Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:33

“Bizdə prodüser yoxdur” ("Fokus" jurnalının yeni sayı)


Fokus, dekabr, 2012
Fokus, dekabr, 2012
-

“Fokus” analitik kino jurnalının son dekabr sayı çapdan çıxıb.

Xəbəri AzadıqRadiosuna jurnalın layihə müəllifi və redaksiya heyətinin üzvü Əli İsa Cabbarov verib.

“Qəzəbli tamaşaçı”, “Portret”, “Marketinq” və “Oxu zalı” bölümlərində “Fokus”un sorğusu və ona verilən seyrçi cavabları, avstriyalı ünlü rejissor Verner Hersoqla müsahibə, Nadir Əliyevin “Bizdə prodüser yoxdur” adlı iddialı məqaləsi, Qarabağ xanlığının qurucusu Pənahəli xanın nəslindən olan qalmaqallı müəllif Heydər Camalın “İslam və…” adlı mühazirəsi polemika sevənlərə intellektual qida verəcək.

Jurnalın “Nəzəriyyə” rubrikasında Nyu_York Universitetinin professoru Mixail Yampolskinin “Kinosuz kino” məqaləsi və “Layihə” bölümündə Nicat Feyzullayevin “…Əgər qismətim olarsa” kinossenarisi diqqət çəkəcək.

Aydın Talıbzadə, Sevda Sultanova, Aygün Aslanlı və başqa müəlliflərin toxunduğu məsələlər bu dəfə də “Fokus” oxucularının diqqətini çəkəcək gücdədir.

“Jan Lük Qodardan kino dərsləri” kinematoqrafa dəyər verənlərin və böyük ekranın mətbəxinə boylanmaq istəyənlərin düşüncə və suallarına aydınlıq gətirəcək.

“Fokus” jurnalı ildə 4 dəfə çıxır.
XS
SM
MD
LG