Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:48

Sahibkarlıq fəaliyyətində inzibati xətalara görə cərimələr


-



"İnzibati Xətalar Məcəlləsi"ndən çıxarış.

Məcəlləni tam şəkildə buradan endir.
Bu sənəddə 2013-cü ilin yanvarına qədər olan düzəlişlər əksini tapıb. Bu tarixdən sonra edilmiş düzəlişlərlə birlikdə Məcəllənin yenilənmş mətnini Ədliyyə Nazirliyinin bu saytından əldə edə bilərsən.


Maddə 53. Əmək qanunvericiliyinin pozulması
53.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə —
vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.

53.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrin, idarələrin və ya təşkilatların işəgötürənləri tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə —
yeddi yüz manatdan min iki yüz manatadək miqdarda cərimə edilir.

53.3 İşçiyə qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə —
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir.

53.4. İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə —
vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək miqdarda cərimə edilir.

53.5. İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə —
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

53.6. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə —
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

53.7. İşəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə —
vəzifəli şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir.


53.9. İşəgötürən tərəfindən 15 yaşına çatmamış şəxslərin işə cəlb edilməsinə görə —
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir.

53.10. İşəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə —
vəzifəli şəxslər üç min manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on üç min manatadək miqdarda cərimə edilir.

53.11. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxsləri, işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina edilməsinə və ya həmin səbəbdən onların işdən azad edilməsinə görə —
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

53.12. Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina edilməsinə və ya əmək müqaviləsinə xitam verilməsinə (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallar istisna olmaqla) görə —
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.


Maddə 53-1. Məcburi əmək
Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçinin əmək funksiyasına daxil olmayan işin (xidmətin) yerinə yetirilməsinə məcbur edilməsinə görə —
min manatdan iki min manatadək miqdarda cərimə edilir


Maddə 53-2. Kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməmə
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlillərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, habelə dövlət büdcəsinə vəsait köçürülməməsinə görə —
əlli manatdan doxsan manatadək miqdarda cərimə edilir


Maddə 53-4. Sosial müavinətlər haqqında qanunvericiliyin pozulması
53-4.1. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən sosial müavinətlərin təyin edilməsi barədə qərarın qanunvericiliklə müəyyən edilmiş müddətdə çıxarılmamasına, müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə imtinanın səbəbləri göstərilməklə müraciət edən şəxsə qanunvericiliklə müəyyən edilmiş müddətdə rəsmi məlumatın verilməməsinə və ya imtinanın səbəbləri göstərilməməklə verilməsinə görə –
otuz beş manatdan səksən manatadək miqdarda cərimə edilir.

53-4.2. Müavinət alan şəxs (onun ailə üzvləri) tərəfindən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatın müvafiq icra hakimiyyəti orqanlarına verilməməsinə görə –
otuz manatdan qırx manatadək miqdarda cərimə edilir

Maddə 53-5. Həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına üzvlük haqqı köçürməmə
Mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin əmək haqlarından tutulmuş üzvlük haqlarının həmin idarə, müəssisə və təşkilatların həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına köçürülməməsinə görə —
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilirlər.


Maddə 54. Əməyin mühafizəsi qaydalarının pozulması
54.0. Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni:
54.0.1. Əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə;
54.0.2. binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə;
54.0.3. bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına;
54.0.4. işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkil edilməməsinə;
54.0.5. normal əmək və istirahət rejiminə riayət edilməməsinə;
54.0.6. işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə;
54.0.7. işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsinin və əməyin mühafizəsinin təbliğ edilməsinin təmin edilməməsinə;
54.0.8. kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməməsinə və ya onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə;
54.0.9. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməməsinə;
54.0.10. maşın və avadanlıqların fırlanan və ötürücü hissələrinin istehsalçı tərəfindən təchiz edilmiş mühafizə qurğuları olmadan istismar edilməsinə görə —
min manatdan iki min manatadək miqdarda cərimə edilir


Maddə 55. Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi
İşəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə —
yeddi yüz manatdan min beş yüz manatadək miqdarda cərimə edilir


Maddə 56. Əməyin mühafizəsi xidmətinin rəhbərinin və mütəxəssislərinin başqa işlərin yerinə yetirilməsinə cəlb edilməsi
İşəgötürən tərəfindən əməyin mühafizəsi rəhbərinin və mütəxəssislərinin öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə —
səkkiz yüz manatdan min altı yüz manatadək miqdarda cərimə edilir


Maddə 57. Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsi
Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsinə görə —
min manatdan iki min manatadək miqdarda cərimə edilir


Maddə 58. Kollektiv müqavilənin (sazişin) yerinə yetirilməməsi və ya pozulması
Kollektiv müqavilədən (sazişdən) irəli gələn öhdəliklərin işəgötürən tərəfindən yerinə yetirilməməsinə və ya pozulmasına görə —
min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir


Maddə 59. Kollektiv danışıqların aparılması və kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün lazım olan məlumatların təqdim edilməməsi
Kollektiv danışıqların aparılması və ya kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün lazım olan məlumatların təqdim edilməməsinə görə —
yeddi yüz manatdan min beş yüz manatadək miqdarda cərimə edilir


Maddə 60. Tətillərdə iştirak etməyə və ya iştirakdan imtina etməyə məcbur etmə
Zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə qorxutmaqla və ya şəxsin maddi cəhətdən asılı olmasından istifadə etməklə onu tətillərdə iştirak etməyə, yaxud iştirakdan imtina etməyə məcbur etməyə görə —
on manatdan otuz beş manatadək miqdarda cərimə edilir


Maddə 60-1. Seksual qısnamaya məruz qalmış işçilərə qarşı təzyiqin göstərilməsi
Seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə qarşı təzyiqin göstərilməsinə və ya işçinin təqib olunmasına görə —
vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilirlər


Maddə 75. Təsərrüfat əkinlərinin korlanması
Əkinlərin və ya bitkilərin üstü ilə avtomobil, traktor, kombayn və ya digər nəqliyyat vasitələrini, yaxud at arabalarını (kirşəni) sürməklə və ya digər üsullarla korlanmasına görə —
on beş manatdan otuz manatadək miqdarda cərimə edilir


Maddə 76. Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması
76.1. Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə —
iki min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir.
76.2. Ətraf mühitin mühafizəsi məqsədilə elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədlərinin normativlərinin pozulmasına görə —
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir


Maddə 76-1. Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması
76-1.0. Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması, yəni:
76-1.0.1. müvafiq icra hakimiyyəti orqanlarının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına;
76-1.0.2. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə nəzarət etmək məqsədilə quraşdırılmış qurğuların, avadanlıqların və cihazların istismar qaydalarının pozulmasına;
76-1.0.3. atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinə cavab verməyən yeni və yenidən qurulmuş qurğuların və avadanlıqların istismara verilməsinə;
76-1.0.4. atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməyən və atmosfer havasına zərərli maddələrin atılmasına nəzarət üçün texniki vasitələrlə təmin olunmasını nəzərə almayan kəşflərin, ixtiraların, səmərələşdirici təkliflərin, yeni texniki sistemlərin, maddələrin tətbiq edilməsinə, habelə bu cür texnoloji avadanlıqların idxal edilməsinə;
76-1.0.5. sənaye və məişət tullantılarının toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə;
76-1.0.6. müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl edilməməsinə görə —
fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir


Maddə 77. Radioaktiv maddələrlə iş zamanı ekoloji tələblərin pozulması
77.1. Radioaktiv maddələrin daşınmasının, basdırılmasının, nəql edilməsinin və ya istehsalının müəyyən edilmiş qaydalarının gözlənilməməsinə, ətraf mühitin radioaktiv çirklənməsinin qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlərin görülməməsinə görə —
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan on səkkiz min manatadək miqdarda cərimə edilir.
77.2. Ətraf mühitin radioaktiv çirklənməsi aşkar edildikdə, bu barədə müvafiq orqanlara dərhal məlumat verilməməsinə görə —
fiziki şəxslər dörd yüz manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan üç min beş yüz manatadək miqdarda cərimə edilir


Maddə 78. Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisinə və yenidən qurulmasına dair ekoloji tələblərin pozulması
78.1. Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisi və yenidən qurulması zamanı ətraf mühitin keyfiyyət normativlərinə riayət olunmamasına görə —
vəzifəli şəxslər ki min manatdan iki min beş yüz manatadəkmiqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir.

78.2. Tikinti işləri aparıldıqda torpaqların rekultivasiyası, təbii resursların bərpası və səmərəli istifadəsi, ərazilərin abadlaşdırılması və ətraf mühitin sağlamlaşdırılması üzrə tədbirlərin görülməməsinə görə —
vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir


Maddə 79. Müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması
79.1. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən və ya təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə —
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir.

79.2. Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə —
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan qırx min manatadək miqdarda cərimə edilir


Maddə 80. Ətraf mühitə tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istehsalı, idxalı, istismara buraxılması
80.1. Ətraf mühitə tullantılarında çirkləndirici maddələrin yol verilən hədlərinin və ya səs-küyün və vibrasiyanın yol verilən səviyyələrinin qanunvericilik aktı ilə müəyyən edilən normativlərə və standartlara uyğun olmayan nəqliyyat vasitələrinin istehsalına və ya idxalına görə —
vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on iki min beş yüz manatdan on beş min manatadək miqdarda cərimə edilir.

80.2. Ətraf mühitə tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istismara buraxılmasına görə —
fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir


Maddə 81. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmaması
ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə —
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir

Maddə 82. Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma qaydalarının pozulması
ətraf mühitin mühafizəsi sahəsində mövcud standartların və texniki tələblərin pozulması ilə məhsulların (məmulatların) hazırlanmasına, satılmasına, saxlanılmasına, nəql edilməsinə, istifadəsinə, istismarına və təmirinə, yaxud işlərin və xidmətlərin yerinə yetirilməsinə görə —
fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir


Maddə 83. Ətraf mühitin mühafizəsi sahəsində sertifikatlaşdırma qaydalarının pozulması
ətraf mühitin mühafizəsi sahəsində məcburi sertifikatlaşdırılmalı olan məhsulların belə sertifikat olmadan istehsal edilməsinə, işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə –
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir


Maddə 83-1. Təhlükəli mənbəyi olan müəssisənin mülki məsuliyyətini sığortalamaması
Təhlükəli mənbəyi olan müəssisənin mülki məsuliyyətini sığortalamadan fəaliyyət göstərməsinə görə —
vəzifəli şəxslər üç min manat, hüquqi şəxslər altı min manat cərimə edilir


Maddə 84. Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının pozulması
Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının, həmin ərazilərin mühafizə rejiminin pozulmasına görə —
fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilir


Maddə 84-1. Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında qanunvericiliyin pozulması
Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında qanunvericiliyin pozulmasına görə —
xəbərdarlıq edilir və ya üç yüz manatdan min manatadək miqdarda cərimə edilir

Maddə 85. Yerin təkindən istifadə qaydalarının pozulması
85.0. Yerin təkindən istifadə qaydalarının pozulmasına, yəni:
85.0.1. yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına;
85.0.2. yer təkinin çirklənməsinə və faydalı qazıntı yatağının istismar üçün yararsız hala düşməsinə yol verilməsinə;
85.0.3. geoloji və ya digər məlumatlara mülkiyyət hüququnun və bu məlumatların məxfiliyinin pozulmasına;
85.0.4. faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işlərinin aparılmasına;
85.0.5. yerin təkindən istifadə edilərkən bina və qurğuların, eləcə də xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin toxunulmazlığının təmin edilməməsinə;
85.0.6. yeraltı suların müşahidə quyularının, markşeyder və geodeziya nişanlarının məhv edilməsinə və zədələnməsinə;
85.0.7. yerin təkindən istifadə edərkən haqvermə qaydalarının müntəzəm olaraq pozulmasına;
85.0.8. ləğv edilən və konservasiya olunan dağ-qazmalarının və buruq quyularının əhalinin və ətraf mühitin təhlükəsizliyini təmin edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti ərzində faydalı qazıntı yataqlarının, dağ-qazmaların və buruq quyularının qorunması tələblərinə əməl edilməməsinə;
85.0.9. yerin təkindən istifadə edilərkən yararsız hala salınmış torpaq sahələrinin və digər təbiət obyektlərinin onların gələcək istifadəsi üçün yararlı vəziyyətə gətirilməməsinə;
85.0.10. yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlərin dayandırılmamasına və xüsusi razılıq və ya icazə verən orqana məlumat verilməməsinə görə —
fiziki şəxslər altı yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər min iki yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan altı min manatadək miqdarda cərimə edilir.


Maddə 86. Torpaqların (meşə fondu torpaqlarının) zibillənməsi və korlanması
86.1. Torpaqların (meşə fondu torpaqlarının) istehsalat və məişət tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, radioaktiv maddələrlə, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin orqanizmlərlə yoluxdurulmasına görə —
fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir.
86.2. Torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə —
fiziki şəxslər altı yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.


Maddə 87. Torpaqlardan təsərrüfatsızcasına istifadə edilməsi
87.1. Torpaqları yaxşılaşdırmaq və onları külək, su erroziyasından və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün məcburi tədbirlərin görülməməsinə görə —
fiziki şəxslər iyirmi manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan yüz doxsan manatadək miqdarda cərimə edilir.

87.2. Torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələşdirilməsinə, tikilməsinə və istismara verilməsinə görə —
fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər qırx beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan yüz doxsan manatadək miqdarda cərimə edilir.


Maddə 88. Torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsi və ya kəmiyyətinə və keyfiyyətinə dair məlumatların təhrif edilməsi
Torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsinə və ya kəmiyyətinə və keyfiyyətinə dair məlumatların təhrif edilməsinə görə —
on beş manatdan əlli manatadək miqdarda cərimə edilir.


Maddə 88-1. Müvəqqəti tutulan torpaqların vaxtında qaytarılmaması və ya onların müvafiq istifadə üçün yararlı hala salınmaması, icarəyə verilmiş torpaqların məqsədli təiynatını dəyişdirmədən başqa məqsədlər üçün istifadə
88-1.1. Müvəqqəti tutulan torpaqların vaxtında qaytarılmamasına və ya onların müvafiq istifadə üçün yararlı hala salmaq vəzifəsinin yerinə yetirilməməsinə görə —
fiziki şəxslər altı manatdan səkkiz manatadək miqdarda, vəzifəli şəxslər on iki manatdan on dörd manatadək miqdarda, hüquqi şəxslər otuz manatdan otuz iki manatadək miqdarda cərimə edilir.

88-1.2. İcarəyə verilmiş torpaqların məqsədli təyinatını dəyişdirmədən başqa məqsədlər üçün istifadəyə görə —
fiziki şəxslər səkkiz manatdan on manatadək miqdarda, vəzifəli şəxslər on dörd manatdan on altı manatadək miqdarda, hüququ şəxslər otuz iki manatdan otuz beş manatadək miqdada cərimə edilir.


Maddə 88-2. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinin qanunsuz bağlanılması və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılması
88-2.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəyə və ya icarəyə verilən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə —
fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.

88-2.2. Bu Məcəllənin 88-2.1-ci maddəsində nəzərdə tutulmuş xətaların il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə —
fiziki şəxslər iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.


Maddə 88-3. Torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulması
Vəzifəli şəxs tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla torpaq sahələrinin (magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarını və ya suların mühafizə zonalarındakı torpaq sahələri istisna olmaqla) tikinti üçün ayrılmasına görə –
altmış manatdan doxsan manatadək miqdarda cərimə edilir.


Maddə 89. Mərz nişanlarının məhv edilməsi
Mülkiyyətdə və ya istifadədə (icarədə) olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsinə görə —
on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.


Maddə 90. Torpaq sahələrindən meteoroloji şəbəkələrin, ölçü vasitələrinin və digər vasitələrin sıradan çıxarılması və torpaqların kateqoriyalarının dəyişdirilməsi
90.1. Torpaq sahələrindən meteoroloji şəbəkələrin və ölçü vasitələrinin, geodeziya istinad məntəqələrinin sıradan çıxarılmasına görə —
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilir.

