-
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Rəsulzadə irsinin yorulmaz araşdırıcısı Şirməmməd Hüseynov söylədi.
35 İL VƏTƏNDƏ YAŞAYIB, 36 İL XARİCDƏ...
Şirməmməd müəllim Rəsulzadənin həyatının Azərbaycan dövründə qələmindən çıxanları yığıb çap etdirmək məqsədini qarşısına qoyduğunu deyir:
«35 yaşına qədər bu torpaqda yaşayıb... 36 ilini xaricdə... İstəyirəm Vətəndə yazdıqlarının hamısını çap etdirəm. Qoy oxucu görsün ki, o, necə bir həyat yolu keçib, nə fikirləşib, bu milləti necə hazırlayıb, necə dövlət qurub...».
DOĞUM GÜNÜNƏ—IV CİLD HƏDİYYƏ OLDU
Şirməmməd müəllim Rəsulzadənin əsərlərinin IV cildini onun 129-cu doğum gününə hədiyyə edib:
«1-ci cild 1992-ci ildə çıxmışdı. «Azərnəşr» 10 min tirajla buraxmışdı. Həyatının 1903-1909-cu illərini əhatə edirdi. 2-ci cild (1909-1914-cü illər) 2001-ci ildə, 3-cü cild (1915-1916-cı illər) 2012 ci ildə çap olundu. 4-cü cild 1917 və 1918-ci ilin aprelinədək—Cümhuriyyətin elanına qədərki dövrü əhatə edir. Bu 4 cilddə M.Ə. Rəsulzadənin 1903-cü ildən 1918-ci ilədək yazdığı əsərlər, məruzələr, məqalələr, çıxışlar, nitqlər—onun qələmindən çıxan nə varsa hamısını toplamışam».
SİYASİ FİRQƏLƏRİ OLMAYAN MİLLƏTİN SİYASİ DUYĞUSU, DÜŞÜNCƏSİ OLAMAZ!
Ş.Hüseynov ötən əsrin 17-ci ilindəki siyasi şəraiti xatırlatdı:
«Romanovlar sülaləsi yıxıldı. Azadlıq oldu. Siyasi partiyalar açıq fəaliyyətə keçdi. Rusiyada millətlərin əksəriyyəti öz hüquqları uğrunda mübarizəyə başladılar. Belə bir vaxtda Azərbaycan türklərini öz milli dövlətini qurmaq yolunda səfərbər etmək lazım idi. Bəs bunu nə yolla etmək olardı? Rəsulzadə yazırdı ki, siyasi firqələri olmayan bir millətin siyasi duyğusu, siyasi düşüncəsi olamaz. Siyasət meydanına hər bir milləti siyasi firqələr çıxarar. Fəqət bir firqə xalqın hüsn-rəğbətini o vaxt qazanar ki, milləti öz başına o vaxt toplaya bilər ki, camaatın milli amal və arzularına müvafiq proqramı olsun və bu proqram uğrunda çalışmağı bacarsın. Mənim təqdim etdiyim bu cilddə Rəsulzadənin Müsavat Partiyasını necə yaratdığı və partiyanın 50 minlik üzvünün Cümhuriyyəti necə yatdığı əksini tapıb. Bax, bu cildin əsas qayəsi budur».
RƏSULZADƏ DÜNYADA GEDƏN SİYASİ PROSESLƏRİ İZLƏYİRDİ
Şirməmməd müəllim deyir ki, bu cilddən aydın olur ki, Rəsulzadə nəinki Qafqazda, Rusiyada, hətta dünyada baş verən hadisələri diqqətlə izləyirmiş:
«Rəsulzadə bəşəri inkişaf, demokratizm və irtica meyllərini çox gözəl bilirdi. Onun əsərlərində Qafqazda, Rusiyada, İranda, Türkiyədə, Avropada—bütün dünyada cərəyan edən hadisələr barədə çox maraqlı fikirlər var».
YENİ CİLD YENƏ PENSİYA PULU İLƏ ÇIXIB?
Sualı müəllimimiz belə cavabladı:
«Bu dəfə kitabı «Qanun» nəşriyyatının başında duran Şahbaz Xuduoğlu çap edib. O mənə Qulu Məhərrəmli vasitəsilə xəbər göndərdi ki, mən sizin kitabınızı və Məhəmməd Əminin əsərlərini nəşr etməyə hazıram. Danışdıq, söhbətləşdik və kitabı çap elədi. Kitab satışda da olacaq. Müqaviləmiz belə oldu ki, 500 nüsxə çap olunsun, onun 200 nüsxəsini mənə versin, mən də bunu mütəxəssislərə paylayım. 300 nüsxəsinin sahibi «Qanun» nəşriyyatıdır».
GƏLƏN İL İKİ YUBİLEY OLACAQ
Yorulmaz araşdırıcı artıq 5-ci cildi hazırlamağa başladığını söylədi:
«50-yə yaxın məqalə stolumun üstündədir. Gələn il mənim üçün iki yubiley olacaq. Biri M.Ə. Rəsulzadənin 130 illiyi, o biri də mənim özümün 90 illiyi... Odur ki, gələn il Rəsulzadənin 5-ci cildini, özümün «Milli diriliyimizin keşiyində» kitabımı çap edib oxucuya çatdıracam».
P.S. Əmin bəyin 129-cu doğum günü üçün hazırlanan daha bir hədiyyə artıq AzadlıqRadiosundadır. Saytımızı izləyin.
«Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyətini, ideyalarını, dünyagörüşünü, müstəqil demokratik dövlət yaratmaq yolunda çalışmalarını onun əsərləri ilə oxucuya çatdırmaq lazımdır, quru sözlə yox».