Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:52

“Əksinə, Mir Cəfər Bağırov Azərbaycan yazıçılarını xilas edib" (Debat)


“Əksinə, Mir Cəfər Bağırov Azərbaycan yazıçılarını xilas edib"
Gözlə

No media source currently available

0:00 0:55:30 0:00
Direct-ə keçid

“Əksinə, Mir Cəfər Bağırov Azərbaycan yazıçılarını xilas edib"

-

Teyyub Qurban:

“Bağırovun yerində başqası olsaydı, repressiyanın qarşısını ala bilərdi? 37-ci illə bağlı yazıçıların övladları atalarının söhbətini eləyirlər, amma sənədlərlə tanış deyillər”.

Cəmil Həsənli:

““Bağırovun burda heç bir günahı yox idi” konsepsiyası ilə bu məsələlərə baxmaq olmaz. Bağırov bu sistemin bir həlqəsi idi”.

Zərdüşt Əlizadə:

“Atam həmişə alnıaçıq olub, kimin haqqında nə fikirləşib, onu söyləyib. Atam güclü alim olub, ola bilsin ki, Mikayıl Rəfilinin alimliyinə də şübhə edib. Burda nə bir qəbahət var?



Repressiya olunanlar yaxşı, sağ qalanlar pis adamlar olubmu? 37-də qələm yoldaşlarını "satqın", "əksinqilabçı", "musavatçı" adlandıranlara münasibət necə olmalıdır?

"Pen klub"dakı debata repressiya illəri haqda sənədlər əsasında yazılmış "Həqiqət olduğu kimi" kitabının müəllifi Teyyub Qurban, sovet dövrünün araşdırıcısı, tarixçi professor Cəmil Həsənli və şərqşünas alim Mübariz Əlizadənin oğlu Zərdüşt Əlizadə qatıldı.

PROQRAMI DİNLƏ


Söhbətə studiyanın qonağı Teyyub Qurbanla başladıq.

“ƏKSİNƏ, BAĞIROV AZƏRBAYCAN YAZIÇILARINI XİLAS EDİB"

- Kitabınızı "Həqiqət olduğu kimi" adlandırmısız. 70-80 il əvvəl baş verənlərə yenidən qayıtmağa zərurət varmı?

- Çox var. Bu, millətə lazım olan incə məsələlərdir. 1918-ci ildə böyük öndərimiz Məhəmməd Əmin Rəsulzadə müsəlman aləmində ilk demokratik respublikanın, belə deyək də, konstitusiyasını yazıb. Qızıl Ordu isə hakimiyyətə gələndən sonra belə bir respublikanın mövcudluğunu inkar etmək istəyib. Mir Cəfər Bağırovun böyüklüyü onda olub ki, Demokratik Cümhuriyyətə məxsus sənədlər Azərbaycan arxivlərində qalıb. 2005-ci ildə, Cümhuriyyət hökumətinin 100 tələbəni xaricə oxumağa göndərməsi ilə bağlı arxiv sənədləri görmüşəm. Onların ərizələrini, adlarını oxumuşam. Bu sənədləri çap etdirmişəm.

Arxivə girmək asandırmı?

- 1992-93-cü illərdə Bakının Suraxanı rayonunun icra başçısının müavini işləmişdim. Sonra məni işdən çıxardılar. Ağlıma gəlmirdi ki, işsiz qalaram, gedib arxivdə sənədlər axtarmalı olaram. 1994-cü ildə Rəsulzadənin 100 illiyinin keçirilməsi ilə bağlı prezident sərəncam verdi, 6 ay sonra isə o, qadağan olundu, şəkilləri götürüldü. Onda mən
Cəmil Həsənli
Cəmil Həsənli
“Dönməzlik” əsərini yazdım, sonra fikirləşdim ki, cümhuriyyət banisi məlum. Bəs Mir Cəfər Bağırov haqqında niyə məlumat yoxdur? Beləcə, düşdüm arxivlərə. Axırda keçmiş partiya arxivi, indi Prezidentin İşlər İdarəsinin siyasi sənədlər arxivi adlanır, ora getdim. Dedilər ki, Bağırov xalq düşmənidir, onun barəsində heç bir material yoxdur. Dedim, onda 1920-ci ildən bəri, Azərbaycan sovetləşəndən 53-ci ilə qədər olan sənədləri mənə verin, verdilər. Otaq dolusu qovluqlar idi. Bir-bir oxumağa başladım. Mir Cəfər Bağırov siyasətə müəllimlikdən gəlib. O kəs ki, cavanlıqda müəllim işləyib, o, cəllad ola bilməz. Arxiv sənədləri ilə tanış olandan sonra “Düşmənlərindən güclü şəxsiyyət” adlı kitab yazdım. Bu sənədlər olmasaydı, bilməzdim ki, Bağırov Azərbaycan yazıçılarının başına müsibətlər gətirməyib, əksinə, onları xilas edib. 37-ci ilin repressiyası... Bağırovun yerində başqası olsaydı, qarşısını ala bilərdi? 37-ci illə bağlı yazıçıların övladları atalarının söhbətini eləyirlər, amma sənədlərlə tanış deyillər.

