Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:09

“Anar öz işini görüb, deməli, o yeri başqasına təhvil verməlidir"


Afaq Məsud
Afaq Məsud
-

Afaq Məsud:

“Ədəbiyyat” qəzetinə 200-250 min manat ayrılan yerdə o boyda Tərcümə Mərkəzinə, özünün nəşriyyatı, jurnalı olan mərkəzə 40-50 min manat ayrılır, sizcə, inciməyə haqqım var, ya yox?


“Penklub”un qonağı yazıçı, “Xəzər” jurnalının baş redaktoru, Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Afaq Məsuddur.


“ANARLA ARAMIZDA “XƏZƏR” JURNALINA GÖRƏ İNCİKLİK YARANIB”

- “Xəzər” deməzdim “qurudu”. Biz fəaliyyəti dayandırmamışıq. Müəyyən maliyyə imkansızlığından bir müddət jurnal materiallarını internetə qoymuşuq. Bu jurnal Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinindir.

Burda məsələnin qaranlıq və qəribə tərəfi odur ki, 1989-cu ildə Nazirlər Kabinetinin qərarı ilə yaradılan Mərkəz Yazıçılar Birliyi kimi kiçik ictimai qurumun tərkibinə verildi.

Maliyyələşmə Birlik tərəfindən gedir. Və əlbəttə ki, pul çatışmır. Bizim Mərkəzə, təsəvvür edin ki, keçən il 50 min manat ayrıldı. Amma Tərcümə Mərkəzinin iki mərtəbəli böyük binası var, işçilər var, tək “Xəzər” jurnalı deyil. Tərcümə külli miqdarda pul tələb edir. Çox çətindir. Biz məsələ qaldırmışıq, görək nə olur. (ardı aşağıda)

Proqrama bax


- AYB-nin Mərkəzə belə münasibətinin səbəbi nədir, sizcə?

- Təsərrüfat hesabına yaradılan Mərkəz quru yurdda qaldı. 14 il ədəbiyyatsevərlər və Tərcümə Mərkəzinin hesabına biz jurnalı qoruduq. 2004-cü ildə AYB sədri Anar hökumətə müraciət etdi. Ancaq müraciətdə bizə ayrılacaq vəsait o qədər cüzi göstərildi ki... İl-ildən həmin vəsait artırılsa da, yenə də bu məbləğ azdır.

- Bu üzdən Anarla münasibətləriniz sərindir?

- Elə “Xəzər” jurnalına, Tərcümə Mərkəzinə ayrılan büdcəyə görə inciklik yaranıb. Əlbəttə, mənim inciməyə əsasım var. Çünki “Ədəbiyyat” qəzetinə 200-250 min manat ayrılan yerdə o boyda Tərcümə Mərkəzinə, özünün nəşriyyatı, jurnalı olan mərkəzə 40-50 min manat ayrılır, sizcə, inciməyə haqqım var, ya yox? Heç “Ədəbiyyat” qəzetinin özünün binası da yoxdur, işıq pulu, kommunal xərc dərdi də yoxdur. Burda deyə bilməzlər ki, mən haqsızam. Kor kor, gör-gör. O vaxt təqdimat gedəndə Anar müəllim çox cüzi məbləğ yazdı. Mən də dedim ki, azdır. Cavab verdi ki, Afaq, çox yazsaq, qorxuram, onlar onu da ayırmasınlar. İlə 50 min manat nə deməkdir?

“ANAR ARTIQ ÖZ İŞİNİ GÖRÜB”

- Dinləyici sualı: “Anarı tənqid edənlərə haqq qazandırmaq olarmı?”

- Mən öz tənqidimi dedim.

- Son zamanlar Anar Yazıçılar Birliyinin sədri kimi çox tənqid edilir. Siz buna necə baxırsız?

- Anar artıq öz işini görüb. İnsan görə biləcəyi işin başında dayanır. Ancaq sonradan fəaliyyət dayanırsa, demək siqnaldır ki, o yeri kiməsə təhvil verməlidir. Yəni iş bərpa olunsun deyə. (ardı aşağıda)

Şahnaz Bəylərqızı və Afaq Məsud
Şahnaz Bəylərqızı və Afaq Məsud


“KOMİTƏDƏN ZƏNG ETDİLƏR Kİ, ROMANDA BİZİM İŞİMİZLƏ BAĞLI NƏSƏ YAZMISIZ?”

- Afaq xanım, “Kadastr planı” nə yerdə qalıb?

- O roman çoxşaxəlidir. Yəqin indi belə romanlar yazılmır. İndi romanlar qısa olmalıdırlar, birxətli. “Sakit Don”, “Səfillər”, “Hərb və sülh” kimi roman yazmaq ənənəsi geridə qalıb. Mən də “Kadastr planı”nı yazmağa başlayanda çoxşaxəli nəzərdə tutmuşdum. Ancaq sonra ordan bir-iki şaxəni götürüb başqa pyesə verdim, “Can üstə”, “O məni sevir” pyesləri yarandı. Ancaq o roman romanlığını itirməyib. Mən bu gün də onu çapa verə bilərəm. Amma məncə, o bu gün üçün hədsiz yüklüdür və sadələşdirməliyəm. Ola bilər ondan bir roman, bəlkə bir-iki hekayə də çıxar.

- Mövzu nədir?

