Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:34

Rüstəm İbrahimbəyov sərhəd məntəqəsindən buraxıldı


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-
“2 SAAT YARIM GÖZLƏDƏNDƏN SONRA DEDİLƏR Kİ, GEDƏ BİLƏRSİZ”
Yazıçı, rejissor, Ziyalılar Forumunun təsisçisi Rüstəm İbrahimbəyov artıq aeroportun sərhəd məntəqəsini keçib. O özü AzadlıqRadiosuna bu haqda açıqlama verib.
Dekabrın 30-da Moskvadan Bakıya gələn Rütsəm İbrahimbəyov aeroportun sərhəd buraxılış məntəqəsində saxlandığını bildirir.
“Dəqiq deyə bilmirəm məni niyə saxlamışdırlar. Sadəcə, diplomatik pasportumu aldılar, dedilər ki, yoxlamalıdırlar. Mən onda ümumvətəndaşlıq pasportumu verdim. 2 saat yarım gözlədəndən sonra dedilər ki, gedə bilərsiz. Sadəcə, mənə ilişmək istəyirlər, səbəb axtarırlar. Mənim başçılıq etdiyim Kinematoqrafçılar İttifaqını yoxlayırlar, kino şirkətimi də yoxlayırlar, ancaq bir şey tapa bilmirlər”.
“SƏN ALİ KOMANDANI SAYMIRSANSA, BİZ DƏ SƏNİ SAYMIRIQ”
Rüstəm İbrahimbəyovun iddiasına görə, sərhəd nəzarət məntəqəsində bir zabit ona deyib: “Siz bizim Ali komandanı saymırsızsa, biz də sizi saymırıq”. “Mən də cavab verdim ki, mən elə deməmişəm. Demişəm ki, prezident məni saymırsa, mən də onu saymıram. O da qayıtdı ki, fərqi nədir, prezidenti saymırsızsa, biz də sizi saymırıq”.
AzadlıqRadiosunun da iştirak etdiyi son müsahibələrinin birində İbrahimbəyov demişdi:

“Demokratiya o demək deyil ki, mən hər səhər duranda prezidentin nə dediyini fikirləşməliyəm. Prezident məni saymırsa, mən də onu saymıram. Mən özümü ona görə kəskin aparıram ki, 3-4 il öncə gördüm ki, ziyalılara, mədəniyyət xadimlərinə bu hökumət tərəfindən hörmət yoxdur. Bunlar elə bilir ki, qaymaq bunlardır, tariximiz də 1993-cü ildən başlayır. Bu hörmətsizlik mənə şəxsiyyət kimi toxundu. Ona görə səsimi qaldırdım”.
Rüstəm İbrahimbəyov və onun təsisçisi olduğu Ziyalılar Forumu hökuməti və onun siyasətini vaxtaşırı tənqid edirlər.
XS
SM
MD
LG