Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:36

Kilsəyə sidik boşaltmaq istəyən professor cəzalana bilər


"Pussy Riot" qrupunun üzvləri Moskva kilsəsinə girib "İlahi, bizi Putindən xilas et" pank-duası ifa etmişdilər, 21 fevral, 2012
"Pussy Riot" qrupunun üzvləri Moskva kilsəsinə girib "İlahi, bizi Putindən xilas et" pank-duası ifa etmişdilər, 21 fevral, 2012
-

Finlandiyada sidik dolu kanistri pravoslav kilsəsinə boşaltmağa cəhd edən professoru cinayət məsuliyyətinə cəlb edə bilərlər.

Helsinki Beynəlxalq Siyasət Universitetinin professoru Teyvo Teyvaynen bununla Rusiyada həbs edilmiş “Pussy Riot” pank-rok qrupunun üzvlərinə dəstək vermək istəyirmiş.

Amma maska geymiş professorla tətərfdarlarını kilsəyə buraxmayıblar və onlar kilsə qarşısında etiraz aksiyası keçiriblər.

“Pussy Riot”un üzvlərini Moskvada kilsədə hökumət əleyhinə mahnı ifa edəndən sonra tutub dini motivli xuliqanlıqda ittiham ediblər və yaxın günlərdə barələrində məhkəmə hökmü çıxarılacaq.

Professorun cinayət məsuliyyətinə cəlb edilməsi xahişi iləsə bir neçə ictimai fəal prokurorluğa müraciət edib.

Kollektiv müraciətə Finlandiya Antifaşist Komitəsinin təmsilçisi Yoxan Bekman, musiqiçi Tommi Lievemaa, dramaturq Yussi Parviaynen və başqaları imza atıblar.

Müraciət müəllifləri Rusiyanın “İnterfaks” agentliyinə deyiblər ki, artıq kilsə insidentinə görə cinayət işi qaldırılıb.

Çünki Finlandiya qanunları dini ayinlərin pozulması və başqa insanın dini inancına həqarəti qadağan edir.

Bundan başqa təhlükəsizlik qaydalarına görə, ictimai yerlərə üzü örtülü getmək olmaz. Bunun üçün xüsusi icazə olmalıdır.

Professora qarşı ittiham irəli sürülməsi isə indi Finlandiyanın baş prokurorluğundan asılıdır.

Avqustun 15-də isə Finlandiyada “Pussy Riot”a dəstək məqsədilə daha bir aksiya keçirilib.

Üç maskalı qız Helsinkidəki Rusiya səfirliyi qarşısında qurşaqdan yuxarı soyunaraq çılpaq sinələrindəki “Free Pussy Riot” (“Pussy Riot”u azad edin!) yazılarını nümayiş etdiriblər.

Polis onları ərazidən uzaqlaşdırıb.

Indi dünyanın bir sıra ölkələrində "Pussy Riot"a dəstək aksiyaları keçirilir, bəzi məşhurlar, o cümlədən pop-ulduz Madonna da Rusiya hökumətini qızları azad etməyə çağırıblar.
XS
SM
MD
LG