90.2. Qanunvericiliyə riayət edilmədən torpaqların kateqoriyalarının dəyişdirilməsinə görə —
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

90.3. Meliorasiya və irriqasiya sistemlərinin sıradan çıxarılmasına görə —
fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda cərimə edilirlər.


Maddə 91. Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınmasının müəyyən edilmiş qaydasının pozulması
Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınmasının müəyyən edilmiş qaydasının pozulmasına görə —
fiziki şəxslər üç yüz manatdan doqquz yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min yeddi yüz manatdan üç min altı yüz manatadək miqdarda, hüquqi şəxslər beş min beş yüz manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.

Maddə 92. Meşəqırma bileti (orderi) olmadan köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsi və zədələnməsi, meşə bitkilərinin və cavan ağacların məhv edilməsi və zədələnməsi
92.1. Meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya onların zədələnməsinə və ya meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə —
fiziki şəxslər yeddi yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir.

92.2. Meşə fonduna aid olmayan ağac və ya kol əkililərinin zədələnməsinə, kəsilməsinə və ya məhv edilməsinə görə —
fiziki şəxslər iki min iki yüz manatdan iki min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər doqquz yüz manatdan on min manatadək miqdarda, hüquqi şəxslər qırx min manatdan əlli min manatadək miqdarda cərimə edilir.

92.3. eyni inzibati xəta:
92.3.1. şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə —
fiziki şəxslər min iki yüz manatdan min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.

92.3.2. magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə —
fiziki şəxslər min manatdan min üç yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək miqdarda cərimə edilir.

92.3.3. su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə —
fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər beş min manatdan altı min manatadək miqdarda, hüquqi şəxslər otuz min manatdan qırx min manatadək miqdarda cərimə edilir.

92.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş yaşıllıq ərazilərinin kadastrında olan ağac və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə —
fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər altı min manatdan yeddi min manatadək miqdarda, hüquqi şəxslər qırx min manatdan qırx beş min manatadək miqdarda cərimə edilir.


Maddə 93. Meşəqırma biletində (orderində) və ya meşə biletində nəzərdə tutulmuş məqsədləri və ya tələbləri gözləmədən meşədən istifadə etmə
Meşəqırma biletində (orderində) və ya meşə biletində nəzərdə tutulmuş məqsədləri və ya tələbləri gözləmədən meşədən istifadəyə görə —
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.


Maddə 94. Meşələrin bərpası, məhsuldarlığının artırılması, cins tərkibinin yaxşılaşdırılması və yetişmiş oduncaq ehtiyatlarından istifadə qaydalarının pozulması
Meşələrin bərpasına, vəziyyətinin və cins tərkibinin yaxşılaşdırılmasına, məhsuldarlığının artırılmasına və yetişmiş oduncaq ehtiyatlarından istifadəyə dair qaydaların pozulmasına görə —
fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək miqdarda cərimə edilir.


Maddə 95. Meşə fondu torpaqlarında biçənəklərin və otlaq sahələrinin zədələnməsi və ya korlanması
Meşə fondu torpaqlarında biçənəklərin və ya otlaq sahələrinin zədələnməsinə və ya korlanmasına görə —
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.


Maddə 96. Meşə fondu sahələrində özbaşına ot biçilməsi və ya mal-qara otarılması, özbaşına yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə yığılması
Meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə —
fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan altı min beş yüz manatadək miqdarda cərimə edilir.


Maddə 97. Meşə fondu torpaqlarında meşələrə zərərli təsirin qarşısını alan qurğuları olmayan istehsal obyektlərinin tikilməsi və ya istifadəyə verilməsi
Meşə fondu torpaqlarında meşələrə zərərli təsirin qarşısını alan qurğuları olmayan istehsal obyektlərinin və ya digər obyektlərin tikilməsinə və ya istifadəyə verilməsinə görə —
fiziki şəxslər yeddi yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər doqquz min manatdan on iki min manatadək miqdarda cərimə edilir.


Maddə 98. Meşə fondu torpaqlarında meşəsuvarma şəbəkələrinin, drenaj sistemlərinin və yolların məhv edilməsi və ya korlanması
Meşə fondu torpaqlarında meşəsuvarma şəbəkələrinin, drenaj sistemlərinin və yolların məhv edilməsinə və ya korlanmasına görə —
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər altı min manatdan yeddi min beş yüz manatadək miqdarda cərimə edilir.


Maddə 99. Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd, kvartal və sairə göstərici dirəklərin) məhv edilməsi və zədələnməsi
Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd, kvartal və sairə göstərici dirəklərin) məhv edilməsinə və ya zədələnməsinə görə —
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər beş min beş yüz manatdan altı min beş yüz manatadək miqdarda cərimə edilir.


Maddə 100. Meşə üçün faydalı faunanın məhv edilməsi
Meşə üçün faydalı faunanın məhv edilməsinə görə —
fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər altı min manatdan yeddi min beş yüz manatadək miqdarda cərimə edilir.


Maddə 101. Su obyektlərindən və sudan istifadə qaydalarının pozulması
101.1. Su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni:
101.1.1. su obyektlərində hidrotexniki və digər qurğuların özbaşına tikilməsinə;
101.1.2. su obyektlərinin özbaşına tutulmasına;
101.1.3. su obyektlərindən istifadə üzrə xüsusi razılıq (lisenziya) və ya icazə ilə müəyyən edilmiş şərtlərin pozulmasına görə —
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan yüz yetmiş beş manatadək miqdarda cərimə edilir.

101.2. Lazımi icazə olmadan sudan özbaşına istifadə edilməsinə, yəni:
101.2.1. sudan istifadə etmə limitlərinə əməl edilməməsinə;
101.2.2. su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə;
101.2.3. su kəmərlərindən, kanallardan özbaşına su götürülməsinə;101.2.4. içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə —
fiziki şəxslər iyirmi manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir.


Maddə 101-1. Su təchizatı sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsi
Su təchizatı müəssisəsinin səlahiyyətli şəxsi tərəfindən su qanunvericiliyinin tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə səlahiyyətləri çərçivəsində tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə görə —
fiziki şəxslər iyirmi manat miqdarında, vəzifəli şəxslər əlli manat miqdarında, hüquqi şəxslər yüz manat miqdarında cərimə edilir.


Maddə 102. Su obyektlərinin mühafizəsi qaydalarının pozulması
102.0. Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni:
102.0.1. su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə;
102.0.2. su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə;
102.0.3. su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət edilməməsinə;
102.0.4. xüsusi qorunan su obyektlərinin rejiminin pozulmasına;
102.0.5. su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət edilməməsinə;
102.0.6. sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suların çirkləndirilməsinə, torpaqların su erroziyasına və başqa ziyanlı hallara səbəb olan şəkildə pozulmasına;
102.0.7. su çıxarmaq üçün quyuların qazılması qaydalarının və texnologiyasının pozulmasına və ya lazımi icazə olmadan su çıxarmaq üçün quyuların qazılmasına görə —
fiziki şəxslər altı yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir.


Maddə 103. İçməli su mənbələrinin, su təmizləyici qurğularının, su kəmərlərinin sanitar mühafizə zonalarının tələblərinin və içməli suyun keyfiyyətinə dair tələblərin pozulması
103.1. İçməli su mənbələrinin, su təmizləyici qurğularının, su kəmərlərinin sanitar mühafizə zonalarının tələblərinin pozulmasına görə —
fiziki şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

103.2. İçməli suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməməsinə görə —
üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.


Maddə 104. İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması.
104.1. Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda, faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə —
fiziki şəxslər yeddi yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir.

104.2. Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə —
vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on beş min manatadək miqdarda cərimə edilir.

104.3. Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə —
fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər beş yüz manat miqdarında cərimə edilir.

104.4. Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə —
vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir.


Maddə 111. Balıq ehtiyatlarının mühafizəsi və ov qaydalarının pozulması
111.1. Balıq ehtiyatlarının mühafizəsi qaydalarının pozulmasına görə —
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək miqdarda cərimə edilir.

111.2. Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə —
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır.


Maddə 112. Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulması
112.0. Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni:
112.0.1. heyvanlar aləminin obyektlərindən istifadənin limitlərinin artırılmasına;
112.0.2. dövlət ekoloji ekspertizasının tələblərinin yerinə yetirilməməsinə;
112.0.3. heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin və miqrasiya yollarının mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə;
112.0.4. qurumuş bitkilərin və ya onların qalıqlarının özbaşına yandırılmasına;
112.0.5. bitki mühafizə vasitələrinin, onların boy stimulyatorlarının, mineral gübrələrin və başqa maddələrin (preparatların) saxlanması, daşınması və tətbiq edilməsi qaydalarının pozulmasına;
112.0.6. özbaşına, yaxud müəyyən edilmiş qaydanı pozmaqla heyvanları köçürdükdə, iqlimə uyğunlaşdırdıqda və artırdıqda genetik cəhətdən dəyişmiş orqanizmlərdən istifadə edilməsinə;
112.0.7. heyvanlar aləmi obyektlərinin vəziyyəti, sayı, onların istifadəsi haqqında məlumatların gizlədilməsinə və ya təhrif edilməsinə görə —
fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər beş min beş yüz manatdan yeddi min manatadək miqdarda cərimə edilir.


Maddə 113. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması
113.1. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına, yəni:
113.1.1. dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;
113.1.2. ağır ekoloji nəticələrə səbəb ola bilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;
113.1.3. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;
113.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada yararsız torpaqları bərpa etmədən yeni (xam) torpaq sahələrinin təsərrüfat və ya sair fəaliyyət dövriyyəsinə daxil edilməsinə;
113.1.5. Ətraf mühitin və onun komponentlərinin qlobal mənfi dəyişikliklərinə səbəb olan, o cümlədən ekoloji təhlükəsizlik sahəsində beynəlxalq müqavilələri pozan fəaliyyətin həyata keçirilməsinə;
113.1.6. müvafiq ərazinin təbii mühitinə xas olmayan, habelə nəzarətsiz artım və yayılmasının qarşısını almaq üçün səmərəli tədbirləri hazırlamadan süni yolla əldə edilmiş orqanizmlərdən istifadə edilməsinə, çoxaldılmasına və ya yayılmasına;
113.1.7. Ətraf mühit və insanlar üçün təhlükə dərəcəsi qiymətləndirilməmiş maddələrin tətbiq edilməsinə;
113.1.8. insan orqanizmində və ətraf mühitdə cəmləşə bilən və təbii parçalanmaya uğramayan toksik maddələrdən istifadə edilməsinə, habelə zərərsizləşdirmə texnologiyası ekoloji cəhətdən təhlükəli olan toksik maddələrin tətbiq edilməsinə;
113.1.9. emal, zərərsizləşdirmə və təkrar istifadə texnologiyası ekoloji cəhətdən təhlükəli olan məhsulların ölkəyə gətirilməsinə və ya istehsalına;
113.1.10. radioaktiv tullantıların, işlənmiş, lakin yenidən istifadəyə yararlı olan nüvə yanacağının, müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş siyahıda göstərilən toksik və sair təhlükəli istehsalat və məişət tullantılarının, digər radioaktiv maddələrin və nüvə materiallarının, təkrar istifadə edilə bilinməyən qeyri-toksik tullantıların, habelə istifadəsi və təkrar istifadəsi texnologiyası ekoloji təhlükə yaradan maddələrin ölkəyə gətirilməsinə;
113.1.11. müvafiq normativ hüquqi aktlarla ekoloji cəhətdən təhlükəli fəaliyyət kateqoriyasına aid edilmiş sair fəaliyyətin həyata keçirilməsinə;
113.1.12. bu Məcəllənin 113.1.1—113.1.11-ci maddələrində göstərilən xətaların törədilməsi ilə müşayiət olunan elmi-tədqiqat, iqtisadi və sair eksperimentlərin həyata keçirilməsinə görə —
fiziki şəxslər iki yüz manatdan yeddi yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə edilir.

113.2. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının pozulmasına görə —
fiziki şəxslər üç yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə edilir.

Maddə 114. Sənaye sahələrində işlərin təhlükəsiz görülməsinə dair qaydaların və normaların pozulması
114.1. Sənaye sahələrində və təhlükə potensiallı obyektlərdə işlərin təhlükəsiz görülməsinə dair qaydaların və normaların vəzifəli şəxslər tərəfindən pozulmasına görə —
otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.

114.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının nəzarəti altında olan obyektlərdə işlərin təhlükəsiz görülməsinə dair qaydaların pozulmasına görə —
qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.


Maddə 115. Sənaye sahələrində partlayıcı materialların saxlanmasına, işlədilməsinə və uçotuna dair qaydaların və normaların pozulması
Sənaye sahələrində və təhlükə potensiallı obyektlərdə partlayıcı materialların saxlanmasına, işlədilməsinə və uçotuna dair qaydaların və normaların pozulmasına görə —
otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir.


Maddə 115-1. Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunvericiliyin pozulması
115-1.0. Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunvericiliyin pozulmasına, yəni:
115-1.0.1. dövlət əhəmiyyətli xüsusi məhafizə olunan hidrotexniki qurğuların mühafizə zonalarının hüdudlarında (dəniz qurğularında yerləşən quyularda quyudaxili partlayış işləri istisna olmaqla) partlayış işlərinin aparılması və yeraltı təbii ehtiyatların istismarı, habelə qurğulara və ətraf mühitə fiziki, kimyəvi və bioloji təsir göstərə bilən obyektlərin yerləşdirilməsi və fəaliyyət göstərilməsinə;
115-1.0.2. hidrotexniki qurğuların layihələndirilməsi, tikintisi və istsmarı mərhələlərində, eləcə də onların yenidən qurulması, əsaslı təmiri, bərpası və konservasiyasından sonra qurğunun mülkiyyətçisi və ya istismarçısı tərəfindən hidrotexniki qurğunun təhlükəsizlik bəyannaməsinin tərtib edilməməsinə;
115-1.0.3. hidrotexniki qurğunun mülkiyyətçisi və istismarçısı tərəfindən təhlükəsizlik bəyannaməsində düzgün olmayan məlumatların göstərilməsinə görə —
vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.


Maddə 116. Qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulması
116.0. Qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasına, yəni:
116.0.1. qaz, elektrik və ya istilik qurğularında (elektrik verilişi xətlərində və boru kəmərlərində), avadanlıqlarında, qaza və enerjiyə qənaət sistemlərində texniki istismar qaydalarının, habelə onların texniki səviyyəsinin yüksəldilməsi və ya saxlanılması üçün müəyyən edilmiş tələblərin yerinə yetirilməməsinə;
116.0.2. qaz, elektrik və ya istilik enerjisinin istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına;
116.0.3. qaz, elektrik və ya istilik qurğularının (elektrik verilişi xətlərinin və boru kəmərlərinin), avadanlıqlarının, cihazlarının və bununla əlaqədar yeni texnologiyaların yaradılmasında dövlət energetika və qaz ekspertizasının həyata keçirilməsi tələblərinin pozulmasına, həmçinin yanlış ekspert rəyinin verilməsinə;
116.0.4. dövlət energetika və qaz ekspertizasının rəyi olmadan, müvafiq standartların tələblərinə cavab verməyən qaz, elektrik və ya istilik qurğularının (elektrik verilişi xətlərinin və boru kəmərlərinin), avadanlıqlarının, cihazlarının və bununla əlaqədar yeni texnologiyaların yaradılmasının maliyyələşdirilməsinə, onların istehsalata buraxılmasına və ya satışına;
116.0.5. müəssisələrin, qaz, elektrik və ya istilik təsərrüfatlarının, şəbəkələrinin, qurğularının (elektrik verilişi xətlərinin və boru kəmərlərinin) və başqa obyektlərinin layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, istismara verilməsində qaydaların və normaların və ya qaza və enerjiyə qənaət üzrə müəyyən edilmiş tələblərin pozulmasına;
116.0.6. qazın, elektrik və ya istilik enerjisinin istehsalı, nəqli və ya paylanması zamanı dövlət və sahə standartlarının tələblərinin pozulmasına;
116.0.7. qaz, elektrik və ya istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılmasına görə —
fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilir.


