Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:35

UNESCO: "Azərbaycanda gənc qızlar az maaşlı işlərdə çalışmağa məcburdur"


UNESCO bu gün dünyada təhsil səviyyəsinin monitorinqinə dair onuncu hesabatını açıqlayıb.

APA-nın qurumun rəsmi saytına istinadən yaydığı məlumata görə, hesabatda bildirilir ki, inkişaf etmiş ölkələrdə 15-24 yaşında 200 milyon insanın tam ibtidai təhsili yoxdur.

Monitorinqin nəticələrinə görə, bu gün dünyada hər səkkiz gəncdən biri işsizdir, yaxud maaşı yoxsulluq həddindən çıxmağa imkan vermir.

Hesabatda Azərbaycanla bağlı deyilənlər:

Sənədə əsasən, Azərbaycan əhalisinin 1,5 faizi baza təhsilinə malik deyil,
2 faizi ibtidai təhsilini başa vurmayıb, 6,5 faizinin yalnız ibtidai təhsili var, 10 faizi natamam orta, 10 faizi yarımçıq orta, 70 faizi tam orta və ali təhsilə sahibdir.

Azərbaycan əhalisinin 40 faizi aşağı keyfiyyətli orta, həmçinin peşəkar texniki təhsilə sahibdir, kənd yerlərində 15-24 yaşlı əhalinin 30 faizinin fundamental təhsili yoxdur.

Hesabatda qeyd olunur ki, bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda gənclərin işlə təminatında gender balansı ciddi şəkildə pozulur. Statistikaya əsasən, gənc qızlar daha az maaş ödənilən işlərdə çalışmağa məcburdur.
Bu mənzərə Azərbaycan, Misir və İranda müşahidə olunur.

Azərbaycanda kənd yerlərində 15-29 yaşlı, natamam orta təhsilə malik qızların 5 faizi, orta təhsilə malik qızların 25 faizi və natamam orta və orta təhsilli oğlanların 68 faizi hər gün 2 dollardan az maaş verilən işdə çalışırlar.

Şəhərlərdə bu göstərici yüksəkdir.
Burada natamam orta təhsil almış qızların 25 faizi, orta təhsil almış qızların 50 faizi, natamam orta və orta təhsilli oğlanların 60 faizi gündəlik gəliri 2 dollardan az olan işdə çalışır.

Ümumilikdə Azərbaycan əhalinin orta gəlir səviyyəsi orta həddən yuxarıda olan 56 ölkə sırasındadır. Bu ölkələr arasında Türkiyə, Rusiya, Belarus, Argentina, İran və başqa ölkələr var.
XS
SM
MD
LG