Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:39

Müasir oxucu kitabı alanda nəyə fikir verir? (Yeni trendlər)


-

Müasir insanın həyat tərzi, o cümlədən oxu vərdişləri sürətlə dəyişir.

Oxumaq üçün kitab seçəndə insanlar 2 əsas cəhətə fikir verirlər:

Asan oxunsun

Onların gündəlik qrafikinə uyğun olsun.


Müasir insanın öz istirahət vaxtını necə bölməklə bağlı seçimləri çoxdur və bu, məsələn, 100, 200 il əvvəlki insandan fərqlənir.

Tolstoyun 4 cildlik “Hərb və sülh”ü kimi şedevrlər çox deyil və ola bilsin belə dahiyanə əsərləri istisna etmək olar. Amma yəqin indi az adam tapılar ki, təzə çıxan kitab 2-3 cildlikdirsə, onu almağa meyli yaransın.

Yaxşı olardı ki, kitabın fəsilləri də qısa olsun – 2, 3, 4 səhifəlik və belə bir bitkin parçalardan birini oxuyub qurtaran oxucuda digər fəsillərdə nələrin baş verməsini bilmək həvəsi yaransın.

Bu, dükanda əlinə kitab alıb vərəqləyən müştərini də “qarmağa keçirmək” üçün yaxşı üsuldur.

Romanların çoxunun həcmi 70 min-100 min söz arasıdır.

Amma son trendlər göstərir ki, oxucular 45 min-65 min söz arası romanları daha həvəslə oxuyurlar.

Buna görə əvvəllər povest janrının həcminə uyğun sayılan əsərlər indi roman da adlandırılır, hətta 50-60 səhifəlik romanlar da artır.

Müasir oxucu müəyyən mənada tənbəldir, məsələn, köhnə romanlarda tez-tez rast gəlinən və hətta əsərin məziyyəti sayılan uzun təbiət təsvirləri indi bir çoxlarını yorur və onlara lazımsız təfərrüata varma kimi gəlir.

O həm də istəyir ki, hadisələr süjetdən çox yayınmasın.

Bir çoxları əsərin dilinin də sadə olmasını istəyir.

Yazıçı bunu nəzər alırsa, gərək cümlələri 10-12 sözdən uzun olmasın, çox mürəkkəb, hətta bir abzaslıq cümlələrdən imtina etsin.

Üstəlik də e-kitab bazarının böyüməsi, e-kitab oxuma qurğularının populyarlaşması kiçik formalar tələb edir.

Metroda telefon displeyində 3 cildlik roman oxumaq yəqin ki çətin olar.

700 səhifəlik romanı bu cür oxumaq da süjeti diqqətlə izləmək, yadda saxlamaq baxımından problemdir.

Əlbəttə bu o demək deyil ki, hamı ucuz detektivlər yazmalıdır, amma ən ciddi əsəri də oxucu vərdişlərinin dəyişməsini nəzərə almadan yazmaq yəqin düzgün olmazdı.

www.publetariat.com saytının materialları əsasında oxuzali.az
XS
SM
MD
LG