Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:55

Benqazidə konsulluğa hücum əvvəlcədən planlaşdırılıbmış


Barack Obama Dövlət Departamentinin işçisini qucaqlayır, 12 Senyabr 2012
Barack Obama Dövlət Departamentinin işçisini qucaqlayır, 12 Senyabr 2012
ABŞ-ın Benqazidəki konsulluğuna hücum əvvəlcədən planlaşdırılıbmış. ABŞ hökuməti bildirib ki, hücumda silahlı «Ansar ash-Sharia» və «Əl Qaidə islam Məqribində» qruplaşmalarının iştirakı istisna olunmur.

ABŞ prezidenti Barack Obama hücum edənlərin məsuliyyətə cəlb ediləcəklərini bildirib. O, bu hücumun Liviya ilə münasibətlərə zərər vurmayacağını da bildirib.

Obama bütün dünyadakı ABŞ diplomatlarının təhlükəsizliyinin gücləndirilıməsi göstərişi verib.

Avropa Birliyi və NATO hücumu pisləyib.

Bir qrup silahlı adam sentyabrın 11-i gecə ABŞ-ın Benqazi şəhərindəki konsulluğuna hücum edərək konsulluğu yandırıb. Nəticədə ABŞ-ın bu ölkədəki səfiri Christopher Stevens (Kristofer Stiven) və səfirliyin digər 3 əməkdaşı ölüb.
XS
SM
MD
LG