Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:30

Prezident: "İslamofobiyaya son qulmalıdır!"


Əfqanıstan prezidenti Kərzay BMT Baş Assambleyasında çıxış edir, 25 sentyabr 2012
Əfqanıstan prezidenti Kərzay BMT Baş Assambleyasında çıxış edir, 25 sentyabr 2012
-

Əfqanıstan prezidenti Həmid Kərzay BMT Baş Assambleyasındakı çıxışında Amerikada çəkilmiş “Müsəlmanların məsumluğu” filmini və Fransada Məhəmməd peyğəmbərin karikaturalarının dərcini pisləyib.

O bunları təhqir və təxribatçı hərəkət adlandırıb:

“Belə hərəkətlərə ifadə azadlığı adı ilə haqq qazandırmaq olmaz. Amma belə hərəkətlər həm də günahsız insanların ölümü ilə nəticələnən etiraz aksiyalarının təşkili üçün istifadə edilə bilməz”.

Kərzay Qərb siyasətçiləri və jurnalistlərinə müraciət edərək onları İslamofobiyanın yayılmasının qarşısını almağa çağırıb.

Onun fikrincə, islamofobiya sülhə və sivilizasiyaların dinc birgəyaşayışına təhlükə törədir.

Qalmaqallı filmi BMT Baş Assambleyasındakı çıxışında Pakistan prezidenti Asif Əli Zərdari də pisləyib.

Onun fikrincə, belə hərəkətləri edənlər cinayət məsuliyyətinə cəlb edilməlidirlər.

Çünki onlar ifadə azadlığından sui-istifadə edərək insanlar arasına nifaq salır, müxtəlif dini icmalar arasında uçurum yaradırlar.

SAAKAŞVİLİ: "ŞİMALDAN GƏLƏN PUL" GÜRCÜSTANI YOLUNDAN DÖNDƏRƏ BİLMƏZ

BMT Baş Assambleyasında Gürcüstan prezidenti Mixeil Saakaşvili də çıxış edib.

Onun sözlərinə görə, Gürcüstan demokratiya yolunu seçdiyi üçün xarici təzyiqlərlə üz-
Gürcüstan prezidenti Mixeil Saakaşvili BMT Baş Assambleyasına müraciət edir, 25 sentyabr 2012
Gürcüstan prezidenti Mixeil Saakaşvili BMT Baş Assambleyasına müraciət edir, 25 sentyabr 2012
üzədir. Amma bütün təzyiqlərə baxmayaraq Gürcüstan xalq qarşısında cavabdeh olan hökumət qurulması, şəffaf seçkilərin keçirilməsi, islahatların aparılması yolundan dönməyəcək və öz gələcəyini özü müəyyən edəcək:

“Sovetizm və post-sovetizm qaçılmaz tale-qismət deyil. Mütəşəkkil cinayətkarlıq və zorakılıq da tale-qismət deyil. Brejnevin işlətdiyi və Putinin yeni formada gündəmə gətirdiyi “məhdud müstəqillik” də tale-qismət deyil”.

Saakaşvili bildirib ki, ölkəsi indi seçki ərəfəsindədir və seçki Gürcüstanda demokratiyanın, plüralizmin daha da genişlənməsinə şərait yaradacaq. Nə hərbi müdaxilə, nə də “şimaldan gələn pul” Gürcüstanı bu yoldan döndərmək iqtidarında deyil.

BMT-NİN BAŞ KATİBİ QAN TÖKÜLMƏSİNİ DAYANDIRMAĞA ÇAĞIRIR

Baş Assambleyanın gündəmindən Suriyadakı vəziyyət də düşmür.

BMT-nin baş katibi Ban Ki Mun Suriyada qan tökülməsinin qarşısının alınması üçün dünya ölkələri razılığa gəlməyə çağırıb.

Bundan əvvəl isə assambleyadakı çıxışında Amerika prezidenti Obama söz vermişdi ki, onun ölkəsi Suriya prezidenti Bəşər Əsədi devirməyə çalışan suriyalılara dəstək verəcək. O, Əsədi “öz xalqının qanını tökən diktator” adlandırmışdı.
XS
SM
MD
LG