Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:48

Rasim Balayevi söyənlər özləri bu basqıya tab gətirərdilərmi?


Aslan İsmayılov
Aslan İsmayılov
-

"Əminəm ki, çoxları hakimiyyətin güc maşınının nəyə qadir olduğunu bilmirlər".


Aslan İsmayılov


RASİM BALAYEVİN ARDINDAN


Rasim Balayevi özlərinə kumir sayıb bu bəyanatdan sonra ona nifrət izhar edənlərdən tələsməməyi xahiş edərdim. Əminəm ki, çoxları hakimiyyətin güc maşınının nəyə qadir olduğunu bilmirlər. Mən bunları 2000-2001-ci illərdə "Monitor" jurnalı ilə bağlı mənə və qohumlarıma olan basqılar, həbslər, üstümdə qurduqları məhkəmələr zamanı görmüşəm.

Rasim Balayev ətrafında baş verənlərin nə qədər özümdə saf-çürük etsəm də baş verənləri anlaya bilmədim. Xüsusilə hakimiyyətin addımını heç cür həzm edə bilmirəm. Necə bu millətə mənsub olasan və millətin dəyərlərini aşağılamaqla məşğul olasan. Axı necə millətin sevimlisini, Nəsiminin, Babəkin, Beyrəyin obrazlarını canlandırmaqla milyonlara əxlaqi dəyərləri aşılamış Rasim Balayevi hakimiyyətin güc maşınından istifadə edib alçaltmağa, gözdən salmağa çalışasan.

Əgər bununla Rüstəm İbrahimbəyovu və Ziyalılar Forumunu vurmaq istəyirdilərsə tam əksini etdilər, onların gücünü birə beş artırdılar. Rasim Balayevin geri çəkilməsi Rüstəm İbrahimbəyov və ziyalıların tərəfdarlarını qat-qat artırdı. Rasim Balayevi alçaltmaq istəyirdilərsə tam əksinə nail oldular, insanlar bəyanatı imzaladanlara sadəcə nifrət etdilər. Nə bəyanatın bütün KİV-lərdə tirajlanması, nə də ki, Rasim Balayevin etirafı qətiyyən heç kimi inandırmadı.

Hamı onun məcbur edildiyini anladı, sadəcə hansı üsullarla olduğunu bilmədi. Müstəsna istedadına baxmayaraq Rasim müəllim Rüstəm İbrahimbəyova müxalif, hakimiyyətə
Rasim Balayev
Rasim Balayev
tərəfdar rolunu heç oynaya bilmədi, bunu bacarmadı, çünki daxilən o, tamam başqa adamdır. O, şedevr rollarını maddi nemətlərə görə yox, mənəvi aləminə uyğun olduğuna görə yaratmışdı.

Hakimiyyətin bütün paralarına, alçaq üsullarına baxmayaraq ondan fəzail, siyavuş, mübariz düzəltmək olmaz, çünki o, daxilən azad və əxlaqlı insandır. Mən inanmıram ki, o, bu hala sonadək dözsün. Onu bu vəziyyətə məcbur etdiyinizə görə sizlərə olan nifrətini ifadə edəcək ölçü vahidi isə yoxdur.

Bəs nə üçün bu addımı atdılar? Mənə görə ya bu millətə nifrət edirlər, yaxud başlarını itiriblər. İstənilən halda ən axmaq insanlar belə bu şərəfsiz addımı atmazdılar. Ən dəhşətlisi bu gün Azərbaycanda gələcək nəslə nümunə çəkiləcək birisinin qalmamasıdır. Sanki, kimsə məqsəd qoyub bu millətdə başıpapaqlıların kökünü kəsməyə.

Rasim Balayevi özlərinə kumir sayıb bu bəyanatdan sonra ona nifrət izhar edənlərdən tələsməməyi xahiş edərdim. Əminəm ki, çoxları hakimiyyətin güc maşınının nəyə qadir olduğunu bilmirlər. Mən bunları 2000-2001-ci illərdə "Monitor" jurnalı ilə bağlı mənə və qohumlarıma olan basqılar, həbslər, üstümdə qurduqları məhkəmələr zamanı görmüşəm.

Bu hakimiyyətin əl atdığı ən murdar üsul insanı qohumları, xüsusən balaları ilə sınağa çəkmələridir.

Bu gün deyə bilmərəm əgər o vaxt balarım körpə olmasaydılar mən bunların qarşısında dayana bilərdimmi?

Ona görə bu gün Rasim Balayevi daş-qalaq etməyə tələsənlərdən xahiş edirəm düşünsünlər ki, onlar özləri bu basqılara tab gətirə bilərdilərmi?

Ən əsası isə nifrət obyekti Rasim Balayev yox, ona bəyanatı imzalamağa məcbur edənlər olmalıdır. Əminəm ki, hakimiyyətdəkilərin insanlarla bu cür davranışı heç vaxt cəzasız qalmayacaq!

kultura.az
XS
SM
MD
LG