Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:48

Prezidentin qızı İsveç şirkətindən 250 milyon dollar rüşvət alıb?


Gulnara Karimova 65-ci Kann Festivalında. 21 may 2012
Gulnara Karimova 65-ci Kann Festivalında. 21 may 2012

(AzadlıqRadiosunun arxivindən)


“SOYĞUNÇU BARON” LƏQƏBLİ PREZİDENT QIZI

İsveçdə SVT adlı ictimai telekanal Özbəkistan prezidenti İslam Karimov-un qızı Gulnara Karimovanı rüşvət almaqda ittiham edən proqram yayır. “TeliaSonera və Diktatorun Qızı” adlanan verilişdə şahidlər rejim təmsilçilərinin xarici sərmayəçilərdən necə rüşvət aldıqlarını danışırlar.

Özünü iş xanımı və pop ulduzu kimi tanıtmağa çalışan Gülnara Karimova Cenevrədə ölkəsinin BMT yanında təmsilçisidir. Onun varidatının milyardlarla dollar olduğu güman edilir.

Tənqidçiləri onu “Soyğunçu baron” adlandırırlar. İddialara görə Gulnara Özbəkistandakı iş adamlarından sadəcə xərac toplayıb öz ailəsinin büdcəsinə qatır.

Proqramda səslənən iddiaya görə TeliaSonera telekommunikasiya şirkəti Gulnara Karimovaya 250 milyon dollar rüşvət verib. Bu pul hesabına da şirkət Özbəkistan bazarına buraxılıb.

TeliaSonera İsveç və Finlandiya şirkətidir, amma səhmlərinin çoxu İsveç hökumətindədir.

BİRİNCİ ŞƏRT... GULNARA KARİMOVA RAZI SALINMALIDIR

Araşdırmaçı jurnalist Frederik Laurin bildirir ki, proqramda TeliaSonera-nın 2 rəhbər şəxsinin müsahibələri var. Üzlərini kamerdan gizlətməklə anonim müsahibə verən həmin şəxslər 2007-ci ildə şirkətin Özbəkistana daxil olması üçün aparılan danışıqların şahidi olduqlarını deyirlər:

“Onlar deyirlər ki, TeliaSonera ilə Gulnara Karimova-nın adından danışıqlarda çıxış edən Bekhzod Akhmedov (Bexzod Axmedov) arasında müzakirələr necə gizli saxlanıb. Bekhzod Akhmedov Rusiyanın MTS telekommunikasiya şirkətinin Özbəkistandakı bölməsinin - Uzdunrobita-nın rəhbəri olub. O, başqa operatorlarla danışıqlarda da Gulnara Karimovanın təmsilçisi olub” – deyə jurnalist bildirir.

Telekanala müsahibə verən TeliaSonera-nın təmsilçilərindən biri Bekhzod Akhmedov-u tanınmış özbək iş adamı kimi bu cür təsvir edir: “O, Gülnara-nın dostu idi. Gülnaranın telekommunikasiya dünyası ilə əlaqələrini qururdu. Gulnara tərəfindən xüsusi seçilmiş adam idi.”

O müsahibəsində qeyd edir ki, 2007-ci ilin fevralında və martında TeliaSonera-ya tezlik və 3D lisenziyası almaq üçün Akhmedov-la görüşüb. Müzakirələrdə ən birinci şərt kimi Karimova-nın razı salınması irəli sürülüb: “İşin qəribə tərəfi də bu ki, Bekhzod bizim rəqib şirkətin – MTS-in başçısı idi. Biz rəqibin ofisində Karimov ailəsinə çatacaq pulu müzakirə edirdik” – deyə TeliaSonera-nın rəsmisi bildirib.

OFŞOR ŞİRKƏTƏ ÖTÜRÜLƏN 250 MİLYON

Frederik Laurin-in həmkarları Sven Bergman Joachim Dyfvermark-la birgə

İsveç telekanalının Teliasonera-nın Gulnara Karimovaya rüşvət verməsindən bəhs edən reportajından görüntü.
İsveç telekanalının Teliasonera-nın Gulnara Karimovaya rüşvət verməsindən bəhs edən reportajından görüntü.

azırladığı başqa bir araşdırmada TeliaSonera-nın ofşor zonada fəaliyyət göstərən Takilant şirkətinə 250 milyon dollar ödəməsi barədə də araşdırma hazırlayıb. İş burasındadır ki, Takilant-a da Gulnara Karimova-nın 24 yaşlı ortağı Gayane Avakyan rəhbərlik edir. Hazırda Takilant şirkəti ilə bağlı məsələni İsveçrənin çirkli pulların yuyulmasına dair idarəsi araşdırır.

Bu cinayət işinə görə 4 nəfər Özbəkistan vətəndaşına məxsus olan 600 milyon dollarlıq bank hesabını dondurulub. Dondurulan hesabların sahibləri arasında Akhmedov və Avakyan da var.

Laurin-in dediyinə görə İsveç polisi də TeliaSonera-nın iki yüksək vəzifəli rəsmisini rüşvət vermək ittihamı ilə istintaqa çəkib. Amma həm İsveç hökuməti, həm də TeliaSonera-nın baş direktoru kiməsə rüşvət verilməsindən xəbərsiz olduqlarını deyirlər.

GULNARA-NIN “SAĞ ƏLİ”NİN TALEYİ QARANLIQDIR

MTS şirkətinin Özbəkistan qolu Uzdunrobita-nın rəhbəri kimi Bekhzod Akhmedov-un taleyi də qaranlıqdır. Bu yay Daşkənd polisi şirkəti kütləvi vergi pozuntularında ittiham edərək şirkətin menecerlərindən 5 nəfərini saxladı, əmlakını müsadirə etdi və şirkətin fəaliyyəti dayandırıldı.

Müşahidəçilər hesab edirdilər ki, belə kobud yağmalama yalnız rejimin razılığı ilə idi. Amma gözlənilmədən noyabr ayında Özbəkistan məhkəməsi şirkətin əmlakını özünə qaytardı.

Qalmaqalın lap əvvəlində isə Akhmedov aradan çıxdı. Hələ də harda olduğu bilinmir. Bəzi özbək saytlarının məlumatına görə o, bir müddət Rusiyada sığınacaq axtarsa da az sonra təzədən Özbəkistana – açıq-aşkar ondan qəzəbli olan Karimova-nın xidmətinə qaytarılıb. Amma nədənsə üzə çıxarılmır.

İsveçrədəki RTS ictimai televiziyasının müxbiri Yves Steiner-in məlumatına görə hazırda bu ölkədəki banklarda Bekhsoz Akhmedov-un adına olan pulları Gayane Avakyan-ın adına köçürməyə cəhdlər edilir.

Jurnalist bildirir ki, bu yaxınlarda Avakyan İsveçrədə Lombard Odier Bank-a gedərək orada Akhmedov-un adına olan hesablardakı pulların öz hesabına köçürülməsini istəyib. Onun “daha həmin pullar Akhmedov-un deyil” sözləri bank işçiləri üçün əsl mərəkə imiş”. Bu hadisədən sonra İsveçrə polisi pul yuyulması ittihamı ilə istintaq başlayıb.

XS
SM
MD
LG