Maddə 116-1. Qaz və elektrik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsi
Enerji təchizatı müəssisəsinin və qaz paylayıcısının səlahiyyətli şəxsinin qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə səlahiyyətləri çərçivəsində tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə görə —
fiziki şəxslər iyirmi manat miqdarında, vəzifəli şəxslər əlli manat miqdarında, hüquqi şəxslər yüz manat miqdarında cərimə edilir.


Maddə 117. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin zədələnməsi və ya gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizə qaydalarının pozulması
117.1. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin zədələnməsinə və bunun istehlakçıların elektrik enerjisi ilə təmin edilməsində fasiləyə səbəb olmasına görə —
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan altmış manatadək miqdarda cərimə edilir.

117.2. Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizə qaydalarının pozulmasına görə –
fiziki şəxslər on beş manatdan otuz manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan doxsan manatadək miqdarda cərimə edilir.


Maddə 118. Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulması
Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına və ya onlardan istifadə qaydalarının pozulmasına görə —
fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir.
Qeyd: Bu maddədə «az miqdarda» dedikdə min manatadək olan məbləğ başa düşülür.


Maddə 119. Damazlıq işi haqqında qanunvericiliyin pozulması
119.0. Damazlıq işi haqqında qanunvericiliyin pozulmasına, yəni:
119.0.1. qüvvədə olan normativ sənədlər üzrə qiymətləndirilməmiş dövlət standartlarına uyğun gəlməyən və zootexniki tələblərə cavab verməyən damazlıq ehtiyatlarının satışına;
119.0.2. mənşəyi bəlli olmayan, müvafiq tələblərə (standartlara) uyğun gəlməyən törədicilərdən istifadə edilməsinə;
119.0.3. damazlıq ehtiyatlarının geniş təkrar istehsalı zamanı onların qiymətləndirilməsi qaydalarına əməl edilməməsinə, yaxud həmin törədicilərin bilərəkdən təhrif olunmasına;
119.0.4. uçot-hesabat sənədlərində düzgün olmayan məlumatların göstərilməsinə;
119.0.6. cinslərin rayonlaşmasına əməl edilməməsinə;
119.0.7. yerli heyvan genofonduna ziyan vurulmasına görə —
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

Maddə 119-1. Atçılıq haqqında qanunvericiliyin pozulması
119-1.1. Atçılıq sahəsində dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq sahədə göstərişlərinin yerinə yetirilməməsinə görə —
fiziki şəxslər on manatdan iyirmi manatadək, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda cərimə edilirlər.

119-1.2. Damazlıq atlara pasportların (şəhadətnamələrin) verilməsi qaydalarının pozulmasına görə —
vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda cərimə edilirlər.

119-1.3. Milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at cinslərinin damazlıq özəklərinin məhv edilməsinə görə —
fiziki şəxslər otuz manatdan qırx manatadək, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilirlər.


Maddə 120. Seleksiya nailiyyətlərindən istifadə qaydalarının pozulması
120.0. Seleksiya nailiyyətlərindən istifadə qaydalarının pozulmasına, yəni:
120.0.1. istehsal olunan və satılan seleksiya nailiyyətinə qeydiyyatda olan adından fərqli ad verilməsinə;
120.0.2. istehsal olunan və satılan seleksiya nailiyyətinə bilərəkdən başqa qeydiyyatda olan sortun və cinsin adının verilməsinə;
120.0.3. istehsal olunan və satılan seleksiya nailiyyətinə verilən ad qeydiyyatda olan başqa nailiyyətin adına həddən artıq oxşar olub, onların arasında çaşqınlıq yaradılmasına;
120.0.4. lisenziya müqaviləsi bağlamadan seleksiya nailiyyətindən istifadə edilməsinə;
120.0.5. istehlakçının bilərəkdən aldadaraq patent alınmış seleksiya nailiyyətinin başqa ad altında satılmasına;
120.0.6. seleksiya nailiyyətlərinin sertifikatsız satılmasına;
120.0.7. dövlət reyestrində, ərizə, ekspertiza, sınaq sənədlərində yanlış qeydlər aparılmasına görə —
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.


Maddə 121. Toxumçuluq haqqında qanunvericiliyin pozulması
121.0. Toxumçuluq haqqında qanunvericiliyin pozulmasına, yəni:
121.0.1. karantin obyekti ilə yoluxmuş, dövlət standartlarına uyğun gəlməyən toxumların əkilməsinə, səpininə, tədarükünə və satılmasına;
121.0.2. sortluq və səpin keyfiyyətlərini təsdiq edən uy­ğun­luq ser­ti­fi­ka­tı və fitosanitar sertifikatı olmayan toxumların idxalına, ixracına və ticarət dövriyyəsinə daxil edilməsinə;
121.0.3. to­xum par­ti­ya­sı­nın key­fiy­yə­ti­nin qiy­mət­lən­di­ril­mə­si qaydalarına əməl edilməməsinə, yaxud keyfiyyət göstəricilərinin bilərəkdən təhrif olunmasına;
121.0.4. lisenziya müqaviləsi bağlamadan bitki sortlarının toxumlarından istifadə edilməsinə;
121.0.5. toxumçuluğun əsas prinsiplərinə riayət edilməməsinə;
121.0.6. toxumçuluqda tətbiq edilən uçot-hesabat sənədlərində düzgün olmayan məlumatların göstərilməsinə görə —
fiziki şəxslər on manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx beş manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz otuz manatadək miqdarda cərimə edilir.


Maddə 123. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulması
123.0. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulmasına, yəni:
123.0.1. sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan satış yerlərində, anbarlarda və digər istehsalat binalarında bitki mühafizə vasitələrinin saxlanılmasına, satışına və tətbiq edilməsinə;
123.0.2. pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qanunvericiliklə müəyyən edilmiş xüsusi yerlərdən kənarda zərərsizləşdirilməsinə;
123.0.3. karantin tətbiq edilən zərərli orqanizmlərə həssas bitkilərin həmin ərazidə yenidən əkilməsinə, habelə karantin nəzarətində olan bitkilərin və bitki mənşəli digər məhsulların karantin zonasından çıxarılmasına;
123.0.4. Ətraf mühitin zərərli kimyəvi maddələrlə çirklənməsinə yol verilməsinə, istifadəyə yararsız və yüksək toksiki xassəyə malik preparatların istifadəsinə;
123.0.5. qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin və digər zəhərli kimyəvi maddələrin istehsalına, satışına, idxalına, ixracına və tətbiqinə yol verilməsinə;
123.0.6. qanunvericiliyə uyğun olaraq istehsal mənşəyinə görə adlar verilən və yüksək keyfiyyətli (markalı) bitkiçilik məhsullarının istehsalı məqsədi ilə bitkilərə pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin tətbiqinə yol verilməsinə;
123.0.7. tərkibində pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qalıq miqdarı yol verilən normadan artıq olan bitki və bitkiçilik məhsullarının satılmasına;
123.0.8. qanunvericiliklə müəyyən olunmuş qaydada icazə olmadan təbiəti mühafizə, sağlamlaşdırma, istirahət və turizm zonalarında, su fondu torpaqlarında, suqoruyucu və xüsusi qorunan digər ərazilərdə pestisidlərin və digər zəhərli kimyəvi maddələrin tətbiq edilməsinə görə —
fiziki şəxslər iyirmi manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir


Maddə 123-1. Satış məqsədi olmadan tər­ki­bin­də nar­ko­tik mad­də­lər olan bitkilərin şəxsi istehlak miqdarında kultivasiyası
Satış məqsədi olmadan tər­ki­bin­də nar­ko­tik mad­də­lər olan bitkilərin şəxsi istehlak miqdarında əkilməsi, ye­tiş­di­ril­mə­si və ya top­la­nıl­ma­sı­na görə —
on manatdan on beş manatadək miqdarda cərimə edilir.


Maddə 124. Karantin yoxlamasından və müvafiq əməliyyatdan keçirilməmiş materialların daşınması
Xarici ölkələrdən gətirilmiş, karantin yoxlamasından və müvafiq əməliyyatdan keçirilməmiş materialların sərhəd, dəniz və çay limanlarından (körpülərindən), dəmir yolu stansiyalarından, avtovağzallardan (avtostansiyalardan), aeroportlardan və digər sərhəd məntəqələrindən daşınmasına görə —
fiziki şəxslər beş manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər şərti otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir.


Maddə 125. Baytarlıq haqqında qanunvericiliyin pozulması
125.0. Baytarlıq haqqında qanunvericiliyin pozulmasına, yəni:
125.0.1. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə;
125.0.2. heyvan mənşəli məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına;
125.0.3. heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri, heyvan tələfatı halları haqqında müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməməyə, habelə belə heyvanları təcrid etməməyə;
125.0.4. yoluxucu xəstəliklərin qarşısının alınması üzrə karantin tədbirlərinin və baytarlıq (baytarlıq-sanitariya) qaydalarının, yaxud dövlət baytarlıq nəzarətini həyata keçirən orqanların epizootiya əleyhinə dair qərarlarının pozulmasına və digər qərarları icra etməməyə görə —
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.


Maddə 126. İt və pişik saxlama qaydalarının pozulması
Şəhərlərdə və ya digər yaşayış məntəqələrində it, pişik və ya başqa ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə —
beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.


Maddə 127. Qırmızı kitaba daxil olunmuş heyvan və bitki növlərinin qorunması üzrə tələblərin pozulması
Azərbaycan Respublikasının Qırmızı kitabına daxil olunmuş və xüsusi mühafizə olunan bitki və heyvan növlərinin siyahısında olan heyvanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə —
otuz manatdan altmış manatadək miqdarda cərimə edilir.


Maddə 128. Zooloji kolleksiyaların yaradılması və onlarla ticarət qaydalarının pozulması
128.1. Zooloji kolleksiyaların yaradılmasının, zənginləşdirilməsinin, saxlanmasının, istifadəsinin, dövlət uçotuna alınmasının, Azərbaycan Respublikasına gətirilməsinin, onun hüdudlarından kənara göndərilməsinin və ya aparılmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına görə —
fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.

128.2. Zooloji kolleksiyalarla qanunvericiliklə müəyyən edilmiş ticarət qaydalarının pozulmasına görə —
fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.


Maddə 129. Heyvanlarla rəhmsizcəsinə rəftar edilməsi, onların və digər heyvanlar aləmi obyektlərinin qorunması üzrə tədbirlərin görülməməsi
129.1. Heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olunmasına görə —
iyirmi beş manatdan qırx beş manatadək miqdarda cərimə edilir.

129.2. Heyvanlar aləmi obyektlərinin əldə edilməsi, realizə olunması, Azərbaycan Respublikası hüdudlarından kənara göndərilməsi, aparılması və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qaydalarının pozulmasına görə —
iyirmi manatdan otuz beş manatadək miqdarda cərimə edilir.


Maddə 136. Dəmir yolu nəqliyyatı vasitələrindən istifadə qaydalarının pozulması
136.1. Yük qatarlarında özbaşına getməyə, hərəkət edən qatara minməyə və ondan düşməyə, vaqonların pillələrində və damlarında getməyə, ehtiyac olmadan qatarı özbaşına dayandırmağa görə —
xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.

136.2. Qatarların vaqonlarının pəncərələrindən və qapılarından zibil və ya başqa predmetlər atılmasına görə —
xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə edilir


Maddə 137. Sərnişin vaqonlarının daxili avadanlığının, lokomotivlərin və dəmir yolu nəqliyyatı vaqonlarının şüşələrinin, daxili avadanlığının zədələnməsi
Sərnişin vaqonlarının şüşələrinin və ya daxili avadanlığının, lokomotivlərin, dəmir yolu nəqliyyatı vaqonlarının şüşələrinin və daxili avadanlığının zədələnməsinə görə —
on manatdan on beş manatadək miqdarda cərimə edilir.


Maddə 138. Dəmir yolu nəqliyyatında təhlükəli maddələr və predmetlər aparma qaydalarının pozulması
Dəmir yolu nəqliyyatında təhlükəli maddələrin və predmetlərin əl yükündə aparılması qaydalarının pozulmasına görə —
xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir


Maddə 139. Dəmir yolu nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması
139.1. Yükdaşıma üçün nəzərdə tutulmuş dəmir yolu nəqliyyatı vasitələrinin, konteynerlərin, habelə daşıma mexanizmlərinin zədələnməsinə görə —
on manatdan otuz manatadək miqdarda cərimə edilir.

139.2. Yük vaqonlarının, konteynerlərin zədələnməsinə, plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, yük həyətlərinin, dəmir yolu stansiyalarının, konteyner məntəqələrinin (meydançalarının) və yük daşımaları ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə görə —
on beş manatdan qırx manatadək miqdarda cərimə edilir.


Maddə 140. Dəmir yol nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsi
Dəmir yol nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə —
xəbərdarlıq edilir və ya beş manatdan on beş manatadək miqdarda cərimə edilir.


Maddə 140-1. Metropolitendən istifadə qaydalarının pozulması
140-1.1. Stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan «sərnişin-maşinist» rabitəsindən istifadə etməyə görə —
on manat miqdarında cərimə edilir.

140-1.2. Eskalatordan sürahinin üstünə əşya qoymağa görə —
on beş manat miqdarında cərimə edilir.

140-1.3. Dəmir yoluna hər hansı əşya atmağa görə —
otuz manat miqdarında cərimə edilir.

140-1.4. Eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan «Stop» açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə —
əlli manat miqdarında cərimə edilir.

140-1.5. Müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədicilərini qoşmağa görə —
yetmiş manat miqdarında cərimə edilir.

140-1.6. Metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə —
yüz manat miqdarında cərimə edilir.


Maddə 141. Dəniz və çay nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması
141.1. Dəniz və çay nəqliyyatında gəmilərin limana daxil olmasının və limandan çıxmasının, liman sularında gəmilərin hərəkəti və dayanması qaydalarının pozulmasına görə —
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan əlli beş manatadək miqdarda cərimə edilir.

141.2. Lazımi icazə olmadan liman sularında dalğıclıq işləri görülməsinə və ya bu işlər zamanı siqnal vermə qaydalarına əməl edilməməsinə görə —
fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər qırx beş manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

141.3. Gəminin suyaoturumu, uzunluğu, eni və tutumu barədə dəniz bələdçisinə dəqiq məlumatların elan edilməməsinə və ya yanlış məlumatların elan edilməsinə görə —
gəmi kapitanı əlli manatdan doxsan manatadək miqdarda cərimə edilir.


Maddə 142. Dəniz və çay nəqliyyatı gəmilərində sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması
142.1. Sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə —
fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.

142.2. Gəmilərdən zibil və başqa predmetlər atmağa görə —
on manatdan on beş manatadək miqdarda cərimə edilir.


Maddə 143. Dəniz və çay nəqliyyatında siqnalizasiya və rabitə qurğuları və avadanlığının zədələnməsi
Dəniz və çay nəqliyyatında siqnalizasiya və rabitə qurğularının və avadanlığının zədələnməsinə görə —
on manatdan iyirmi manatadək miqdarda cərimə edilir.


Maddə 144. Kiçik gəmilərin qeydə alınması, uçotu və istismar qaydalarının pozulması
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında olan kiçik gəmilərin qeydə alınması və uçotu qaydalarının və bu gəmilərdən, onların dayanması üçün bazalardan (qurğulardan) istifadə qaydalarının pozulmasına görə —
on manatdan otuz beş manatadək miqdarda cərimə edilir və ya kiçik gəmini idarəetmə hüququ altı aydan iki ilədək müddətə məhudlaşdırılır


Maddə 144-1. Gəmilərin qeydiyyata alınması qaydalarının pozulması
Gəminin məcburi olan qeydiyyata alınmasından boyun qaçırmağa, gəminin müəyyən edilmiş qaydanın pozulması ilə gəmi reyestrlərinin birində qeydiyyata alınmasına və ya gəmi reyestrlərinə daxil olan məlumatların dəyişdirilməsi barədə xəbər verilməməsinə görə —
iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir

Maddə 145. Limanlarda yükvurma, yükləri boşaltma və yığma qaydalarının pozulması
Limanlarda yükvurma, yükləri boşaltma və yığma qaydalarının pozulmasına görə —
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir


Maddə 146. Dəniz və çay nəqliyyatında təhlükəli maddələr və predmetlər aparma qaydalarının pozulması
146.1. Dəniz və çay nəqliyyatında təhlükəli maddələrin və predmetlərin əl yükündə aparılması qaydalarının pozulmasına görə —
xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.

