? Kim hansı komandanı çempion görür?

RUSİYA ŞANSLIDIR, ALMANİYA DA PİS DEYİL

Politoloq Vəfa Quluzadə deyir ki, illər keçdikcə, tanınmış futbolçular bir çox komandaları tərk etdiyindən budəfəki çempionatla bağlı proqnoz vermək çətindir:

«Məsələn, vaxtilə güclü olan Çexiya komandası indi xeyli zəifdir. Elə bu səbəbdən də həmişə zəif olan Rusiya komandası çempionatın açılış günündə onu 4:1 hesabı ilə darmadağın etdi».

Proqnoz verməyin çətin olduğunu desə də, Vəfa Quluzadə 14-cü Avropa çempionatında daha çox Rusiyanı şanslı sayır. Amma politoloq hesab edir ki, Almaniya da uğur qazana bilər.

«FUTBOLDA PROQNOZ ZÖVQ MƏSƏLƏSİDİR»
İsa Qəmbər
İsa Qəmbər

Müsavat başqanı İsa Qəmbər isə konkret hansısa komandaya yox, yaxşı oyuna azarkeşlik edir. O, ötən illərlə müqayisədə futbolun və texniki vasitələrin xeyli inkişaf etdiyini deyir. Müsavat başqanı futbol reportajlarından da ləzzət aldığını deyir.

Qaldı proqnozlara, İsa Qəmbər digər sahələrlə müqayisədə futbolda proqnozu zövq məsələsi sayır. Amma o, Almaniyanı Avro-2012-nin çempionu sayır:

«Mənə elə gəlir ki, finalda almanlarla ispanlar qarşılaşacaq və almanlar qalib gələcək».

İsa Qəmbər çempionatın açılışında Rusiya və Polşa millisinin oyununu müsbət qiymətləndirir. Amma deyir ki, çempionatın favoriti sayılan komandalarla Rusiyanın eyni oyun nümayiş etdirəcəyinə az inanır.

Bu oyunlar haqda sənin fikrin nədir?
EURO2012 FORUMUNA GƏL
Şərhlərini digər futbol azarkeşləri ilə bölüş

XS
SM
MD
LG