Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:44

«Azərbaycanın öz vətəndaşları ilə rəftarından dəhşətə gəlməliyik»


Arxiv foto
Arxiv foto
Howard Eissenstat «Washington Post»un 15 oktyabr sayındakı «Azərbaycan anti-İran rolundan zövq alır» adlı məqaləyə etirazını bildirib.

O, yazır: «Azərbaycanın İslam ölkələri üçün uğursuz bir dünyəvi ölkə modeli kimi təsvir olunduğu doqquzuncu paraqraf istisna olmaqla məni çox təəccübləndirdi və narahat etdi.

«Freedom House» Azərbaycanı dünyada söz azadlığının pis olduğu 18 ölkədən biri kimi və jurnalistləri və müxalif siyasətçiləri həbs edən 10 ən pis ölkədən biri kimi qiymətləndirib.

«Transparency İnternational»ın da dediyi kimi, o dünyanın ən çox korrupsiyalaşmış neft kleptokratiyalarından (oğru rejim) biridir. Sizin məqalədə Azərbaycanın Jennifer Lopes kimi ulduzların performansı vurğulanır: bunu da qeyd eləmək vacibdir ki, «Amnesty International» (hansına ki, mən Türkiyədə mütəxəssis kimi xidmət edirəm) ShakiraRihanna-ya açıq şəkildə yalvarmışdı ki, öz konsertlərini insan hüquqlarının pozulması üzrə məlumatın işığında olan bu ölkədə keçirməyi təkrar düşünsünlər.

İranın dini hakimiyyəti ola bilsin, sizin dediyiniz kimi, Azərbaycanın mədəniyyətindən dəhşətə gəlir. Lakin biz Azərbaycanın öz vətəndaşları ilə belə pis rəftarından dəhşətə gəlməliyik».
XS
SM
MD
LG