Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:34

Ahmadinejad deyir ki, İran parlamenti şeytanla doludur


Mahmud Ahmadinejad Nyu-Yorkda, 26 sentyabr 2012
Mahmud Ahmadinejad Nyu-Yorkda, 26 sentyabr 2012
-
İran prezidenti Mahmud Ahmadinejad həmişə BMT Baş Assambleyasında kəskin çıxışları ilə yadda qalıb.

Bu dəfə də istisna olmayıb. BMT-nin baş katibi Ban Ki-Moon'a sərt fikirlər bildirməyəcəyi haqqında söz versə də, vədinə xilaf çıxıb.

Çıxışından əvvəl Nyu-Yorkda keçirilən mətbuat konfransında o, İsraili nəzərdə tutaraq deyib ki:

«Onlar (İsrail) İranın tayı ola bilməz. Bu sionistlər kimlərdir? Xəritəni qarşınıza qoyub baxın. İran 7-10 min il bundan əvvəl də mövcud olub. Onlar isə son 60-70 ildə Qərbin köməyi ilə olduqları əraziləri işğal ediblər. Onların bu ərazidə tarixi kökləri yoxdur».

KOMEDİYA...

İsrailin İranın nüvə obyektlərinə mümkün hücumu haqda suala cavab verərkən Ahmadinejad bu təhdidləri ümidsizliyin əlaməti adlandırıb:

«Biz sionistlərin İranla bağlı hədə-qorxularını ciddi qəbul etmirik. İran böyük ölkədir. Sizi əmin edirəm ki, bizim bütün müdafiə imkanlarımız var. Biz özümüzü müdafiə etməyə hazırıq. Bilirik ki, sionistlər dalana dirənib. Bu dalandan xilas olmaq üçün macəra
İranda raket sınaqları
İranda raket sınaqları
axtarırlar».

M.Ahmadinejad İranın nüvə proqramına da toxunub, deyib ki, bu, çox cansıxıcı məsələyə çevrilib:

«İranın nüvə məsələsi cansıxıcı məsələyə çevrilib. Sizi əmin edirəm, hamı bilir ki, İran nüvə silahı istehsal etməyə çalışmır. Bizim nüvə proqramı ətrafında proseslər komediyanı xatırladır».

160 ADAM

Mətbuat konfransından sonra oteldən çıxanda, BBC-nin fars xidmətinin müxbiri ona İran nümayəndə heyətinin tərkibi haqda sual verib:

«İran parlamenti bildirib ki, siz 160 adam üçün viza almısınız».

Mahmud Ahmadinejad İran parlamentində
Mahmud Ahmadinejad İran parlamentində
M.Ahmadinejad özünü eşitməzliyə vuranda, jurnalist israr edib:

«Siz nə üçün 160 adama viza almısınız? Parlament soruşur ki, bu adamlar orda nə edir?».

Bundan sonra İran prezidenti ayaq saxlayır. Jurnalistə dönüb deyir:

«Parlament şeytanla doludur».

CNN-ə müsahibəsində isə İran prezidenti Qərbin homoseksuallara dözümünü tənqid edib:

«İcazə verin sizdən soruşum, homoseksuallardan hansısa biri uşaq dünyaya gətirir? Homoseksuallar nəsil artımının qarşısını alır. Pis bir əməli bir qrup legitim sayırsa, bu o demək deyil ki, digər qruplar da legitim saymalıdır».
XS
SM
MD
LG