Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:31

Hərbi prokuror: «Orduda «dedovşina» faktları var»


Arxiv foto: Dedovşina faktı
Arxiv foto: Dedovşina faktı
«Ölümün səbəblərindən asılı olmayaraq, hətta əsgər durduğu yerdə vəfat edirsə belə, hər bir fakt üzrə cinayət işi açılır. Səbəblər ciddi şəkildə araşdırılır, hər bir fakt üzrə qanuni tədbirlər görülür».

APA-nın xəbərinə görə, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev jurnalistlərə açıqlamasında deyib: «Sadəcə olaraq, biz hər bir fakt barədə ictimaiyyətə məlumat vermirik, buna heç ehtiyac da görmürük».

Orduda «dedovşina» faktlarının olması barədə suala cavabında X. Vəliyev təəssüflə qeyd edib ki, bəzən belə faktlar ortaya çıxır: «Bunun səbəbi bəzi hallarda gərgin psixoloji vəziyyətlə əlaqədar olur, bəzən isə heç nədən, bir kəlmə söz üstündə müəyyən hadisə baş verir».

Hərbi prokuror deyib ki, hərbi kontingentdə baş verən cinayətlərin sayının artması barədə yayılan məlumatların heç bir əsası yoxdur: «İldən ilə hərbi kontingentdə törədilən cinayətlərin sayı azalır. Məsələn, bu ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 10 faizdən artıq azalıb».
XS
SM
MD
LG