Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:44

Kafka. Cənnətdən niyə qovulduq?


Franz Kafka
Franz Kafka
-

Kafkadan məşhur sitatlar


“Tanrı insanı özünə bənzər yaradıb. İnsan da eyni şeylə ona əvəzini ödəyib”

***

“Məncə, biz ancaq bizi dalayan və canımızı acıdan kitabları oxumalıyıq. Əgər oxuduğumuz kitab, bizi beynimizin ortasından zərbə kimi sarsıtmırsa, onu, ümumiyyətlə, niyə oxuyasan ki? Deyirsən, bu bizi xoşbəxt edəcəkmi? Tanrım, əgər kitablar olmasaydı biz daha xoşbəxt ola bilərdik. Bizi xoşbəxt edəcək kitabları özümüz çox asanlıqla yaza bilərdik. Əslində isə bizə, bizi ən pis bədbəxtçlilk kimi sındıran, özümüzdən çox sevdiyimiz birinin itkisi, ya da uzaq meşəyə, insanlardan uzağa qovulan kəsin düşüncə durumu, intihar duyğusunu andıran kitablar lazımdır. Kitab içimizdə don vurmuş gölün səthini parçalaya bilən balta olmalıdır. Mən buna inanıram”.

***

“Ölümün mövcud olduğu yerdə heç nə ciddi ola bilməz”.

***

“İnsanın iki əsas qüsuru var, yerdə qalanları bunlardan törəmədir, səbirsizlik və tənbəllik. Səbirsiz olduqları üçün cənnətdən qovuldular, tənbəl olduqları üçün oraya qayıda bilmirlər. Amma bəlkə də əsas bircə qüsurları var, o da səbirsizlik. Səbisizliyə görə qovulmuşdular, səbirsizliyə görə də geri qayıda bilmirlər”.

***

“Sən məsələsən, amma ətrafda səni həll edəcək heç bir şagird yoxdur”.

***

“Qəfəsin biri quş axtarmağa çıxdı”.

***

“Həyat daim diqqətimizi yayındırır və bizi heç, onun bizi nədən yayındırdığının fərqinə belə varmağa macal tapmırıq”.


“Axı mənim yəhudilərlə nə ortaq cəhətim ola bilər? Bir halda ki, heç özümlə elə bir ortaq cəhətim yoxdur”.

***

“Bəbirlər məbədə hücum edib müqəddəs şərabları içirdilər, bu, mütəmadi təkrarlanırdı və axırda, öncədən gözlənilən bir hadisə kimi qəbul olunub ayinin bir parçasına çevrildi”.

***

“Şərə bir dəfə qapılarını aç, sonra gör gəlib daxilini ələ keçirmək üçün heç ona inanmağını gözləyəcəkmi”.

***

“Ov itləri hələ həyətdə oynaşırlar, amma ovları elə indidən meşədə nə qədər sürətlə qaçırlarlsa qaçsından, onların əllərindən qurtula bilməyəcəklər”.

***

“Onlara kral və ya kralın xəbərçiləri olmaq seçimləri verilmişdi. Bütün uşaqlar kimi onların da hamısı xəbərçi olmağı seçdilər. Geridə təkcə xəbərçilərin qalmasının səbəbi budur. Onlar dünyanı gəzib-dolaşır, artıq kral qalmadığı üçün, mənasını itirmiş xəbərləri bir-birlərinə çatdırırlar. Bu səfil həyatlarına məmnuniyyətlə son vermək istərdilər, lakin sadiqlik andı içdikləri üçün buna cəhd edə bilmirlər”.

***

“Niyə daim İlk Günaha görə özümüzü peşman hiss edirik? Axı cənnətdən İlk Günaha görə deyil, Həyat Ağacına görə qovulduq. Daha heç vaxt onun meyvələrindən yeməyək deyə.

***

“Dünyayla arandakı mübarizədə, dünyanın tərəfində ol”.


Tərcümə Namiq Hüseynlinindir.
XS
SM
MD
LG