146.2. Dəniz və çay nəqliyyatında təhlükəli maddələr və ya predmetlər aparılması qaydalarının pozulmasına görə —
xəbərdarlıq edilir və ya beş manatdan on manatadək miqdarda cərimə edilir


Maddə 147. Dəniz və çay nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması
147.1. Yükdaşıma üçün nəzərdə tutulmuş üzən nəqliyyat vasitələrinin, habelə daşıma mexanizmlərinin zədələnməsinə görə —
on manatdan otuz manatadək miqdarda cərimə edilir.

147.2. Konteynerlərin zədələnməsinə, plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, yük həyətlərinin, liman (körpü) yük rayonlarının (sahələrinin), şlüzlərin konteyner məntəqələrinin (meydançalarının) və yük daşımaları ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə görə —
on beş manatdan otuz beş manatadək miqdarda cərimə edilir


Maddə 148. Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsi
Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə —
xəbərdarlıq edilir və ya yeddi manatdan on üç manatadək miqdarda cərimə edilir


Maddə 149. Nəqliyyatda biletsiz getmə
149.1. Trolleybusda, tramvayda şəhər və şəhərətrafı avtobusda marşrut taksisində sərnişinlərin biletsiz getməsinə görə —
üç manat cərimə edilir.

149.2. Şəhərlərarası marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz getməsinə görə —
on manat cərimə edilir.

149.3. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz getməsinə görə-
iyirmi manat cərimə edilir.

149.4. Dəmir yolu nəqliyyatında sərnişinlərin biletsiz getmələrinə görə —
on beş manatdan otuz manatadək miqdarda cərimə edilir.

149.5. Dəniz və çay nəqliyyatında sərnişinlərin biletsiz getmələrinə görə —
otuz manatdan otuz beş manatadək miqdarda cərimə edilir.

149.6. Hava nəqliyyatında sərnişinlərin biletsiz getmələrinə görə —
otuz beş manatdan qırx manatadək miqdarda cərimə edilir


Maddə 150. Nəqliyyat vasitəsində biletsiz sərnişin aparılması
150.1. Trolleybusda, tramvayda şəhər və şəhərətrafı avtobusda marşrut taksisində sərnişinlərin biletsiz aparılmasına görə —
beş manatdan on beş manatadək miqdarda cərimə edilir.

150.2. Şəhərlərarası marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz aparılmasına görə-
on beş manat cərimə edilir.

150.3. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz aparılmasına görə-
otuz manat cərimə edilir.

150.4. Dəmir yolu nəqliyyatında sərnişinlərin biletsiz aparılmasına görə —
beş manatdan on manatadək miqdarda cərimə edilir.

150.5. Dəniz və çay nəqliyyatında sərnişinlərin biletsiz aparılmasına görə —
on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.

150.6. Hava nəqliyyatında sərnişinlərin biletsiz aparılmasına görə —
iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir

Maddə 150-1. Sənədsiz sərnişin daşıma
Beynəlxalq daşımaları həyata keçirən şəxslər tərəfindən müvafiq dövlətin ərazisinə giriş və ya ərazisindən çıxış üçün sənədlərə malik olmayan sərnişinlərin daşınmasına görə —
fiziki şəxslər yüz manatdan üç yüz manatadək miqdarda, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi min manatdan üç min manatadək miqdarda cərimə edilir


Maddə 150-2. Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması
150-2.1. Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulmasına, yəni:
150-2.1.1. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusların müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə riayət olunmamasına;
150-2.1.2. «Taksi» tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə;
150-2.1.3. müəyyən edilmiş tarifdən daha yüksək gediş haqqının tətbiq edilməsinə;
150-2.1.4. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə;
150-2.1.5. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda aparılmasına yol verilməyən əşyaların daşınmasına;
150-2.1.6. müntəzəm şəhərdaxili marşrutlarda daşıma prosesi ilə bilavasitə əlaqəsi olmadıqda audio cihazlardan istifadə edilməsinə;
150-2.1.7. sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş daşınma sənədləri olmadan sərnişin daşımalarının həyata keçirilməsinə;
150-2.1.8. taksi minik avtomobilində, müntəzəm və ya qeyri-müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda sərnişinlərin, baqaj yerlərinin sayına və baqajın kütləsinə dair müəyyən olunmuş tələblərə riayət olunmamasına görə
qırx manatdan əlli manatadək miqdarda cərimə edilir


Maddə 150-3. Avtomobil nəqliyyatı ilə yük daşınması qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulması
150-3.1. Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının şamil edildiyi avtomobil daşımaları həyata keçirilərkən həmin qaydalarda nəzərdə tutulmuş qalaq (tökülən) yüklərin, tikinti materiallarının, heyvanların və ya quşların, çörək və çörək-bulka məmulatlarının daşınması şərtlərinin pozulmasına görə
qırx manatdan əlli manatadək miqdarda cərimə edilir.

150-3.2. Əmtəə təyinatlı yüklərin əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına görə
iyirmi manat miqdarında cərimə edilir.


Maddə 150-4. Xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulması
150-4.1. Xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasına görə
yüz manat miqdarında cərimə edilir.

150-4.2. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarına dair xüsusi razılıq (lisenziya) şərtlərinin pozulmasına görə
əlli manat miqdarında cərimə edilir.


Maddə 150-5. Pasport olmadan avtovağzal (avtostansiya) fəaliyyəti ilə məşğul olma və pasportla müəyyən edilmiş müvafiq kateqoriyaya uyğun texnoloji prosesi pozma
150-5.1. Pasport olmadan avtovağzal (avtostansiya) fəaliyyəti ilə məşğul olmasına görə
min beş yüz manat miqdarında cərimə edilir.

150-5.2. Avtovağzalın (avtostansiyanın) fəaliyyətinin müvafiq kateqoriyaya uyğun texnoloji prosesinin pozulmasına görə
beş yüz manat miqdarında cərimə edilir.



Maddə 171. Radioelektron, radiorabitə vasitələrinin və yüksəktezlikli qurğuların istehsalı, əldə edilməsi, idxalı, istifadəsi və qeydiyyatı qaydalarının pozulması
Radioelektron, radiorabitə vasitələrinin və yüksəktezlikli qurğuların istehsalına, əldə edilməsinə, idxalına, istifadəsinə və qeydiyyatına dair qanunla müəyyən edilmiş qaydaların pozulmasına və ya tezliklərdən bütün təyinatlı radioelektron vasitələrinin və yüksəktezlikli qurğuların işi üçün istifadə olunmasına və ya teleradio verilişlərinin qəbuluna maneələr törədilməsinə görə —
fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz səksən manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir


Maddə 172. Rabitə vasitələrinin, xətlərinin və qurğularının mühafizə qaydalarının pozulması
Rabitə vasitələrinin, xətlərinin və qurğularının qanunvericiliklə müəyyən edilmiş mühafizə qaydalarının pozulmasına və ya rabitə vasitələrinin, xətlərinin və ya kabel qurğularının zədələnməsinə görə —
fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir


Maddə 172-1.Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma
Abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz olaraq daxil olmaqla danışıqlar aparma, zərərçəkmiş şəxsə az miqdarda ziyan vurmaqla törədildikdə
iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.
Qeyd: Bu maddədə «az miqdarda» dedikdə, min manatadək olan məbləğ başa düşülür


Maddə 173. Poçt markalarının və digər poçt ödəniş nişanlarının buraxılması və ya yayılması
Poçt ödənişi nişanlarının (poçt markaları, markalı zərf və açıqcalar) və digər poçt ödəniş nişanlarının və başqa filateliya əşyalarının qanunsuz olaraq buraxılmasına və ya onların nəşri və dövriyyəsi qaydalarının pozulmasına görə —
inzibati xəta törədilməsinə səbəb olmuş poçt ödənişi nişanları və digər poçt ödəniş nişanları və başqa filateliya əşyaları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər ş iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli altmış beş manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir


Maddə 174. Rabitə xidməti qaydalarının pozulması
Rabitə fəaliyyətinin həyata keçirilməsi zamanı rabitə xidməti qaydalarının pozulmasına, yəni mövcud standartlara, norma və qaydalara, habelə müqavilə şərtlərinə əməl edilməməsinə görə —
xəbərdarlıq edilir və ya on manatdan otuz manatadək miqdarda cərimə edilir


Maddə 175. Sertifikatlaşdırılmamış rabitə vasitələrindən istifadə edilməsi
Qanunvericiliklə sertifikatlaşdırılması tələb olunan sertifikatlaşdırılmamış rabitə vasitələrindən istifadə edilməsinə və ya onların realizə edilməsinə görə —
bu cür qoşulma nəticəsində istismar edilən rabitə avadanlığı müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan yüz qırx manatadək miqdarda cərimə edilir


Maddə 176. Rabitə şəbəkələrinin və qurğularının layihələşdirilməsi, inşaatı və istismarı qaydalarının və normalarının pozulması
Rabitə şəbəkələrinin və qurğularının layihələşdirilməsi, inşaatı və istismarının müəyyən edilmiş qaydalarının və normalarının pozulmasına görə —
fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir


Maddə 177. Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzaların aradan qaldırılmasına maneçilik törədilməsi
Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzanın aradan qaldırılmasına qəzanın baş verdiyi yerin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən maneçilik törədilməsinə görə —
fiziki şəxslər iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir


Maddə 178. Rabitə vasitələrinin, qurğularının, xətlərinin mühafizə zonalarında müvafiq icazə olmadan işlərin aparılması
Rabitə vasitələrinin, qurğularının, xətlərinin mühafizə zonalarında müvafiq icazə olmadan tikinti işlərinin və ya digər işlərin aparılmasına görə —
fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir


Maddə 179. Ümumi istifadəli avtomat telefonlarının zədələnməsi
Ümumi istifadəli avtomat telefonlarının zədələnməsinə görə —
otuz manatdan qırx manatadək miqdarda cərimə edilir


Maddə 180. Müvafiq icazə olmadan rabitə xidmətlərinin göstərilməsi
Rabitə sistemlərindən, qurğularından və xətlərindən istifadə etməklə qazanc məqsədilə rabitə xidmətlərinin göstərilməsinə və ya rabitə şəbəkələrindən və vasitələrindən bu məqsədlə istifadə edilməsinə görə —
belə xidmətlərin göstərilməsində (qoşulmasında) istifadə edilən rabitə avadanlığı müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir


Maddə 180-1. Abonentin identifikasiya modulunun və ya mobil telefon aparatının başqa şəxslərə kirayəyə verilməsi
Mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə abonentin identifikasiya modulunun (sim kartlar və ya digər kartlar) və ya mobil telefon aparatının başqa şəxslərə kirayəyə verilməsinə görə —
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min manatdan iki min manatadək, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir.


Maddə 181. İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulması
İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulmasına görə —
fiziki şəxslər beş manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər doxsan manatdan yüz otuz manatadək miqdarda cərimə edilir


Maddə 181-1. Ətraf mühitə dair informasiyanın verilməsinin qanunazidd məhdudlaşdırılması
ətraf mühitə dair informasiyanın verilməsinin qanunazidd məhdudlaşdırılmasına görə —
vəzifəli şəxslər əlli manat cərimə edilir


Maddə 181-2. Məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğuya mahiyyəti üzrə baxmaqdan boyun qaçırılması
Azərbaycan Respublikası vətəndaşlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının və dövlət hakimiyyəti orqanlarının məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğularına mahiyyəti üzrə baxmaqdan boyun qaçırılmasına görə –
vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir


Maddə 181-3. İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması
181-3.1. İnformasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə —
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilirlər.

181-3.2. İnformasiya sahibi tərəfindən informasiyanın əldə olunmasının təşkil edilməməsinə görə —
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər səksən beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilirlər.

181-3.3. İnformasiyanın əldə edilməsi haqqında yazılı sorğunun qəbul edilməsindən imtina olunmasına görə —
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər doxsan manat miqdarında, hüquqi şəxslər üç yüz manat miqdarında cərimə edilirlər.

181-3.4. İnformasiya sahibi tərəfindən malik olduğu sənədlərin qanunvericiliklə müəyyən olunmuş saxlanma, komplektləşdirilmə və mühafizə qaydalarının pozulmasına görə —
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilirlər.

181-3.5. İctimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqladığı üçün vəzifəli şəxsin təqib olunmasına görə —
vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilirlər.

181-3.6. Sorğuçu tərəfindən qulluq vəzifəsini yerinə yetirmək bəhanəsi ilə, yaxud qulluq mövqeyindən istifadə etməklə şəxsi məqsəd üçün informasiya əldə edilməsi və ya qulluq vəzifəsini yerinə yetirərkən əldə etdiyi informasiyadan digər məqsədlər üçün istifadə edilməsinə görə —
vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda cərimə edilirlər


Maddə 181-4. Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulması
181-4.0. Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına, yəni:
181-4.0.1. fərdi məlumatlar haqqında qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə;
181-4.0.2. fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, fərdi məlumatlar haqqında qanunvericiliklə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə –
üç yüz manatdan beş yüz manatadək miqdarında cərimə edilir.


Maddə 181-5. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etmə
Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etməyə görə —
gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr müsadirə edilməklə iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir.


Maddə 182. İnformasiyanın mühafizəsi qaydalarının pozulması
182.1. İnformasiyanın mühafizəsi sahəsində fəaliyyətin lisenziya ilə nəzərdə tutulmuş şərtlərinin pozulmasına görə —
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx manatadək miqdarda, hüquqi şəxslər yetmiş manatdan yüz manatadək miqdarda cərimə edilir.

182.2. Qanunvericiliklə sertifikatlaşdırılması tələb olunan, lakin sertifikatlaşdırılmamış informasiya sistemindən, məlumat bazasından və bankından, habelə məlumatların qorunma vasitələrindən istifadə edilməsinə görə —
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir


Maddə 183. İnformasiya sistemlərinin sertifikatlaşdırılmaması
Fiziki şəxslərin və təşkilatların informasiya təminatı üçün nəzərdə tutulan informasiya sistemlərinin, məlumat bazasının və bankının, konfidensial informasiyanın işlənməsini həyata keçirən dövlət orqanlarının, müəssisələrin və təşkilatların informasiya sistemlərinin, yaxud bu sistemlərin mühafizə vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada sertifikatlaşdırılmamasına görə —
fiziki şəxslər on manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan yüz yetmiş manatadək miqdarda cərimə edilir


Maddə 183-1. Elektron imza və elektron sənəd haqqında qanunvericiliyin pozulması
183-1.1. Sertifikatlaşdırılmamış elektron imza və elektron sənəd dövriyyəsi vasitələrindən istifadə edilməsinə görə –
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

183-1.2. İnformasiya sisteminin mülkiyyətçisi tərəfindən bu sistemin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməməsinə, informasiya sisteminin müəyyən edilmiş qaydada ekspertizadan keçirilməməsinə görə –
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

183-1.3. Sertifikat xidmətləri mərkəzi tərəfindən imzayaratma məlumatlarının və imza sahibi barəsində məlumatların mühafizəsinin, sertifikatdakı məlumatların tamlığının və düzgünlüyünün, sertifikat xidmətlərinin keyfiyyətinin və dəqiqliyinin təmin edilməməsinə, sertifikatın qüvvəsinin qanunsuz dayandırılması və ya ləğv edilməsinə, sertifikatın istifadəsinə təsir edə bilməsi məlum olmuş məlumatların imza sahibinə vaxtında çatdırılmamasına görə –
fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

183-1.4. Elektron sənədlərin saxlanmasında, ötürülməsində, qəbulunda vasitəçinin informasiya sistemindən etibarlı istifadəni təmin edən texnika və texnalogiyalara, bilikli, təcrübəli və səriştəli işçi heyətə, xidmət göstərilmiş etektron sənədlərin vaxtını və mənbəyini imkan verən şəraitə, həmin elektron sənədlərin vaxtı və mənbəyi haqqında informasiyanın saxlanması üçün etibarlı sistemə malik olmamasına görə –
fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir


Maddə 184. Xüsusi razılıq (lisenziya) olmadan informasiya mühafizə vasitələrinin layihələşdirilməsi və ya istehsalı
Xüsusi razılıq (lisenziya) olmadan informasiya mühafizə vasitələrinin layihələşdirilməsinə və ya istehsalına görə —
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan əlli beş manatadək miqdarda, hüquqi şəxslər yüz otuz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir

Maddə 193. Yaşayış sahələrindən istifadə qaydalarının pozulması
193.1. Yaşayış sahələrindən istifadə, ümumi istifadə yerlərinin, pilləkən meydançalarının, liftlərin, evlərin girişlərinin, evyanı ərazilərin təmiz saxlanması qaydalarının pozulmasına görə —
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar üç manatdan beş manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar əlli manatdan altmış manatadək miqdarda cərimə edilir.

