Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:38

Britaniya şahzadəsinin Azərbaycana olan marağının arxasında duranlar


1 dekabr 2009, Şahzadə Andrew Bakıda prezident İlham Əliyevlə görüşür
1 dekabr 2009, Şahzadə Andrew Bakıda prezident İlham Əliyevlə görüşür
"Şahzadə Andrew Azərbaycanla maraqlanmaqda davam edir" - Londonda çıxan “The DailyTelegraph” qəzetinin müxbiri Tim Walker məqaləsinə belə bir başlıq verib.

Məqalədə deyilir ki, şahzadə Britaniyanın Azərbaycandakı səfiri Peter Bateman-ı Bukingem Sarayına şəxsi görüşə dəvət edib.

Müxbir xatırladır ki, vaxtilə Birləşmiş Krallığın Ticarət və İnvestisiyalar üzrə Xüsusi elçisi olan şahzadə Andrew artıq bu vəzifəni icra etmir. Lakin hələ də neftlə zəngin, lakin korrupsiyanın mövcud olduğu Azərbaycanla maraqlanır.

Məsələyə aydınlıq gətirmək üçün Tim Walker Britaniya monarx ailəsinin sözçüsünə zəng edir. Aldığı cavab belə olur: “Bağışlayın, lakin biz kraliça ailəsinin hər hansı üzvünün hər hansı görüşünün təfərrüatları ilə bağlı məlumat vermirik. Bu, təsadüfi bir görüş olub. Hersoq əlbəttə ki, Brianiya biznesi, xüsusilə də kiçik və orta həcmli sahibkarlıq, elm və texnologiyalar, araşdırma və inkişafla maraqlanır”.

Qəzet yazır ki, Şahzadə Andrew Azərbaycan prezidenti İlham Əliyevlə 5 ildə 8 dəfə görüşüb və bu görüşlərdən ikisinin “tamamilə şəxsi” görüş olduğu bəyan edilib.

Daha sonra Tim Walker yazır: “Hersoqun səfərlərinin intensivliyi, yerli mediada belə xəbərlərin yayılmasına rəvac verib ki, onun Azərbaycanla - Xəzər sahilindəki qolf kurortu da daxil olmaqla, - şəxsi biznes əlaqələri var”.

Bukingem Sarayı bu iddiaları rədd edir.

Məqalədə deyilir ki, Azərbaycana səfərləri zamanı Hersoqa “əziz qonaq” xitabı ilə müraciət edilirmiş və o, 2009-cu ilin iyununda, belə səfərlərdən biri üçün Britaniya büdcəsinin hesabına 60 min funt sterlinqə şəxsi təyyarə kirayə edib. “Onun həmçinin prezident Əliyevə məxsus və kor rus massajçısının işlədiyi spaya da səfər etdiyi xəbər verilib”, - yazır müxbir.

Şahzadə Andrew-nun sözçüsü bildirib ki, Hersoq 2 ölkə arasında ticari əlaqələrin inkişafına çalışır və bunu ilk növbədə Azərbaycan hökumətinin xahişi ilə edir.
XS
SM
MD
LG