Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:45

Yazıb-oxuya bilməyən 11-ci sinif şagirdləri [Video]


Azərbaycan məktəbinin qalmaqallı rəqəmləri
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Azərbaycan məktəbinin qalmaqallı rəqəmləri

TQDK buraxılış imtahanlarının nəticələrini təhlil edərkən 9-cu və 11-ci siniflərin şagirdləri arasında oxumağı və yazmağı bacarmayanların olduğunu aşkarlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, 11-ci sinif şagirdləri arasında 8 nəfərin yazıb-oxuya bilmədiyi üzə çıxıb.

9-cu sinif şagirdləri arasında isə belələri 122 nəfərdir.

“Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb."

"Bu cür şagirdlərin böyük əksəriyyəti cənub zonasındadır.

11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı belədir:

Cəlilabad – 4 nəfər,
Bakı şəhəri, Füzuli, İmişli və Salyan rayonlarının hərəsində 1 nəfər.

9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı belədir:

Cəlilabad – 34 nəfər,
Masallı – 18 nəfər,
Sabirabad – 15 nəfər,
Tovuz – 8 nəfər,
Şəmkir – 6 nəfər,
Biləsuvar, Lerik və Tərtər rayonlarının hərəsində 4 nəfər,
Astara, Beyləqan, Goranboy və İmişli rayonlarının hərəsində 3 nəfər,
Ağdaş, Saatlı və Salyan rayonlarının hərəsində 2 nəfər,
Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Hacıqabul, Lənkəran, Qazax, Qəbələ, Siyəzən və Ucar rayonlarının hərəsində 1 nəfər”.

TQDK-dan bildirilib ki, buraxılış imtahanlarında şagirdlərə ana dili və riyaziyyat fənləri üzrə test tapşırıqları ilə yanaşı, yazı işi üçün mövzular da təqdim edilib:

“Çox təəssüfləndirici haldır ki, yazı işləri yoxlanılan şagirdlərin bir çoxu, yəni 9-cu siniflər üzrə şagirdlərin 45 faizi, 11-ci siniflər üzrə 47.8 faizi ya ümumiyyətlə yazı işini yerinə yetirməkdən imtina edib, ya da yazı işindən qeyri-kafi qiymət alıb. “
XS
SM
MD
LG