193.2. Yaşayış evlərini, yaşayış sahələrini istifadə edilməsi və mühəndis avadanlığının istismar qaydalarının pozulmasına və ya bunların təsərrüfatsızlıqla saxlanmasına görə —
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan on manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar altmış manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

193.3. Yaşayış evlərinin və yaşayış sahələrinin özbaşına yenidən düzəldilməsinə, onlardan başqa məqsədlər üçün istifadəyə, yaşayış evlərinin, yaşayış sahələrinin, onların avadanlığının və abadlıq obyektlərinin korlanmasına görə —
fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir


Maddə 194. Özbaşına tikinti işlərinin aparılması
194.1. Qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmadan binaların və qurğuların tikilməsinə görə —
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.
Qeyd: Şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada razılıq alınmadan inşa etdiyi tikililərə mülkiyyət hüququ məhkəmə qaydasında tanındığı hallarda şəxs inzibati məsuliyyət daşımır.
194.2. Mövcud tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılmasına, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulmasına və dəyişikliklər edilməsinə görə —
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.


Maddə 195. Bağ evlərinin tikilməsi qaydalarının pozulması
Qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmış layihə olmadan və ya qanunvericiliklə müəyyən edilmiş normalardan kənara çıxılmaqla bağ evlərinin tikilməsinə görə —
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.


Maddə 196. Şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulması
196.0. Şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulmasına, yəni:
196.0.1. xüsusi razılıq (lisenziya) olmadan I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi, mühəndis-axtarış və tikinti-quraşdırma işləri ilə məşğul olmağa;
196.0.2. baş planlarda, müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində müvafiq rəy alınmadan dəyişiklik edilməsinə;
196.0.3. mühəndis-axtarış işləri və layihə sənədlərinin dövlət ekspertizası aparılmadan I və II məsuliyyət səviyyəli bina və qurğuların tikintisinin həyata keçirilməsinə;
196.0.3-1. müvafiq rəy olmadan dini ibadət yerinin tikintisinə və ya mövcud dini ibadət yerinin yenidən qurulmasına;
196.0.4. mühəndis-axtarış və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı tikinti norma və qaydalarını pozmağa;
196.0.5. tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydalarını pozmağa;
196.0.6. tikintidə təhlükəsizliyə nəzarət edən orqanın fəaliyyətinə maneçilik törətməyə və həmin orqanın qanuni göstərişlərinə əməl etməməyə görə —
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.


Maddə 197. Şəhərləri və digər yaşayış məntəqələrini abadlaşdırma qaydalarının pozulması
Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisini abadlaşdırma qaydalarını pozmağa və ya şəhərlərdə və digər yaşayış məntəqələrində təmizliyi və səliqəni təminetmə qaydalarına əməl etməməyə görə —
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan yeddi manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi beş manatdan otuz beş manatadək miqdarda cərimə edilir


Maddə 198. Şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıqların başqa yerlərə keçirilməsi və yaxud mühafizəsi üçün tədbirlər görülməməsi
Şəhərlərdə və digər yaşayış məntəqələrində tikinti işləri başlanan zaman yaşıllığı olan ayrı-ayrı sahələrin tikilişində lazımi icazə olmadan yaşıllıqların başqa yerlərə keçirilməsinə, yaxud öz sərəncamında olan yaşıllıqların mühafizəsi üçün şəxslərin tədbirlər görməməyə görə —
fiziki şəxslər beş manatdan on beş manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda cərimə edilir


Maddə 199. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda belə razılıq olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə,
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan yüz altmış manatadək miqdarda cərimə edilir.
Qeyd: Bu Məcəllənin 199-cu, 199–3-cü, 200-cü, 201-204-cü 204-2, 205-ci və 221.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli miqdarda (min manatdan artıq) ziyan vurduqda və ya həmin miqdarda gəlir əldə etməklə törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur


Maddə 199-1. Vəkil adından qanunsuz istifadə
Qanunvericiliklə nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunmasına görə —
fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilirlər

Maddə 199-2. Ailə kəndli təsərrüfatının uçota durmaması
Ailə kəndli təsərrüfatının üzvləri tərəfindən bu təsərrüfatın müvafiq bələdiyyədə uçota durmasının təmin edilməməsinə görə —
beş manatdan on manatadək miqdarda cərimə edilir


Maddə 199–3. Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi
199–3.1. Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsinə görə —
min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

199–3.2. Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsinə görə —
min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.


Maddə 200. Yalançı sahibkarlıq
Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və digər hüquqi şəxsin yaradılmasına görə,
iyirmi manatdan əlli manatadək miqdarda cərimə edilir


Maddə 200-1. Hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsi
Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınması, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının və digər qurumlarının dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına yanlış məlumatların verilməsinə görə —
fiziki şəxslər yeddi yüz manat miqdarda, hüquqi şəxslər dörd min manat miqdarda cərimə edilir


Maddə 201. Saxta müflisləşmə
Saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq və ya borcun azaldılmasına nail olmaq, yaxud borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməyə görə,
vəzifəli şəxslər əlli beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz on manatdan iki yüz manatadək miqdarda cərimə edilir

Maddə 202. Qəsdən müflisləşmə
Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən özünün, yaxud digər şəxslərin mənafeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılmasına və ya artırılmasına görə,
vəzifəli şəxslər altmış beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz altmış manatdan iki yüz qırx manatadək miqdarda cərimə edilir


Maddə 203. Müflisləşmə zamanı qanunsuz hərəkətlərin edilməsi
Borclu təşkilatın rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın və ya əmlak öhdəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının, olduğu yerin və ya əmlak haqqında digər məlumatların gizlədilməsinə, əmlakın başqalarının sahibliyinə verilməsinə, əmlakın özgəninkiləşdirilməsinə və ya məhv edilməsinə, yaxud iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər hesabat sənədlərinin gizlədilməsinə, məhv edilməsinə görə,
vəzifəli şəxslər yetmiş beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir

Maddə 204. Kreditin qanunsuz alınması və ya kreditdən təyinatı üzrə istifadə edilməməsi
Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınmasına, yaxud ondan təyinatı üzrə istifadə edilməməsinə görə,
vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz qırx manatadək miqdarda cərimə edilir

Maddə 204-1. Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması
Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması, habelə büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanılmasına görə —
xəzinədarlıq orqanlarının və büdcə təşkilatlarının vəzifəli şəxsləri dörd yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilirlər.
Qeyd: Bu maddədə nəzərdə tutulmuş məsuliyyət üç yüz manatdan çox olan məbləğdə törədildikdə yaranır


Maddə 204-2. Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarını pozma
204-2.1. Əsas və təkrar borcalan tərəfindən dövlət borcalmaları və ya dövlət zəmanəti yolu ilə cəlb olunan vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur) haqqında məlumatların, öz bank hesablarının vəziyyəti haqqında məlumatların və digər zəruri məlumatların vaxtında verilməməsi və ya təhrif olunmuş məlumatların verilməsi, dövlət borcalmaları və dövlət zəmanəti verilmiş öhdəlik üzrə cəlb olunmuş vəsaitdən təyinatı üzrə istifadə edilməməsi dövlətə az miqdarda ziyan vurduqda —
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək, hüquqi şəxslər beş yüz manatdan yeddi yüz manatadək cərimə edilir.


Maddə 205. Əmtəə nişanlarından qanunsuz istifadə edilməsi
Özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunmasına görə,
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz otuz manatdan yüz yetmiş manatadək miqdarda cərimə edilir

Maddə 206. Qiymətli kağız sahiblərinin (investorların) hüquqlarının pozulması
206.0. Qiymətli kağız sahiblərinin (investorların) hüquqlarının pozulmasına, yəni:
206.0.1. qiymətli kağızlar bazarının peşəkar iştirakçısı, yaxud emitent tərəfindən açıqlanması (dərc edilməsi) qanunla nəzərdə tutulan məlumatların açıqlanmamasına, onların açıqlanması (dərc edilməsi) qaydasına və müddətinə riayət edilməməsinə;
206.0.2. qiymətli kağızların emissiyasının keçirilməsi üçün müəyyən edilmiş tələblərin emitent tərəfindən pozulmasına və ya emitentin buraxılışı dayandırılmış qiymətli kağızların yerləşdirilməsi üzrə əqdlər bağlamasına;
206.0.3. qiymətli kağızlar sahiblərinin reyestrinə yazıların daxil edilməsindən qanunsuz olaraq imtina edilməsinə və ya reyestrə dürüst olmayan məlumatların daxil edilməsinə və ya reyestrdən çıxarışın verilməsi müddətlərinin pozulmasına, reyestr saxlayıcısının, qiymətli kağızlar sahibinin və ya onun adından fəaliyyət göstərən şəxsin, yaxud qiymətli kağızların nominal saxlayıcısının digər qanuni tələblərini yerinə yetirməməsinə;
206.0.4. gəlirlərin ödənilməsi üçün emitentin öhdəlik daşımadığı qiymətli kağızlara görə peşəkar iştirakçılar tərəfindən investora istənilən formada gəlirin vəd edilməsinə;
206.0.5. qiymətli kağızların buraxılışı zamanı emitent tərəfindən dürüst olmayan və təhrif olunmuş məlumatların göstərilməsi nəticəsində investora zərər vurulmasına;
206.0.6. qiymətli kağızlar buraxılışının açıq yerləşdirilməsi üçün qanunla müəyyən olunmuş həcmdə və qaydada elan edilməli olan məlumatları elan etməyən emitentlərin həmin qiymətli kağızları reklam etməsinə və ya investorlara təklif etməsinə;
206.0.7. buraxılışı dövlət qeydiyyatından keçməmiş qiymətli kağızların qiymətli kağızlar bazarında yerləşdirilməsinə, reklam edilməsinə və istənilən formada investorlara təklif edilməsinə, onlarla əqdlərin bağlanmasına;
206.0.8. dövlət qeydiyyatından və əlavə qeydiyyatdan keçirilməsi qanunla nəzərdə tutulan qiymətli kağızlarla bağlı əqdlərin dövlət qeydiyyatına alınması üçün təqdim edilməməsinə görə —
vəzifəli şəxslər əlli manatdan doxsan manatadək miqdarda cərimə edilir


Maddə 207. Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarının pozulması
Qiymətli kağızların buraxılması (emissiyası), qeydiyyatı və yerləşdirilməsi qaydalarının pozulmasına görə —
vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir


Maddə 208. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulması
Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına görə —
vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir


Maddə 209. Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qaydalarının və standartlarının pozulması
Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qaydalarının və ya standartlarının pozulmasına görə —
vəzifəli şəxslər altmış manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir


Maddə 210. Qiymətli kağızlar bazarında depozitari fəaliyyəti qaydalarının pozulması
Qiymətli kağızlar bazarında depozitari fəaliyyəti qaydalarının pozulmasına görə —
vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir


Maddə 211. Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulması
Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulmasına görə —
vəzifəli şəxslər qırx beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir


Maddə 212. İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə
İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatdan tamah və ya başqa şəxsi niyyətlə qanunsuz olaraq istifadə edilməsi və ya əqdlərin bağlanması üçün üçüncü şəxslərə verilməsi, az miqdarda ziyan vurmaqla və ya az miqdarda gəlir əldə etməklə törədildikdə -
fiziki şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.
Qeyd:
1. Bu Məcəllənin 212-ci maddəsində «insayder» dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-46.2 və 1078-47-ci maddələrində nəzərdə tutulmuş şəxslər başa düşülür.
2. Bu Məcəllənin 212-ci maddəsində «az miqdarda» dedikdə yeddi min manatadək olan məbləğ başa düşülür.


Maddə 213. Hesabatın verilməsindən imtina etmə və ya yayınma
Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən hesabat sənədlərinin və ya onların fəaliyyəti barədə təqdim edilməli olan qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlərin Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud onların təqdim edilməsi müddətinin pozulmasına görə —
vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir


Maddə 214. Məlumatların açıqlanması qaydalarının pozulması
Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı və ya emitent və ya qiymətli kağızlar bazarının peşəkar iştirakçlarının özünü tənzimləyən təşkilatı tərəfindən qiymətli kağızlar haqqında qanunvericiliyə görə açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmasından və ya dərc edilməsindən imtina etməyə və ya yayınmağa, yaxud açıqlanması və ya dərc edilməsi üçün müəyyən edilmiş müddətin, formanın və qaydanın pozulmasına görə —
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər doxsan manatdan iki yüz manatadək miqdarda cərimə edilir


Maddə 215. Sənədlərin saxlanılması qaydalarının pozulması
Qiymətli kağızlar haqqında qanunvericiliyə müvafiq olaraq saxlanılmalı olan sənədlərin saxlanılması qaydalarının pozulmasına görə —
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir


Maddə 216. Qiymətli kağızlarla girov qaydalarının pozulması
Girovqoyan və girovsaxlayan tərəfindən qiymətli kağızlarla girovun və ya qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəliklərinin girovunun və digər girovun dövlət qeydiyyatına alınması qaydalarının pozulmasına görə —
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi beş manatdan qırx manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir


Maddə 217. Qiymətli kağızlar bazarında reklam haqqında qaydaların pozulması
Qiymətli kağızlar bazarında reklam haqqında qaydaların pozulmasına görə —
vəzifəli şəxslər qırx beş manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir


Maddə 218. Qiymətli kağızlar bazarında qeyri-dövlət pensiya və sığorta fondlarının fəaliyyətinin, sığorta və təminat standartlarının pozulması
Qiymətli kağızlar bazarında qeyri-dövlət pensiya və sığorta fondlarının fəaliyyətinin sığorta və təminat standartlarının pozulmasına görə —
vəzifəli şəxslər altmış manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir


Maddə 219. Qiymətli kağızlar üzrə ödəmələrdən imtina etmə
Qiymətli kağızların dəyərinin ödənilməsindən və ya onlar üzrə ödənilməli olan əmlakın, dividendin, faizin ödənilməsindən və ya digər ödəmələrdən və ya onların xidmət və ya başqa şəkildə ekvivalentlərinin ödənilməsindən qanunsuz olaraq imtina edilməsinə, yaxud boyun qaçırılmasına və ya ödənilmə qaydalarının pozulmasına görə —
vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir


Maddə 220. Səhmdarın hüquqlarının pozulması
Səhmdarın qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə —
vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir


Maddə 220-1. İnvestisiya fondlarının fəaliyyətinə dair qanunvericiliyin tələblərinin pozulması
İnvestisiya fondlarının fəaliyyətinə dair qanunvericiliyin tələblərinin pozulmasına görə —
vəzifəli şəxslər min manatdan min iki yüz manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on iki min manatadək miqdarda cərimə edilir.