- Mən bu əsərdən bir parçanı “525-ci qəzet”də çap etdirəndə Torpaq və Xəritəçəkmə Komitəsindən idarə rəhbəri zəng vurdu ki, Afaq xanım, “Kadastr planı”nda bizim işimizlə əlaqədar nəsə yazmısız? Dedim ki, əsla! Xahiş etdi ki, roman çıxanda ona da göndərim. Kadastr planını yuxarıdan vertolyotla çəkirlər, orda torpağın bir neçə layı düşməlidir. Mən də “Kadastr planı” adını götürəndə insan ruhunun laylarını nəzərdə tuturdum.

“ÇİNGİZ ABDULLAYEV MKM-DƏN GETSƏ, MÜNSİFLƏR HEÇ NƏ İTİRMƏZ”

- Milli Kitab Mükafatında münsiflərdən birisiz. Bu müsabiqənin Azərbaycan ədəbiyyatına faydası nədir?
- Ədəbiyyata, kitaba maraq yaradır. İkincisi, yeni adlar, imzalar kəşf edirik. Mən demirəm ki, heyrətamiz yazıçılara rast gəlirik. Ancaq yeni imzalar üzə çıxır.

- Dinləyici yazır: “Demişdiz ki, son illər bədii ədəbiyyat oxumursuz? Bəs ötən MKM-də əsərləri kim oxumuşdu?”

- Mən oxumuşdum. Bu, mənim işimdir, MKM münsifi kimi. Mən mütaliə ilə məşğul ola
Afaq Məsud
Afaq Məsud
ilmirəm, bunu deyirəm. Vaxt yoxdur, işlərim var. Qəzalinin tərcüməsindən sonra ədəbiyyat mənə maraqsız görünür... Ancaq bu yaxınlarda Kafkanın “Məhkəmə”sini oxumağa başladım. Oxumuram o demək deyil ki, heç oxumuram.

- Yeri gəlmişkən, MKM münsifləri Əkrəm Əylisli ilə Çingiz Abdullayev arasında narazılıq yaranmışdı. Nə baş verir?

- Bilmirəm, nə baş verir. Məncə, münsiflərin bir araya gəlməsində
Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
problem olmamalıdır. Orda mübahisəyə ehtiyac görmürəm.

- Ancaq Çingiz Abdullayev demişdi ki, Əkrəm Əylisli MKM-də münsifidrsə, o Münsiflər Heyətindən gedə bilər.

- Onun öz işidir. Mənə elə gəlir ki, Çingiz Abdullayev ordan getsə, Münsiflər Heyəti heç nə itirməz.

- Bəs Əkrəm Əylisli getsə?

- Əkrəm Əylisli yazıçıdır. O ədəbiyyatı duyur.

“ATAMI QINAMIŞAM”

- Dinləyici atanızın – Məsud Əlioğlunun intiharı haqda soruşur.

- O, intihar etdi. Atam dissident idi. Bu, yaradıcılığında da özünü göstərirdi. Hərçənd indi bu haqda yazmırlar. Hüseyn Cavidə ədəbi bəraəti ilk dəfə atam qazandırdı. Onun haqqında monoqrafiya, silsilə məqalələr yazdı. Atamın həm də həyatda dissidentliyi var idi. Anam danışır ki, atam Mərkəzi Komitə katiblərinin olduğu məclisdə onları təhqir edirmiş. Onları simasızlıqda günahlandırırmış. Atamın bir uşaqlıq dostu nazir olub deyəsən. O, rus məktəblərinin artırılması haqda məsələ qaldırıbmış. Buna görə də atam dostunu döymüşdü. Çox fərqli insan olub, çərçivəyə sığmayan. Onu itirəndə 9-cu sinifdə oxuyurdum. Həmin gün atam evə hədsiz qanıqara gəlmişdi. Onun məqalələrini, kitablarını çap etmirdilər. Onun intiharını bununla bağlayıram. O, dövrə sığmadı. Sovetin qurbanı oldu. Görünür, müəyyən məqamda gücü çatmadı.

- Sovet dövründə intihar edənin yaxınları da əziyyət çəkirdi...

- Əlbəttə. Ondan əvvəl də əziyyət çəkmişik. Sənədlərdə var, Mərkəzi Komitə millətçiliyə görə, pantürkist meyllərə görə onun əsərlərinin çapını dayandırıb. O vaxt biz atamın kitablarının qonorarı ilə dolanırdıq. Elmi işçi idi, maaşı az idi. Olurdu ki, illərlə kitabları çap olunmurdu.

- Atanızı intihara görə qınamısız?

- Qınamışam... Ancaq mən azad, yaradıcı şəxsiyyət kimi onun sıxıntılarını hiss etmişəm.

- Afaq Məsudun yazıçı olmasına atasının intiharının nə qədər təsiri olub?

- Yəqin ki, təsiri olub. “İzdiham” əsərimi yazanda əziyyət çəkmədim, yəni plan qurmadan qələmi götürüb yazdım. Orda hadisələr atanın tabutunu aparan izdihamın içində baş verir. O əsəri 26-27 yaşımda yazmışam. Ancaq gör neçə il o zədələr mənim şüuraltımda olub. Onu yazandan sonra yaralarım elə bil sağalıb. Ədəbiyyatın xilaskarlığı rolu da var...
XS
SM
MD
LG