Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:37

Polis İctimai Palatanın aksiyasına icazə verməyəcəyini deyir


Arxiv foto
Arxiv foto
-

«Bakı polisi dekabrın 10-da İctimai Palatanın aksiya keçirməsinə imkan verməyəcək». Bunu APA-ya açıqlamasında Bakı Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov deyib.
Rəsi müavini bunu Bakı Şəhər İcra Hakimiyyətinin aksiyaya icazə verməməsi ilə əsaslandırb:
«Razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir. Biz lazımı tədbirlərimizi görəcəyik. Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərsə, qarşısı alınacaq».
İctimai Palatdan AzadlıqRadiosuna planlaşdırılan aksiyanı keçirməkdə israrlı olduqlarını deyiblər.
Aksiya ilə bağlı bir neçə gün əvvəl edilən müraciəti Bakı şəhər icra hakimiyyəti dekabrın 6-da cavablandırıb. Məktubda Milli Məclis qarşısında aksiya keçirmək məqsədəuyğun hesab edilmir.
İctimai Palata eyni tələblə parlament qarşısında və Bakının mərkəzində bir neçə dəfə etiraz aksiyasına cəhd edib.
XS
SM
MD
LG