Maddə 221. Reklam haqqında qanunvericiliyin pozulması
221.1. Əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə,
fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan əlli beş manatadək miqdarda, hüquqi şəxslər yüz altmış manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

221.2. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya müəyyən edilmiş qaydalar pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə —
fiziki şəxslər otuz manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

221.3. Haqsız reklama görə reklam fəaliyyətinin subyektlərinə (reklam sifarişçisinə, istehsalçısına, yayıcısına, agentliyinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən göstərişlə ayrılmış müddət ərzində qanun pozuntularının aradan qaldırılmasına, əks reklamın yayılmamasına görə —
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan yüz doxsan manatadək miqdarda cərimə edilir.

221.4. Azərbaycan Respublikası ərazisində reklam olunan malların (işlərin, xidmətlərin) dəyəri (qiyməti) göstərildikdə, həmin malların (işlərin, xidmətlərin) dəyərinin (qiymətinin) manatla göstərilməməsinə görə —
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

221.5. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada verilən icazə olmadan yaşayış məntəqələrində küçə reklam daşıyıcılarının yerləşdirilməsinə görə
bu cür reklam daşıyıcıları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda, hüquqi şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək miqdarda cərimə edilir.


Maddə 221-1. Lotereyalar haqqında qanunvericiliyin pozulması
221-1.0. Lotereyalar haqqında qanunvericiliyin pozulması, yəni:
221-1.0.1. keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların keçirilməsinə və reklamına;
221-1.0.2. keçirilməsinin dayandırılması və ya ona xitam verilməsi haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada qərar qəbul edilmiş stimullaşdırıcı lotereyada iştirak etmək üçün lotereya təşkilatçısı tərəfindən istənilən formada təkliflərin edilməsinə;
221-1.0.3. lotereyaların təşkili və keçirilməsi sahəsində lotereya təşkilatçısı tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə —
vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
Qeyd: Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsi bu Məcəllənin 199–3.2-ci maddəsinə və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192–1.1-ci maddəsinə müvafiq olaraq inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.


Maddə 222. Valyuta tənzimi qaydalarının pozulması
222.1. Valyuta tənzimi haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozmaqla valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə —
inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin otuz faizindən yetmiş faizinədək miqdarda cərimə edilir.

222.2. Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsinə görə —
inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin qırx faizindən səksən faizinədək miqdarda cərimə edilir.

222.3. Müvəkkil banklar tərəfindən müştərilərin xarici valyuta əməliyyatlarının qanunvericiliklə müəyyən olunmuş qaydalarının pozularaq aparılmasına görə —
vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin beş faizindən iyirmi faizinədək miqdarda, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin beş faizindən otuz faizinədək miqdarda cərimə edilir.

222.4. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmadığına görə —
vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək miqdarda, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi fazindən otuz faizinədək miqdarda cərimə edilir

Maddə 223. Kommersiya və ya bank sirlərini təşkil edən məlumatların qanunsuz yolla əldə edilməsi və ya yayılması
Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirlərini təşkil edən məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsinə və ya yayılmasına görə, bu az miqdarda ziyan vurduqda —
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər m qırx manatdan əlli beş manatadək iqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
Qeyd: Bu maddədə «az miqdarda ziyan vurduqda» dedikdə, yeddi min manatadək olan məbləğ başa düşülür


Maddə 223-1. Qrant alınması (verilməsi) haqqında mqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün təqdim edilməməsi
223-1.1. Qrant alan hüquqi şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinn qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə —
min manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilir.

223-1.2. Dini qurumlar tərəfindən qrant alınması (verilməsi) haqqında müqavilələrin və qərarların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmadan həmin qrantlardan istifadə və onlar üzrə əməliyyatlar aparılmasına görə —
min manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilir


Maddə 223-2. Denominasiya zamanı pul nişanlarının dəyişdirilməsi qaydalarının pozulması
223-2.0. Azərbaycan Respublikasının pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı:
223-2.0.1. köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilmənin müddətləri, məbləğləri, yaxud subyektləri üzrə məhdudiyyətlərin qoyulmasına;
223-2.0.2. köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsi üçün banklar tərəfindən komisyon haqqının tutulmasına görə –
vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər min beş yüz manat miqdarında cərimə edilir


Maddə 223-3. Kredit təşkilatları tərəfindən məcburi ehtiyatların təmin edilməməsi
Kredit təşkilatları tərəfindən Azərbaycan Respublikası Milli Bankının Mərkəzi Bankının müəyyən etdiyi məcburi ehtiyatlar təmin edilmədiyinə görə –
vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər min beş yüz manat miqdarında cərimə edilir

Maddə 223-4. Əmanətlərin sığortalanması qaydalarının pozulması
Əmanətlərin Sığortalanması Fonduna sığorta haqları üzrə qanunvericiliklə müəyyən edilmiş ödənişlərin Mərkəzi Bankın müəyyən etdiyi müddətdə tam ödənilməməsinə görə –
vəzifəli şəxslər min manat miqdarında cərimə edilir


Maddə 223-5. Bank fəaliyyəti sahəsində qadağan olunmuş, məhdudlaşdırılmış və ya dayandırılmış fəaliyyətlə məşğul olma
Qanunda, qanuna müvafiq olaraq bank lisenziyasında qadağan olunmuş və ya bankın fəaliyyəti dövründə məhdudlaşdırılmış, yaxud dayandırılmış fəaliyyətin həyata keçirilməsinə görə —
hüquqi şəxslər otuz beş min manatdan qırx min manatadək miqdarda cərimə edilir.


Maddə 223-6. Bankların fəaliyyətinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının göstərişlərinin icra edilməməsi
223-6.1. Bank fəaliyyətinə dair prudensial normativlərin və tələblərin pozulması aşkar edildikdə, həmin pozuntunun aradan qaldırılması barədə Azərbaycan Respublikası Mərkəzi Bankının göstərişinin vaxtında icra edilmədiyinə görə —
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək miqdarda cərimə edilir.

223-6.2. Bu Məcəllənin 223-6.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, Azərbaycan Respublikası Mərkəzi Bankının qanuna uyğun olaraq verdiyi digər göstərişinin vaxtında icra edilmədiyinə görə —
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on beş min manatadək miqdarda cərimə edilir.


Maddə 223-7. Banka aidiyyəti olan şəxslərlə və ya aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərlə əməliyyatların aparılması qaydalarının pozulması
Banka aidiyyəti olan şəxslərlə və ya aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərlə əməliyyatların aparılması qaydalarının pozulmasına görə —
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək miqdarda cərimə edilir.


Maddə 223-8. Bank və ya xarici bankın yerli filialı tərəfindən prudensial, maliyyə və bank statistikası hesabatlarının təqdim edilməsi qaydalarının pozulması
223-8.1. Bank statistikası hesabatlarının Azərbaycan Respublikasının Milli Bankına Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə —
vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir.

223-8.2. Bank və ya xarici bankın yerli filialı tərəfindən prudensial və ya maliyyə hesabatların Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə —
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on beş min manatadək miqdarda cərimə edilir.

Maddə 223-9. Mərkəzləşdirilmiş kredit reyestrinə məlumatların təqdim edilməsi qaydalarının pozulması
Mərkəzləşdirilmiş kredit reyestrinə qanunvericiliklə müəyyən olunmuş qaydada məlumatların tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə —
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək miqdarda cərimə edilir.


Maddə 223-10. İxrac məqsədli neft-qaz fəaliyyətində işçi qüvvəsindən istifadə qaydalarının pozulması
Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, podratçılar və subpodratçılar tərəfindən əmək müqaviləsi əsasında ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsinə cəlb edilən Azərbaycan Respublikası vətəndaşlarının qanunla müəyyən olunmuş nisbətindən fərqli olan digər nisbətin tətbiq edilməsinə görə —
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarında, hüquqi şəxslər on min manatdan on iki min manatadək miqdarında cərimə edilir.

Maddə 224. Buraxılması və ya satılması qadağan olunmuş malların satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)
Buraxılması və ya satılması qadağan olunmuş malların satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə —
inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək miqdarda cərimə edilir.


Maddə 225. Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğunun və ya satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması
225.1. Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına və ya temperatur rejiminə əməl edilməməsinə görə —
beş yüz manatdan min manatadək miqdarda cərimə edilir.

225.2. Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə —
beş yüz manatdan min manatadək miqdarda cərimə edilir


Maddə 226. Qiymət intizamının pozulması
226.1. Qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlərə və ya işlərə qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə —
səkkiz yüz manatdan min manatadək miqdarda cərimə edilir.

226.2. Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə —
min yüz manatdan min altı yüz əlli manatadək miqdarda cərimə edilir


Maddə 227. Mürəkkəb texniki qrup malların texniki pasportsuz satılması
Mürəkkəb texniki qrup malların texniki pasportsuz satılmasına və ya texniki pasportların düzgün tərtib edilməməsinə görə —
fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək miqdarda cərimə edilir.

Maddə 228. İstehlakçıların hüquqlarının pozulması
228.0. İstehlakçıların hüquqlarının pozulmasına, yəni:
228.0.1. məhsulun standartlaşdırılması ölçü vasitələrinin tədavülə buraxılması və saxlanması, qaydalarının pozulmasına;
228.0.2. saxlama müddəti ötmüş məhsulların satılmasına;
228.0.3. standartların və dıgər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə;
228.0.4. qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmadan malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə;
228.0.5. standartların, digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun istehsalına və ya satılmasına, işin (xidmətin) görülməsinə;
228.0.7. lazımi xəbərdarlıq nişanı olmayan və ya təhlükəsiz istifadə qaydaları və şəraiti barədə məlumat vərəqəsi olmadan qanunvericiliklə müəyyən edilmiş təhlükəli malların satılmasına;
228.0.8. nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsinə;
228.0.9. sertifikatlaşdırılmış malların, işlərin (xidmətlərin) sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların, sınaq laboratoriyalarının (mərkəzlərinin) dövlət reyestrinin aparılmamasına;
228.0.10. dövlət reyestrinə daxil edilməyən, dövlət sınaqlarından və ya metroloji attestasiyadan keçməyən, habelə yoxlanmayan ölçü vasitələrinin tədavülə buraxılmasına;
228.0.11. müəyyən edilmiş qaydada müvafiq icazə almadan mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlar tərəfindən ölçü vasitələrinin hazırlanmasına, təmirinə və yoxlanmasına, habelə yoxlama metodlarının və qaydalarının pozulmasına;
228.0.12. ölçü vasitələrinin işlədilməsi qaydalarının pozulmasına;
228.0.13. qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.


Maddə 228-1. Saxta və ya keyfiyyətsiz malların idxal edilməsi
Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə
saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min manatdan iki min manatadək, hüquqi şəxslər dörd min manatdan yeddi min manatadək miqdarda cərimə edilir.


Maddə 229. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması
Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə —
aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

Qeyd: Bu maddədə «az miqdarda» dedikdə, beş yüz manatadək olan məbləğ başa düşülür


Maddə 229-1. Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanması, istehsal binasının hüdudlarından kənara çıxarılması, satılması və ya digər üsullarla yayılması
Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılmasına görə —
nəzarət markası olmayan mallar, məmulatlar və məlumat materialları müsadirə edilməklə, onların hər birinə görə fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər yüz əlli manat miqdarında cərimə edilir.


Maddə 230. Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının pozulması*
230.1. Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə —
yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

230.2. Aptek təşkilatlarında dərman vasitələri, optik ləvazimatları, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla digər malların satılmasına görə —
üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir


Maddə 231. İstehlakçıları aldatma
Mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar kimi qeydə alınmış şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıların aldadılmasına görə, bu az miqdarda olduqda —
fiziki şəxslər altı yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.
Qeyd: Bu maddədə «az miqdarda olduqda» dedikdə, qırx manatadək olan məbləğ başa düşülür


Maddə 231–1. İstehlakçının mal (iş, xidmət) haqqında məlumat almaq hüququnun pozulması
Satılan mal (iş, xidmət) barəsində qanunla müəyyən edilmiş zəruri məlumatın istehlakçıya verilməməsinə görə —
vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər dörd yüz manat miqdarında cərimə edilir.


Maddə 234. Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə
Cinayət yolu ilə əldə edildiyini bilə-bilə az miqdarda pul vəsaitləri və ya digər əmlakı əldə etməyə, onlara sahiblik və ya onlardan istifadə etməyə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam verməyə görə -
inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.
Qeyd: Bu Məcəllənin 234-cü maddəsində «az miqdarda» dedikdə min manatadək olan məbləğ başa düşülür.


Maddə 235. Müəyyən edilməmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) göstərilməsi
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlədə malların satılmasına və ya işlərin (xidmətlərin) göstərilməsinə görə —
səksən manat miqdarında cərimə edilir


Maddə 236. Etil (yeyinti) spirti və alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması
236.1. Ticarət və ya ictimai iaşə müəssilərinin işçiləri tərəfindən etil (yeyinti) spirti və alkoqollu içkilərin və ya tütün məmulatlarının satışı qaydalarının pozulmasına görə —
on manatdan otuz beş manatadək cərimə edilir.

236.2. Ticarət və ya ictimai iaşə müəssilərinin işçiləri tərəfindən etil (yeyinti) spirti və alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə —
on beş manatdan qırx manatadək miqdarda cərimə edilir


Maddə 237. Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışı
Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə —
inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir.


Maddə 238. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların (məmulatların) mühafizəsi, pərakəndə satışı, uçotu, saxlanılması, onların qırıntılarının və tullantılarının yığılması qaydalarının pozulması
238.1. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi qaydalarının pozulmasına görə –
fiziki şəxslər yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan üç min manatadək miqdarda cərimə edilir.

238.2. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların (məmulatların) mühafizəsi, pərakəndə satışı, uçotu, saxlanılması, onların qırıntılarının və tullantılarının yığılması qaydalarının pozulmasına görə –
fiziki şəxslər yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan üç min manatadək miqdarda cərimə edilir


Maddə 238-1. Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, üzərində Azərbaycan Respublikasının dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışı
Üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatının satışına görə –
fiziki şəxslər yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan üç min manatadək miqdarda cərimə edilir


Maddə 239. Bazarlarda və yarmarkalarda ticarət qaydalarının pozulması
Bazarlarda və yarmarkalarda ticarət qaydalarının pozulmasına görə —
on manatdan qırx manatadək miqdarda cərimə edilir


Maddə 240. Malların alqı-satqısı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi qaydalarının pozulması
Malların alqı-satqısı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi qaydalarının pozulmasına görə —
on beş manatdan əlli manatadək miqdarda cərimə edilir


Maddə 240-1. Elektron ticarət haqqında qanunvericiliyin pozulmasi
240-1.1. Elektron ticarətdə satıcı (təchizatçı) tərəfindən alıcıya (sifarişçiyə) və səlahiyyətli dövlət orqanlarına yanlış məlumatın verilməsinə görə –
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

240-1.2. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisinin xidmət göstərərkən ötürdüyü, saxladığı informasiyaların ümumi monitorinqinin aparılması və ya qanunsuz fəaliyyətin həyata keçirilməsini sübut etmək məqsədilə fəal surətdə faktların və ya təfərrüatların müəyyənləşdirilməsi üzrə hərəkətlərə məcbur edilməsinə və ya bu hərəkətlərin elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən fərdi təşəbbüs qaydasında həyata keçirilməsinə görə –
fiziki şəxslər otuz manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər yetmiş beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

240-1.3. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən xidmət göstərdiyi alıcıların (sifarişçilərin), satıcıların (təchizatçıların) qanunsuz fəaliyyəti və ya qanunsuz informasiya ötürməsi barədə səlahiyyətli dövlət orqanlarına məlumatın verilməməsinə və ya səlahiyyətli dövlət orqanlarının müraciətinə əsasən xidmətlərin alıcıların (sifarişçilərinin), satıcıların (təchizatçıların) müəyyənləşdirilməsinə imkan verən məlumatların təqdim edilməməsinə görə –
fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər doxsan manat miqdarında, hüquqi şəxslər üç yüz manat miqdarında cərimə edilir.