- Amma 37-ci ildə Azərbaycan ədəbiyyatının tanınmış imzaları, ziyalılar həbs olundu, güllələndi, Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid... adını çəkmədiyimiz onlarla, yüzlərlə adam...

- Mikayıl Rəfili kimi adamları da Mir Cəfər Bağırov olmasaydı güllələyərdilər. Xalq Cümhuriyyəti hakimiyyəti dövründə Yazıçılar Birliyi kimi “Yaşıl qələmlər” cəmiyyəti var idi. Cəmiyyətin ən gənc üzvü Mikayıl Rəfili olub. Digər üzvlər arasında Əhməd Cavad və başqaları olub. 37-ci ildə “Yaşıl qələmlər”in üzvlərini güllələyiblər, çünki bu cəmiyyət Müsavatın vaxtında olub. Səməd Vurğuna gəldikdə, o, dahi şairdir, amma siyasətə yuvarlananda onu tarix bağışlamır. Onun Bağırova məktubları var, ona əsərlər yazıb. 53-cü ildə isə Bağırovun əleyhinə çıxış edib. Arxivdə var bu sənədlər.

REPRESSİYA QURBANLARININ SAYINA GÖRƏ AZƏRBAYCAN 6-CI YERDƏDİR

Telefonla söhbətə qoşulan sovet dövrünün araşdırıcısı, tarixçi professor Cəmil Həsənli bunları dedi:

- Hər məsələyə öz zamanının şərtləri daxilində yanaşmaq lazımdır. Bu hadisələri zamanından ayırıb bu günkü dəyərlə qiymətləndirəndə səhv nəticələr əldə alınır. Repressiya sovet hakimiyyətinin mahiyyətindən gələn məsələ idi. Ona görə də buna Stalin diktaturasından yanaşmaq lazımdır. Və adamları günahlandırmaq olmaz ki, sən niyə repressiya olunmadın. İndi bəzən çox diletantcasına deyirlər, filankəs filankəsin üzünə durub, filankəsin əleyhinə ifadə verib. Əgər adam öz əleyhinə ifadə verirsə, özünə qarşı söyüş işlədirsə, başqasının əleyhinə ifadə verməsinə təəccüblü yanaşmaq lazım deyil. Bu, sistemin, dövlətin problemləri idi. Ya proseslərin iştirakçısı olmalı idin, ya da subyekti. Bu mənada adamlara böyük seçim qoymamışdılar. İndi Teyyub bəy Bağırovun adamları xilas etməsindən, kimlərə isə qayğı göstərməsindən danışır, əlbəttə, bütün bunlar arxiv sənədləri ilə təsdiq olunur. Amma məsələ burasında idi ki, Kremlin siyahıları var idi. Yəni Moskvadan hazır siyahılar gəlirdi. Ad-soyad göstərilirdi bu siyahılarda ki, bu kəslər güllələnməlidir. Belə olan halda yerli rəhbərlər heç nə edə bilməzdi. Onu da deyim ki, bizdə yanlış təsəvvür var ki, Azərbaycan repressiya qurbanlarının sayı çoxdur. Say məsələsində Azərbaycan SSRİ məkanında 6-cı yerdə idi.

- Moskvadan gələn siyahılara yerli rəhbərliyin əlavəsi olurdumu?

- Bi siyahılar hazır gəlirdi. Ola bilsin ki, bu siyahının formalaşmasında hansısa
Səadət Akifqızı
Səadət Akifqızı
məsləhətləşmələr olurdu. Bu barədə bizim əlimizdə faktlar yoxdur. Stalinin imzaladığı bu siyahılarda Azərbaycandan təxminən 750-yə yaxın adamın adı olub. Amma onu da qeyd edim ki, hamısı azərbaycanlı olmayıb, onların arasında qeyri-azərbaycanlılar da var idi.

- Cəmil bəy, 37-də qələm yoldaşlarını "satqın", "əksinqilabçı", "musavatçı" adlandıranlara münasibət necə olmalıdır?

- Əvvəla, o damğaları vurmaq çox asandır. Dövrün xüsusiyyətini bilmək lazımdır. Adam gərək təsəvvür etsin ki, o dövrdə yaşasaydı necə davranardı. Bir repressiya maşını idi, onların üzərinə gəlirdi. O zaman göstəriş verilmişdi ki, xalq düşmənlərinin əleyhinə təbliğat aparılsın, iclaslar keçirilsin, yazılar yazılsın. İndi buna görə adamları damğalamaq bir az çətindir. Çünki bu, sistemin təzahür formalarından biri idi. İndi heç kim özündən qəhrəman düzəltməsin ki, o dövrdə olsa, belə etməzdi.

