Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:59

Sarkisian Bakını reallıq hissini itirməkdə günahlandırır


Serzh Sarkisian
Serzh Sarkisian
Sarkisyan AzadlıqRadiosuna müsahibəsində Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsindən də danışıb.

O Dağlıq Qarabağın yekun statusunun yaxın vaxtlarda həll oluna biləcəyinə ümidlə yanaşdığını bildirib və rəsmi Bakını bu məsələdə” reallıq hissini” itirməkdə pisləyib.

Sarkisyan qeyd edib ki, iqtisadi çarpışmaya baxmayaraq Yerevan Azərbaycandan olan hərbi təhlükə şəraitində silahlı qüvvələrini möhkəmləndirəcək.
O bildirib ki, biz hər zaman vətənimizi qorumağa hazır olmalıyıq, amma Ermənistan həmişə danışıqları davam etdirməyə hazırdır, çünki “alternativ müharibədir”

Sarkisian Osmanlı imperiyası dövründə erməni qırğınlarına da toxunub və qeyd edib ki, Ermənistanən məqsədi türklərin “erməni soyqırımı”nı tanımasıdır və bunun baş verəcəyinə əmindir.

Erməniustan prezidenti həmçinin qeyd edib ki, ölkə hər il iqtisadi miqrasiyaya görə, 10 minlrlə adam itirir.
Ümumilikdə 2009-cu ildə 55 min erməni Rusiya vətəndaşlığı, 20 min erməni isə son onillikdə ABŞ vətəndaşlığı alıb.

O bunun ola bilsin ki, üzləşdikləri ən böyük problem olduğunu vurğulayıb.
Amma prezident qeyd edib ki, biz onları itirmirik, bəli ola bilsin ki, onların kiçik bir qismi itirilib, amma onların əksəriyyəti erməni olaraq qalır, amma təəssüf ki, başqa ölkə, başqa iqtisadi sistemin inkişafı üçün çalışırlar.

***
Ermənistan prezidenti Serzh Sarkisian qarşıdan gələn seçkilərdə cüzi rəqabətlə üzləşəcəyi barədə iddiaları rədd edib.
Cənab Sarkisian bu bəyanatı paytaxt Yerevan yazınlığındakı Tsaxakadzor kurort şəhərində AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində səsləndirib.
Hakim Respublika Partiyasının lideri əlavə edib ki, rəqibləri “püxtələşdirmək” hökumətin işi deyil.
Hökumətin vəzifəsi ədalətli seçki mühiti yaratmaqdır, - prezident deyib.
“Mən güclü rəqiblərin və ya əhəmiyyətli sayda səsləri qazana biləcək adamların olmadığını deyənlərlə razı deyiləm, - bildirib Ermənistan prezidenti, - və kim deyə bilər ki, Raffi Hovannisian, Hrant Bagratian, və ya Paruyr Hayrikian kimi dəyanəti və təcrübəsi olan adamlar asan rəqibdirlər və ictimaiyyətlə danışmaqda səriştələri daha azdır”.
Cənab Sarkisian fevralın 18-də keçiriləcək prezident seçkilərində ikinci beş illik müddətə qüvvəsini sınayacaq.
Bu seçkilərdə keçmiş xarici işlər naziri Raffi Hovannisian, keçmiş baş nazir Hrant Bagratian və sovet dövrünün dissidenti Paruyr Hayrikian da daxil olmaqla daha 7 namizəd var.
Onların hamısı hazırkı prezidentin sitasətlərini tənqid edirlər.
Serzh Sarkisian israr edib ki, rəqiblərini keçmiş və indikilərə bölmür: “Bizim rəqabətimiz həmişə nəyinsə naminə olub. Biz həmişə öz ideyalarımıza dəstək qazandırmaq üçün mübarizə asparmışıq, nəinki başqalrının səhvlərini və ya zəif cəhətlərini faş etmək üçün. Bu mənada qarşıdan gələn seçki də fərqli olmayacaq”.
Cənab Sarkisian-nın ciddi rəqabətlə üzləşməyəcəyinə dair rəy, əsas müxalifət partiyaları ötən ilin sonunda heç bir namizədə dəstək verməyəcəklərini bəyan etdikdən sonra yayılıb.
Ən böyül müxalifət bloku Erməni Milli Konqresi, həmçinin Firavan Ermənistan Partiyası bəyan ediblər ki, bu seçkilərdə namizəd irəli sürməyəcək və heç bir namizədi dəstəkləməyəcəklər.
Başqa bir müxalifət partiyası Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun” da buna bənzər bəyanat verib.
Buna baxmayaraq adı çəkilən təşkilatlardan heç biri seçkini boykot etməyə çağırmayıb.
XS
SM
MD
LG