240-1.4. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən məhkəmənin qərarı və ya qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanının müraciəti əsasında hüquq pozuntularının qarşısının alınması məqsədilə göstərilən xidmətin dayandırılmasına, informasiyanın saxlanılması xidmətinin göstərildiyi halda informasiyanın silinməməsinə və ya ona çıxışın məhdudlaşdırılmamasına görə –
fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər doxsan manat miqdarında, hüquqi şəxslər üç yüz manat miqdarında cərimə edilir


Maddə 241. Ticarət, ictimai iaşə və ya xidmət obyektlərinin istismarı və ya yerləşdirilməsi qaydalarının pozulması
Ticarət, ictimai iaşə və ya xidmət obyektlərinin istismarı və ya yerləşdirilməsi qaydalarının pozulmasına görə —
fiziki şəxslər on beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər qırx beş manatdan altmış manatadək miqdarda cərimə edilir


Maddə 246. Vergilərin və məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməməsi
Az miqdarda vergilərin və məcburi dövlət sosial sığorta haqlarının qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə —
inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək miqdarda cərimə edilir.
Qeyd: Bu maddədə «az miqdar» dedikdə, iki min manatadək olan məbləğ başa düşülür


Maddə 247. Vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı sənədlərin təqdim edilmə qaydalarının pozulması
Vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı tərtib edilməsi qanunla müəyyən edilmiş başqa sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə görə —
fiziki şəxslər iyirmi beş manatdan otuz manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda cərimə edilir


Maddə 247-1. Mühasibat uçotu üzrə qanunvericiliyin, hesabat və məlumatların təqdim edilməsi qaydalarının pozulması
Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və sığorta nəzarəti orqanına təqdim edilməli olan digər hesabat və məlumatların qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmasına görə —
vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilirlər


Maddə 247-2. Poçt rabitəsinin milli operatoru tərəfindən maliyyə xidmətləri sahəsində qanunvericiliyin pozulması
Poçt rabitəsinin milli operatorunun maliyyə xidmətləri sahəsində fəaliyyətinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən ayrı-ayrı prudensial normativlərin və tələblərin pozulmasına, yaxud prudensial hesabatların vaxtında, tam və ya düzgün təqdim olunmasına görə —
vəzifəli şəxslər dörd yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.


Maddə 248. Dövlət rüsumunun ödənilməsi qaydalarının pozulması
Dövlət rüsumunu tutan səlahiyyətli vəzifəli şəxslər tərəfindən dövlət rüsumunun düzgün tutulmamasına və ya dövlət büdcəsinə vaxtında və tam ödənilməməsinə görə —
vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir


Maddə 249. Vergilərin və ya icbari ödənişlərin hesabdan silinməsi qaydalarının pozulması
Bankın vəzifəli şəxsləri tərəfindən müəssisələrin hesablarından vergilərin və ya digər icbari ödənişlərin silinməsi qaydalarına əməl olunmamasına görə —
vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir


Maddə 253. Sığorta müqaviləsi üzrə yanlış və ya aldadıcı məlumatların verilməsi
Sığorta müqaviləsi bağlanarkən və ya qüvvədə olarkən, həmçinin sığorta hadisəsinin araşdırılması və zərərlərin tənzimlənməsi zamanı sığortalılara və (və ya) sığorta olunanlara, həmçinin faydalanan şəxslərə onların hüquq və vəzifələri haqqında sığortaçılar və sığorta vasitəçiləri tərəfindən yanlış və ya aldadıcı məlumatların, həmçinin belə məlumatların əks olunduğu sənədlərin verilməsinə görə —
vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir


Maddə 253-1. İcbari sığorta müqaviləsinin bağlanmaması
İcbari sığorta qanunvericiliyinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə —
fiziki şəxslər on manat miqdarında, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir


Maddə 253-2. İcbari sığorta növləri üzrə müvafiq ayırmaların aparılmaması
Sığortaçılar tərəfindən icbari sığorta növləri üzrə qanunvericilikdə müəyyən edilmiş qaydada sığorta haqlarından müvafiq ayırmaların aparılmamasına görə —
vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir


Maddə 253-3. Auditorun mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin bağlanmaması
Auditor xidməti göstərən fiziki və hüquqi şəxslər tərəfindən sığortaçı ilə mülki məsuliyyətin icbari sığortası müqaviləsinin bağlanmamasına görə –
vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər səksən manatdan yüz manatadək miqdarda cərimə edilir


Maddə 254. Sığorta növünün qanunsuz aparılması
Sığortaçılar tərəfindən hər hansı sığorta növünün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icazə almadan aparılmasına görə —
vəzifəli şəxslər qırx manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan yüz altmış manatadək miqdarda cərimə edilir


Maddə 255. Sığorta qanunvericiliyinin aktuarilər, müstəqil ekspertlər, müstəqil auditorlar və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərlə bağlı tələblərinin pozulması
Aktuarilər, müstəqil ekspertlər, müstəqil auditorlar və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən sığorta qanunvericiliyində onların fəaliyyəti ilə bağlı müəyyən edilmiş tələblərin pozulmasına görə —
vəzifəli şəxslər qırx manatdan səksən beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir

Maddə 255-1. Sığorta qanunvericiliyinə uyğun olaraq verilmiş təqdimatların vaxtında və tam yerinə yetirilməməsi
Sığorta qanunvericiliyinə uyğun olaraq verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsinə görə —
vəzifəli şəxslər əlli manatdan səksən beş manatadək miqdarında, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarında cərimə edilir


Maddə 255-2. Sığorta nəzarətinin həyata keçirilməsinin maliyyələşdirilməsi üçün müəyyən edilmiş ayırmaların aparılmaması
Sığorta nəzarəti orqanının sığorta sektorunda tənzimləmə və nəzarət funksiyalarının həyata keçirilməsi üzrə fəaliyyətinin maliyyələşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş, sığortaçının daxil olan sığorta haqlarından və xaricdən aldığı təkrarsığorta haqlarından aparmalı olduğu müvafiq ayırmaların vaxtında və ya tam həyata keçirilməməsinə görə —
vəzifəli şəxslər qırx manatdan səksən beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir


Maddə 255-3. Müvafiq məlumatların verilməməsi
Sığortaçılar, təkrarsığortaçılar və hüquqi şəxs olan sığorta vasitəçiləri tərəfindən onların fəaliyyətləri, o cümlədən nizamnamələri, idarə edilməsi, səhmdarları və ya iştirakçıları ilə bağlı qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada məlumat verilməməsinə görə —
vəzifəli şəxslər qırx manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir


Maddə 257-1. Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafelərinin xaricdə sığorta və təkrarsığorta etdirilməsi
Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafelərinin fiziki və hüquqi şəxslər tərəfindən xarici sığortaçılarda sığorta etdirilməsinə, həmçinin belə risklərin qanunvericilikdə müəyyən edilməmiş qaydada sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerləri tərəfindən xaricdə təkrarsığorta etdirilməsinə görə —
fiziki şəxslər iyirmi manatdan otuz beş manatadək miqdarında, vəzifəli şəxslər əlli manatdan səksən manatadək miqdarında, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarında cərimə edilir


Maddə 257-2. Məcburi dövlət sosial sığortası qaydalarının pozulması
Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə —
fiziki şəxslər iyirmi manat, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda cərimə edilir


Maddə 257-4. Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında qanunvericiliyin pozulması
Sığortaedənlər tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sığortaolunanlar haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə-
fiziki şəxslər otuz manat miqdarında, vəzifəli şəxslər səksən manat miqdarında, hüquqi şəxslər iki yüz əlli manat miqdarında cərimə edilir


Maddə 257-5. Sığorta nəzarəti orqanının qanuna uyğun olaraq tələb etdiyi məlumatların banklar tərəfindən təqdim olunmaması
Sığorta nəzarəti orqanının qanuna uyğun olaraq tələb etdiyi məlumatların banklar tərəfindən vaxtında və ya tam təqdim olunmamasına görə —
vəzifəli şəxslər beş yüz manatdan min manatadək miqdarda, hüquqi şəxslər şərti on min manatdan on beş min manatadək miqdarda cərimə edilir

Maddə 258. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi
Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə, yəni Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi yerlərdən kənar və ya gömrük rəsmiləşdirilməsi icraatının müəyyən edilmiş vaxtından kənar keçirilməsinə görə, bu az miqdarda olduqda —
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Qeyd: Bu Məcəllənin 258—260-cı maddələrində və 261.1-ci maddəsində «az miqdarda olduqda» dedikdə dörd min manatadək olan məbləğ, 262-ci maddəsində «az miqdarda olduqda» dedikdə iyirmi min manatadək olan məbləğ, 290-cı maddəsində «az miqdarda olduqda» dedikdə isə iki min manatadək olan məbləğ başa düşülür


Maddə 259. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük nəzarətindən gizlədilməsi
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük nəzarətindən gizlədilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməsinə, yaxud bir qəbildən olan malların digər şəklə salınmasına görə, bu az miqdarda olduqda —
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir.


Maddə 260. Sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi
Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədlər, yaxud digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlər təqdim edilməsinə və ya saxta eyniləşdirmə vasitələrindən istifadə edilməsinə görə, bu az miqdarda olduqda —
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir.


Maddə 261. Malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi
261.1. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməməsinə və ya düzgün bəyan edilməməsinə görə, bu az miqdarda olduqda —
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir.

261.2. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi, onların tələb olunan gömrük rejimi altında yerləşdirilməsi, gömrük ödənişlərinin məbləği haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə —
fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir



Maddə 262. Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması
Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvəkkil olunmuş bankının hesabına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə, bu az miqdarda olduqda —
inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin beş faizindən əlli faizinədək miqdarda cərimə edilir.


Maddə 263. Gömrük nəzarəti zonası rejiminin pozulması
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti zonasının sərhədlərindən keçməyə və ya onun hüdudlarında hərəkət etməyə, istehsal və digər kommersiya fəaliyyəti ilə məşğul olmağa, yaxud gömrük nəzarəti zonası rejimini başqa şəkildə pozmağa görə —
fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə


Maddə 264. Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi
Əgər belə məlumat qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmışsa, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxta çatdırılmamasına görə —
fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir


Maddə 268. Azərbaycan Respublikasının gömrük sərhədindən nəqliyyat vasitələrinin keçirilməsi qaydasının pozulması
Azərbaycan Respublikasının gömrük sərhədindən keçən nəqliyyat vasitələrinin və ya mal qismində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerdə saxlanılmamasına, yaxud gömrük nəzarəti altında olan nəqliyyat vasitəsinin və ya mal qismində olan nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan dayandığı yerdən yola salınmasına görə —
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir


Maddə 269. Gömrük nəzarəti altında olan gəmiyə və digər üzən vasitələrə yan alma
Gömrük nəzarəti altında olan gəmiyə və digər üzən vasitələrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gəmilərin və digər üzən vasitələrin yan almasına görə —
fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yetmiş beş manatdan yüz əlli manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir


Maddə 270. Gömrük rəsmiləşdirilməsinin icraatı qaydasının pozulması
Gömrük rəsmiləşdirilməsinin icraatı qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi barədə qanunvericiliklə müəyyən edilməmiş iddialar irəli sürülməsinə, yaxud gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə —
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar on yetmiş beş manatdan yüz əlli manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir


Maddə 271. Barəsində gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri ilə aparılan qanunsuz əməliyyatlar, onların vəziyyətinin dəyişdirilməsi, onlardan istifadə olunması və onlar üzərində sərəncam verilməsi
Barəsində gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş tələbləri və şərtləri pozmaqla aparılan əməliyyatlara və ya onların vəziyyətinin dəyişdirilməsinə, yaxud onlardan istifadə edilməsinə və onlar üzərində sərəncam verilməsinə görə —
inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.


Maddə 272. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan aparılan yük əməliyyatları və digər əməliyyatlar
Azərbaycan Respublikasınin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə —
fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir


Maddə 273. Eyniləşdirmə vasitələrinin dəyişdirilməsi, məhv edilməsi, zədələnməsi və ya itirilməsi
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi eyniləşdirmə vasitələrinin dəyişdirilməsinə, məhv edilməsinə, zədələnməsinə və ya itirilməsinə görə —
fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir

Maddə 274. Malları və nəqliyyat vasitələrini bəyanetmə qaydasının pozulması
Malları və nəqliyyat vasitələrini bəyanetmə qaydasının pozulmasına, yəni bəyanetmə forması və yeri barədə, onun icra prosedurası barədə (o cümlədən bəyanetmə zamanı müvəqqəti, natamam, yaxud dövri bəyannamədən istifadə edilməsi barədə) qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət edilməməsinə görə —
fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir


Maddə 275. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gömrük bəyannaməsinin, sənədlərin və əlavə məlumatların təqdim edilməsi müddətinin pozulması
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına onun müəyyən etdiyi müddətlərdə mallara və nəqliyyat vasitələrinə aid olan gömrük bəyannaməsinin və ya gömrük məqsədləri üçün tələb olunan digər sənədlərin və əlavə məlumatların təqdim edilməməsinə görə —
fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir


Maddə 276. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin gömrük nəzarəti keçirilməsi üçün əraziyə və binalara daxil olmasına maneçilik törədilməsi
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin gömrük nəzarətindən keçirilməli olan malların və nəqliyyat vasitələrinin, həmin nəzarətin həyata keçirilməsi üçün zəruri sənədlərin ola biləcəyi binaya və ya əraziyə, yaxud icrasına nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına həvalə olunmuş fəaliyyətin həyata keçirildiyi binaya və əraziyə qanunvericiliklə müəyyən edilmiş qaydada daxil olmasına maneçilik törədilməsinə görə —
fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir


Maddə 277. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına hesabat təqdim edilməməsi və ya uçot aparılması qaydasına riayət edilməməsi
Gömrük nəzarəti altında olan, yaxud sərbəst gömrük zonalarının ərazilərinə və sərbəst anbarlara gətirilən, aparılan, saxlanılan, emal olunan, hazırlanan, alınan və satılan mallar barədə qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına hesabat verilməməsinə və ya həmin malların uçotunun aparılması qaydasının pozulmasına görə —
xəbərdarlıq edilir və ya yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir


Maddə 278. Müvəqqəti saxlanc anbarı rejiminin pozulması
Müvəqqəti saxlanc anbarında yerləşmə müddəti müəyyən olunmuş son saxlanc müddətini keçmiş malların və nəqliyyat vasitələrinin gömrük rejiminə müvafiq olaraq buraxılmasının və ya sərəncama götürülməsinin təmin edilməsi üzrə tədbirlər görülməməsinə görə —
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir


Maddə 279. Malların saxlanca qoyulması və onlarla əməliyyatların aparılması qaydalarının pozulması
Malların saxlanca qoyulması və onların saxlanma qaydasının və müddətlərinin və ya gömrük anbarlarında, müvəqqəti saxlanc və sərbəst anbarlarda mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə —
fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir


Maddə 280. Malların emal edilməsi qaydasının pozulması
Malların emal edilməsi qaydasının pozulmasına, yəni malların emalına lisenziya verilməsi icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat miqdarı, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə —
inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir


Maddə 281. Sərbəst gömrük zonalarında və sərbəst anbarlarda istehsal və digər kommersiya fəaliyyətinin həyata keçirilməsi, binaların, tikililərin və qurğuların tikilməsi qaydasının pozulması
Sərbəst gömrük zonalarında və sərbəst anbarlarda istehsal və digər kommersiya fəaliyyətinin həyata keçirilməsi qaydasının pozulmasına, yaxud sərbəst gömrük zonalarında qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla binaların, tikililərin və qurğuların tikilməsinə görə —
fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz əlli manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir


Maddə 282. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması
282.1. Müəyyən olunmuş müddətlərdə əvvəllər gətirilmiş malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına, əgər bu cür aparılma və ya qaytarılma məcburidirsə, əvvəllər aparılmış malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamasına görə —
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

282.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına geri aparılmanı və geri gətirilməni təsdiq edən, yaxud malların və nəqliyyat vasitələrinin qəza və ya qarşısıalınmaz qüvvənin təsiri, təbii aşınma və ya itki, yaxud xarici dövlət orqanlarının və vəzifəli şəxslərinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə qanunsuz hesab edilən hərəkətləri ilə əlaqədar sahiblikdən çıxması nəticəsində geri aparılmanın və geri gətirilmənin qeyri-mümkünlüyünü təsdiq edən etibarsız sənədlər təqdim edilməsinə görə —
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.


