Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:59

Lökbatanda baş verən qəza ilə ilə bağlı cinayət işi başlanıb [Video]


Azerbaijan. Baku. Train and bus crash in Baku. Lokbatan
Azerbaijan. Baku. Train and bus crash in Baku. Lokbatan
-
Hadisə şahidləri APA-ya bildiriblər ki, sərnişin avtobusu dəmir yol xəttində qoruyucu şlaqbaumu keçən zaman sönüb. Bu vaxt sərnişin qatarının sürətlə yaxınlaşdığını görən sürücü və sərnişinlərdən bəziləri avtobusdan düşərək canlarını qurtara biliblər.
Qatarın dəmir yol xəttinin üzərində nasaz vəziyyətdə dayanan avtobusu təxminən 20 metr sürüdüyü bildirilib.
Şahidlər onu da deyiblər ki, şlaqbaumu tənzimləyən şəxs qəza baş verən zaman yatmış olub.

CİNAYƏT İŞİ BAŞLANIB
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Bakının Qaradağ rayonunda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, avqustun 31-də saat 07:30-da Bakı-Ağstafa marşrutu ilə hərəkət edən sərnişin qatarı Qaradağ rayonu ərazisində hərəkətdə olarkən “Daewoo” markalı, 10 TF 427 dövlət nömrə nişanlı 124 №-li sərnişin avtobusu ilə toqquşub.

MƏQALƏ FOTOLARDAN SONRA DAVAM EDİR...



APA yazır ki, dərhal hadisə yerinə Daxili İşlər, Səhiyyə, Nəqliyyat nazirliklərinin və digər qurumların əməkdaşları gələrək qəzanın aradan qaldırılması, qəza nəticəsində xəsarət alan şəxslərə təcili tibbi yardım göstərilməsi və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Fakta görə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 262.3-cü (Dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma) və 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb.

HADİSƏ ŞAHİDİ DEYİR Kİ...

Hadisənin şahidlərindən biri yaxınlıqda yaşayan Rauf Babayevdir. O AzadlıqRadisouna deyib ki, o yaralıların daşınmasına yardım edib. onun dediyinə görə, yaralıların sayı 20-ə yaxındır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya deyib ki, yaralıların sayı 41 nəfərdir: “Kliniki Tibbi Mərkəzdə olan 8 nəfərin vəziyyəti ağırdır. Hazırda onlardan 2 nəfəri əməliyyatdadır. Ümumilikdə qəzada 41 nəfər yaralanıb. Onlardan 32-si Kliniki Tibbi Mərkəzə, 9 nəfəri isə Travmatologiya İnstitutuna aparılıb. Onlardan 8 nəfərinə ambulator yardım göstərildikdən sonra evə buraxılıb”.
Kliniki Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov isə bildirib ki, qəza nəticəsində Mərkəzə 1 nəfərin meyiti gətirilib, 2 nəfər isə yolda gətiriləndə ölüb. İndi onların şəxsiyyəti dəqiqləşdirilir: “Ölənlərin şəxsiyyətini dəqiqləşdirmək çətindir. Onların sənədi yoxdur və ya qohumları bilmirlər”.


Mərkəzdə qəza nəticəsində yaralanan 35 xəstə var.

SƏRNİŞİN: «HADİSƏYƏ SƏBƏB ŞLAQBAUMUN TEZ AÇILMASI İDİ»

Həmin vaxt 124 saylı avtobusda olan sərnişin Elçin Quliyev AzadlıqRadiosuna qəzayla bağlı bunları deyib:

«Bir onu bilirəm ki, ölənlər 20-dən çox olmalıdır. 124 nömrəli avtobusun sürücüsü maşını dəmiryol xəttinin üstündə saxladı. Keçə bilmədi. Sürücü düşüb qaçdı. Hadisəyə səbəb ərazidə olan şlaqbaumun tez açılması idi. Bundan sonra aləm qarışdı».

Elçin Quliyev deyir ki, 15 dəqiqə sonra həm təcili yardım, həm də hüquq-mühafizə orqanları hadisə yerinə gəliblər.

Hadisənin şokundan hələ özünə gələ bilməyən və danışmaqda çətinlik çəkən sərnişin sonda bunları söyləyib: “Mən bütün bu dəhşəti gördüm... Sonra da evə gəldim”.

QATAR AVTOBUSLA TOQQUŞUB

Avqustun 31-də səhər saat 7.30-da Ağstafa-Bakı marşrutu ilə hərəkət edən sərnişin qatarı avtobusla toqquşub.

Hadisə zamanı 7 nəfər ölüb, 9 nəfər yaralanıb.

“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətindən AzadlıqRadiosuna verilən məlumata görə, ölən və yaralıların sayı arta bilər.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən xəbərə görə, 35 nəfər yaralanıb. Yaralılardan 25 nəfəri Kliniki Tibbi Mərkəzə, 9-u Travmatologiya İnstitutuna, 1 qadın isə Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb.
Təcili Yardım Stansiyasından bildirirlər ki, 3 nəfərin meyitini morqa təhvil veriblər.

Onlardan ikisi qadın, biri kişidir. Qalan meyitləri isə polisin apardığı deyilir.
Hadisə ilə bağlı hələlik saxlanan yoxdur. Bunu isə AzadlıqRdaisouna Qaradağ Rayon Polis İdarəsindən deyiblər.
“Azərbaycan Dəmir Yolları”nın mətbuata verdiyi məlumata görə, qatar Puta-Heybət mənzilinin 513-cü kilometrindəki dəmir yolu keçidində “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşub.
Hüquq-mühafizə orqanları bildirirlər ki, hadisənin baş verməsinə səbəb sürücünün “Yol hərəkəti haqqında” qanunu pozması olub.
Bundan başqa araşdırma zamanı qorunan keçidin texniki vəziyyətinin Nəqliyyat Nazirliyinin “Dəmir yolu keçidlərinin istismarına dair Təlimat”ın tələblərinə uyğun olması da müəyyən edilib.
XS
SM
MD
LG