Teyyub Qurban söhbətə qoşulur:

- O vaxt Mikayıl Rəfilini Bağırov xilas elədi. Nəyə görə Rüstəm İbrahimbəyovu (ssenarist, yazıçı –red.) bu günə salmışıq? Əgər Mikayıl Rəfili bu gün yaşasaydı, onu öldürərdilər. Rüstəm İbrahimbəyovun bu gün xilaskarı yoxdur. Mən ziyalıyam, mən onu müdafiə edirəm, əlimdən nə gəlir? Xəlil Rza demişkən, 37-ci il bu gün də davam edir.

- Bir halda ki, hər ikiniz 37-ci illərdə baş verənləri dövrün mahiyyətindən doğduğunu deyirsiz, onda arxiv sənədlərin açılmasına ehtiyac varmı?

Teyyub Qurban:

- Bəli, açılmalıdır, açılmasa bizim həqiqi tariximiz yazılmaz.

Cəmil Həsənli:

- Fikrimcə, repressiya materiallarını çox peşəkarcasına işləmək lazımdır. Bu məsələlərə tək Azərbaycan çərçivəsindən yanaşmaq olmaz, sovet sistemi çərçivəsindən baxılmalıdır. Azərbaycandakı repressiyanı Sovet İttifaqı repressiyasından ayırmaq olmaz. Adamlara müdafiə imkanı qoyulmamışdı. Mən Teyyub bəyin araşdırmaları ilə tanışam, bunlar çox qiymətli araşdırmalardır, amma “repressiya pis idi, Bağırovun burda heç bir günahı yox idi” konsepsiyası ilə bu məsələlərə baxmaq olmaz. Bağırov bu sistemin bir həlqəsi idi.

- Teyyub Qurbanın arxiv materiallarından üzə çıxardığı bir epizodu oxuyum:

“1954-cü ilin aprel ayının 14-də Azərbaycan Sovet yazıçılarının ikinci qurultayı
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
öz işinə başladı. Qurultay nümayəndəsi, şərqşünas alim Mübariz Əlizadə üzünü zaldakılara tutdu: “Siz bilirsinizmi necə oldu Mikayıl Rəfili elmlər doktoru adını aldı? Məlumatınız olsun ki, Azərbaycanda dörd alim Rəfilinin dissertasiyasına mənfi rəy vermişdi. Nəhayət Rəfili Tiflisdə müdafiə etdi. Çünki o, Bağırova müraciət etdi və Bağırov da alimlik dərəcəsinə layiq olmayan bir adamı doktor etdi. (həmin vaxt Mir Cəfər Bağırov vəzifəsindən kənarlaşdırılmışdı) Beləliklə, Rəfili doktorluq kağızını alıb cibinə qoydu, arzusunu da quldurlar kimi Bağırova bağladı... Rəfili qeyri-qanuni olaraq professor adını almışdır. O, girir sinfə, ağzına gələni deyir. Buna artıq dözmək olmaz.”

Mübariz Əlizadənin oğlu Zərdüşt Əlizadə də telefonda bizimlə söhbətə qoşulur.

Zərdüşt bəy, 37-50-ci illərdə, öz iş yoldaşları, tanışları brədə ittihamlar səsləndirirdilər, “danos” yazırdılar. Bunlar isə qarşı tərəfin həbsinə, bəzən də güllələnməsinə səbəb olurdu, bu məsələlərə münasibətiniz necədir?


“ATAM AÇIQ DANIŞIB”

- Siz “danos yazmaq” dediz. Atam ikinci qurultayda açıq çıxış edib. Bu, açıq çıxışdı, yoxsa “danos”du? Atam həmişə alnıaçıq olub, kimin haqqında nə fikirləşib, onu söyləyib. Atam güclü alim olub, ola bilsin ki, Mikayıl Rəfilinin alimliyinə də şübhə edib. Burda nə bir qəbahət var?

- Zərdüşt bəy, məsələn, Teyyub Qurbanın arxivdən çıxardığı bir sənəddə şair Səməd Vurğunun bəzilərinə qarşı hücumu ilə bağlı yazılıb, onun çıxışıdı, bəzi adamları “müsavatçı”, “millətçi” adlandırır. İndi bu gündən baxanda, Səməd Vurğunu bu hərəkəti üçün günahlandırmaq lazımdırmı? Cəfər Xəndanın, Məmməd Cəfər Cəfərovun Mikayıl Rəfili barədə dedikləri var. Bəzən bu cür tənqidi, ittiham dolu çıxışlar həmin adamın həbsi ilə, bəzən güllələnməsi ilə nəticələnirdi.

- Hər zamanı özünün məntiqi ilə izah etmək lazımdır. Bir də bir söz var, mühakimə etmə, səni də mühakimə edərlər. O zaman “müsavat” pis söz idi, indi yaxşı, sizə deyirəm, yenə pis söz olacaq. Zamanında əxlaq və siyasi mənəviyyat, siyasi mədəniyyət nisbi məfhumdur. Səməd Vurğun XX əsr Azərbaycan poeziyasının parlaq günəşidir. Ona ləkə yaxmaq, hansısa siyasi mövqeyinə görə ona şıllaq atan adamların cılızlığı məndə yalnız ikrah hissi oyadır.


Söhbəti tam şəkildə BURDA dinlə
XS
SM
MD
LG