Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:55

Amerikada ən güclü lobbi hansıdır?


Amerikada silah dükanı, Kanzas
Amerikada silah dükanı, Kanzas
-

Son həftələrdə Amerikada artıq 2-ci dəfədir ki, kütləvi qətl hadisəsi törədilir.

Iyulun 20-də Colorado ştatının Aurora şəhərində bir gəncin kinoteatrda törətdiyi qətliam 12 nəfərin həyatına son qoymuşdu.

Avqustun 5-də isə Wisconsin ştatının Milwaukee şəhərində Sinkh məbədinə hücum olub. 6 nəfər öldürülüb.

Məbəddə qətliam törədən şəxsin kimliyi bəlli olub.

Bu, 6 il Amerika ordusunda xidmət etmiş Wade Michael Page-dir.

O, hadisə yerinə gələn polis əməkdaşları ilə də atışıb.

Atışma nəticəsində qatil məhv edilib

Wade Michael Page vaxtilə ordunun psixoloji hazırlıq bölməsində xidmət edib və 1998-ci ildə ordudan pis xidmətə görə tərxis edilib.

Tərxisolunmanın konkret səbəbi hələ ki bilinmir.

Bundan əvvəl rəsmilər qətli törədənin 40 yaşlı, cüssəli, bədəni tatuirovkalı ağdərili şəxs olduğunu demişdilər.

Şahidlərin dediyinə görə, boyu təxminən 180 santimetr olan şəxs məbədə girəndən sonra heç nə demədən içəridəkilərə atəş açmağa başlayıb.

Federal Təhqiqat Bürosu deyir ki, cinayətin motivi hələ ki dəqiqləşməyib.

CBS News isə öz mənbələrinə istinadla xəbər verir ki, hələ ki həmin şəxsin hansısa ekstremist təşkilata üzv olduğu haqda məlumat olmasa da, cinayətin irqi, yaxud milli zəmində törədilməsi də mümkündür.

Sinkhizmi Amerikaya 19-cu əsrdə hindlilər gətiriblər. İndi ABŞ-da bu dinə tapınanların sayı 250 min nəfərdir.

Sinkh məbədinin çölündə ziyarətçilər bir-birinə təsəlli verirlər, 5 avqust, 2012
Sinkh məbədinin çölündə ziyarətçilər bir-birinə təsəlli verirlər, 5 avqust, 2012
Həm prezident Barak Obama, həm də prezidentliyə namizəd Mitt Romney qətliam qurbanlarının ailələrinə başsağlığı veriblər. Bu cinayət Amerikada

Silah satışına nəzarətlə bağlı mübahisələri yenidən qızışdırıb

Amma ekspertlər silah satışı ilə bağlı qanunların tezliklə sərtləşdiriləcəyini gözləmirlər.

Bu, Amerikada silah istehsalçılarının ölkə siyasətinə çox güclü təsiri ilə bağlıdır.

Milli Silah Assosiasiyası isə Amerikada ən güclü lobbi təşkilatı sayılır. Onun 4.3 milyon üzvü var. Amerikanın əvvəlki prezidentləri arasında da bu təşkilatın üzvləri olub.

Milli Silah Assosiasiyası öz fəaliyyətində Amerika Konstitusiyasına edilən 2-ci düzəlişə əsaslanır.

Həmin düzəlişə görə, hər bir amerikalının silaha malik olmaq haqqı var və bu, mülki azadlıqlardan biri sayılır.

Buna görə də Amerikanın silah dükanlarından nəsə almaq çox asandır. Hətta avtomatik silahlar da almaq mümkündür.

Kütləvi qətllərdə qurbanların sayının çox olması da bununla bağlı olur.

İyulun 20-də Colorado-da baş verən qətliamdan sonra prezident Obama silah satışına nəzarətin gücləndirilməsinin vacibliyi haqda danışsa da, bununla bağlı xüsusi bir təşəbbüsdə bulunmamışdı.

Ümumiyyətlə nə Obama, nə də Romney bu məsələni seçki kampaniyasının gündəminə gətirməyə çalışmamışdı.

Ekspertlər bunu onların seçki dövründə böyük lobbi qrupları ilə münaqişəyə girmək istəməməsi ilə əlaqələndirirlər.

Konqresdə isə Milli Silah Assosiasiyasının təsirində olanlar o qədər çoxdur ki, orada silah satışını məhdudlaşdıran hər hansı qanun layihəsi keçirmək çox müşkül işdir. Hətta bu mövzunu sadəcə müzakirəyə çıxarmaq da çətindir...
XS
SM
MD
LG