Maddə 283. Malların məhv edilməsi qaydasının pozulması
Malların məhv edilməsi qaydasının pozulmasına, yəni malların məhv edilməsi və ya onların məhv edilməsi nəticəsində yaranmış tullantıların müvafiq gömrük rejimi altında yerləşdirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş tələblərə və şərtlərə əməl edilməməsinə görə —
fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz əlli manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir


Maddə 284. Müəyyən gömrük rejimi altında yerləşdirilmiş mallar və nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması, onların vəziyyətinin dəyişdirilməsi, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi
Müəyyən gömrük rejimi altında yerləşdirilmiş mallar və nəqliyyat vasitələri ilə onların gömrük rejiminə uyğun olmayan əməliyyatların aparılmasına, onların vəziyyətinin dəyişdirilməsinə, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə, yaxud gömrük rejiminin qanunvericiliklə müəyyən edilən digər məhdudiyyətlərinə, tələblərinə və şərtlərinə əməl edilməməsinə görə —
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.


Maddə 285. Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən iqtisadi siyasət tədbirlərinin və digər məhdudiyyətlərin tətbiqi qaydasına əməl edilməməsi
Barəsində qanunvericiklə müəyyən edilən iqtisadi siyasət tədbirləri və digər məhdudiyyətlər tətbiq edilən malların və nəqliyyat vasitələrinin, həmin tədbirlərin və məhdudiyyətlərin müəyyən olunmuş tətbiqi qaydası pozulmaqla Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə görə —
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.


Maddə 286. Malların Azərbaycan Respublikasının gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsi
İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə görə —
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.


Maddə 287. Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmiş malların və nəqliyyat vasitələrinin daşınması, saxlanması, əldə edilməsi, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi
Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük nəzarətindən kənar və ya həmin nəzarətdən gizlədilərək və ya sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə və ya bəyan edilmədən və ya düzgün bəyan edilmədən, yaxud gömrük qaydalarının digər şəkildə pozulması yolu ilə gətirilmiş malların və nəqliyyat vasitələrinin daşınması, saxlanması, əldə edilməsi, onlardan istifadə edilməsi və ya onlar üzərində sərəncam verilməsi və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan barəsində gömrük ödənişləri üzrə güzəştlər verilmiş və güzəştlər verilməsi ilə bağlı olmayan digər məqsədlərlə istifadə olunmuş, yaxud özgəninkiləşdirilmiş malların və nəqliyyat vasitələrinin daşınmasına, saxlanmasına və əldə edilməsinə görə —
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.


Maddə 288. Barəsində gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan istifadə edilməsi və onlar üzərində sərəncam vermə qaydasının pozulması
Barəsində gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan və nəqliyyat vasitələrindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan həmin güzəştlərin verilməsi üçün nəzərdə tutulmayan digər məqsədlərlə istifadə edilməsinə və onların üzərində sərəncam verilməsinə görə —
gömrük güzəştlərinin verilməsi ilə əlaqədar ödənilməmiş gömrük ödənişlərinin məbləğinin əlli faizdən yüz əlli faizinədək miqdarda cərimə edilir.


Maddə 289. Gömrük ödənişlərindən qanunsuz azad edilməsi, onların azaldılması və ya ödənilməsi müddətlərinin pozulması
289.1. Gömrük bəyannaməsində və gömrük məqsədləri üçün zəruri olan digər sənədlərdə gömrük ödənişlərindən azad etməyə və ya onların məbləğinin azaldılmasına əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük rejimi, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların bəyan edilməsinə görə —
ödənilməmiş gömrük ödənişlərinin məbləğinin əlli faizindən yüz əlli faizinədək miqdarda cərimə edilir.

289.2. Gömrük ödənişlərinin ödənilməsinin qanunvericiliklə müəyyən edilmiş müddətini pozmağa görə —
ödənilməli olan gömrük ödənişlərinin məbləğinin əlli faizindən yüz faizinədək miqdarda cərimə edilir.


Maddə 290. Gömrük ödənişlərinin ödənilməsindən yayınma
Gömrük ödənişlərini ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda —
ödənilməli olan gömrük ödənişlərinin məbləğinin əlli faizindən yüz əlli faizinədək miqdarda cərimə edilir.


Maddə 291. Ödənilmiş gömrük ödənişlərinin qaytarılmasına, ödənclər və digər müavinətlər alınmasına, yaxud müvafiq əsaslar olmadan onların qaytarılmamasına yönəlmiş hərəkətlər
Ödənilmiş gömrük ödənişlərinin qaytarılmasına, ödənclərin və digər müavinətlərin alınmasına və ya qanunvericiliklə müəyyən olunmuş əsaslar olmadan onların qaytarılmamasına, yaxud tam olmayan həcmdə qaytarılmasına hüquq verən və özündə doğru olmayan məlumatları əks etdirən sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsinə görə —
ödənilməmiş gömrük ödənişlərinin məbləğinin əlli faizindən yüz əlli faizinədək miqdarda cərimə edilir.


Maddə 292. Banklar və digər kredit təşkilatları tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının qərarlarının icra edilməməsi
Banklar və digər kredit təşkilatları tərəfindən gömrük ödənişlərinin mübahisəsiz qaydada tutulması, gömrük ödənişlərinin ödəyicisinin hesabları üzrə əməliyyatların dayandırılması haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının vəsatətlərinin icra edilməməsinə və ya həmin vəsatətlərin icrasının əsassız olaraq gecikdirilməsinə görə —
ödənilməmiş gömrük ödənişlərinin məbləğinin iyirmi faizindən yüz faizinədək miqdarda cərimə edilir.


Maddə 293. İdxal olunması üçün xüsusi razılıq (lisenziya) tələb olunan malların belə razılıq olmadan idxalı
İdxal olunması üçün xüsusi razılıq (lisenziya) tələb olunan malların belə razılıq və ya marka olmadan idxalına görə —
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir


Maddə 293-1. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan idxal edilməsi
Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda idxal edilməsinə görə —
aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi min manatdan üç min manatadək miqdarda cərimə edilir.
Qeyd: Bu maddədə «az miqdarda» dedikdə, beş yüz manatadək olan məbləğ başa düşülür


Maddə 294. Gömrük brokeri kimi qanunsuz fəaliyyət göstərilməsi və ya bu cür fəaliyyət qaydalarının və şərtlərinin pozulması
294.1. Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri pozulmaqla gömrük brokeri kimi qanunsuz fəaliyyət göstərilməsinə görə —
üç yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir

294.2. Gömrük brokeri və ya onun işçilərinin qanunla mühafizə edilən sirlərdən və ya məlumatlardan öz məqsədləri üçün istifadə etmələrinə və ya qanunvericiliklə nəzərdə tutulan hallar istisna edilməklə, üçüncü şəxslərə bu cür məlumatlar verməsinə, yaxud gömrük brokeri kimi fəaliyyət göstərilməsinin qanunvericiliklə müəyyən edilmiş digər qaydalarının və şərtlərinin pozulmasına görə —
vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir

Maddə 295. Gömrük daşıyıcısı kimi qanunsuz fəaliyyət göstərilməsi və ya bu cür fəaliyyətin şərtlərinin pozulması
295.1. Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri pozulmaqla gömrük daşıyıcısı kimi qanunsuz fəaliyyət göstərilməsinə görə —
üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

295.2. Gömrük daşıyıcısı və ya onun işçilərinin qanunvericiliklə mühafizə edilən sirlərdən və ya məlumatlardan öz məqsədləri üçün istifadə etməsinə və ya qanunvericiliklə nəzərdə tutulan hallar istisna edilməklə, üçüncü şəxslərə bu cür məlumatlar verməsinə, yaxud gömrük daşıyıcısı kimi fəaliyyət göstərilməsinin qanunvericiliklə müəyyən edilən digər şərtlərinin pozulmasına görə —
vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir


Maddə 317. Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının göstərişlərinin yerinə yetirilməməsi
317.1. Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən səlahiyyətləri daxilində yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə —
fiziki şəxslər beş yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir.

317.2. Məhsulların realizə edilməsinin (tədarükünün, göndərilməsinin), işlərin yerinə yetirilməsinin və xidmətlər göstərilməsinin dayandırılması və ya qadağan edilməsi haqqında dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının yazılı tələbnamələrinin və qərarlarının yerinə yetirilməməsinə görə —
dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir


Maddə 321. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarının pozulması
321.1. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatının aparılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə —
min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir.

321.2. Bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan təhqiqat barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə —
min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

321.3. Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməməsinə görə —
min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir

Maddə 322. Müvafiq obyektlərin layihələşdirilməsi, tikintisi və istismarı zamanı əməyin mühafizəsi tələblərinin pozulması
322.1. Əməyin qüvvədə olan mühafizəsi standartlarının, qaydalarının və normalarının, təhlükəsizlik texnikasının tələblərinə uyğun gəlməyən istehsalat binalarının və qurğularının layihələşdirilməsinə, tikintisinə və yenidən qurulmasına və ya istehsalat vasitələrinin hazırlanmasına, buraxılmasına, texnologiyaların tətbiqinə yol verilməsinə görə —
vəzifəli şəxslər min iki yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilir.

322.2. İnsanın sağlamlığına olan təsirini müəyyənləşdirmək məqsədi ilə texnoloji, yanğın-texniki, sanitariya-gigiyena, tibbi-bioloji ekspertizadan və digər nəzarət növlərindən keçirilməmiş zərərli maddələrin, xammalın, materialların tətbiqinə görə —
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə edilir.

322.3. Hər hansı yeni və ya yenidən qurulmuş müəssisənin, obyektin, istehsal vasitəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən sertifikat-pasportu olmadan istismara buraxılmasına görə —
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə edilir.

322.4. Yeni tikilmiş və ya yenidən qurulmuş istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan istismara verilməsinə görə —
vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir


Maddə 323. İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında tələbləri yerinə yetirməmə
323.1. İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən səlahiyyətləri daxilində yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə -
fiziki şəxslər beş yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir.

323.2. İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında səlahiyyətli vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş yazılı tələblərini yerinə yetirməməyə görə —
dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir


Maddə 324. Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma
324.1. Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların keçirilməsinə maneçilik edilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud bu orqanların vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri daxilində qəbul etdikləri tələbnamələrin (qərarların) yerinə yetirilməməsinə görə —
vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

324.2. Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə qiymətli kağızlar bazarının peşəkar iştirakçısı, emitent, yaxud özü-özünü tənzimləyən təşkilat tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə —
vəzifəli şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər şərti yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir



Maddə 325. Vergi xidməti sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi
Vergi xidməti sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanunvericiliklə müəyyən edilmiş tələblərinin yerinə yetirilməməsinə görə —
fiziki şəxslər on manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx manatadək miqdarda cərimə edilir


Maddə 326. Gömrük işi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi
Gömrük işində qanunvericiliklə müəyyən edilmiş tələblərin müəssisənin, idarənin və ya təşkilatın vəzifəli şəxsləri və ya digər işçiləri tərəfindən yerinə yetirilməməsinə, eləcə də müəssisələr, idarələr və təşkilatlar üçün mülki-hüquqi xarakterli müqavilələr üzrə işləri yerinə yetirən fiziki şəxsin, gömrük qaydalarının pozulmasına görə göstərilən idarələr, müəssisələr və təşkilatlar məsuliyyətə cəlb edildiyi hallarda, həmin tələbləri yerinə yetirməməsinə görə —
xəbərdarlıq edilir və ya yetmiş beş manatdan yüz əlli manatadək miqdarda cərimə edilir


Maddə 326-1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma
326-1.1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə —
vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.

326-1.2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə —
vəzifəli şəxslər iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir


Maddə 326-2. Feldyeger rabitəsini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olma
Feldyeger rabitəsini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa görə –
xəbərdarlıq edilir və ya on manatdan əlli manatadək miqdarda cərimə edilir

Maddə 326-3. Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müvafiq təqdimatlarının icra edilməməsi
Azərbaycan Respublikası Hesablama Palatası sədrinin qərarı ilə dövlət orqanı, idarə, təşkilat və müəssisənin xəzinə və bank hesabları üzrə əməliyyatlarının dayandırılması barədə təqdimatının xəzinə orqanları və müvəkkil banklar tərəfindən icra edilməməsinə görə —
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilirlər. (


Maddə 326-4. Doğumun qeydə alınması qaydasının pozulması
326-4.1. Tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə –
vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

326-4.2. Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə –
vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

326-4.3. Üzrlü səbəblər olmadan valideynlər tərəfindən doğumun qeydə alınması üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə –
xəbərdarlıq edilir və ya on manat miqdarında cərimə edilir.


Maddə 326-5. Avtomobil nəqliyyatı sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olma
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə —
əlli manat miqdarında cərimə edilir.


Maddə 326-6. Torpaqların dövlət ehtiyacları üçün alınması səlahiyyəti verilmiş hər hansı şəxsin səlahiyyətlərinin həyata keçirilməsinə mane olma
«Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq alınan torpağa daxil olmaq və ya onun üzərində sahibliyin əldə olunması ilə bağlı digər hərəkətləri həyata keçirmək səlahiyyəti verilmiş hər hansı şəxsin səlahiyyətlərinin həyata keçirilməsinə mane olmağa görə —
fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər iki yüz manat miqdarında cərimə edilir.


Maddə 327. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması
327.1. Fiziki şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə —
xəbərdarlıq edilir və ya otuz manat miqdarında cərimə edilir.

327.2. Vəzifəli şəxslər tərəfindən fiziki şəxsləri qeydiyyata almaqdan əsassız imtina edilməsinə, qeydiyyata almaq üçün qanunda nəzərdə tutulmayan sənədlər tələb edilməsinə, habelə qeydiyyata almaqda süründürməçiliyə yol verilməsinə görə —
yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir


Maddə 328. Bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma
Bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə —
yüz manat miqdarında cərimə edilir


Maddə 329. Şəxsiyyət vəsiqəsi olmadan və ya yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşama
Vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına, habelə həmin müddət ərzində yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşamasına görə —
xəbərdarlıq edilir və ya iyirmi manat miqdarında cərimə edilir


Maddə 331. Şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin şəxsiyyət sənədinin, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın və Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərin itirilməsi və ya qəsdən korlanması
Şəxsiyyət vəsiqəsinin pasportun, dənizçinin şəxsiyyət sənədinin, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın və Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərin itirilməsinə və ya qəsdən korlanmasına görə —
otuz manat miqdarında cərimə edilir


Maddə 332. Şəxsiyyət vəsiqəsinin, pasportun və ya dənizçinin şəxsiyyət sənədinin verilməsi qaydalarının pozulması, qanunsuz alınması və ya girov götürülməsi, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydalarının pozulması
332.1. Vətəndaşlara onların şəxsiyyət vəsiqələrinin və ya pasportlarının verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onların verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görə —
səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilir.

332.2. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onun verilməsində süründürməçiliyə yol verilməsinə görə —
vəzifəli şəxslər səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilir.

332.3. Dənizçinin şəxsiyyət sənədinin verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün dənizçidən qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb olunmasına və ya şəxsiyyət sənədinin verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə, habelə onun verilməsi qaydalarının pozulmasına görə —
səksən beş manatdan doxsan manatadək cərimə edilir


Maddə 340-1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması
İşəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə
vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər otuz min manatdan otuz beş min manatadək miqdarda cərimə edilir.


Maddə 341. Dövlət təltifləri barəsində qanunsuz hərəkətlər
Ordenin, medalın, fəxri ad döş nişanının və ya planka üzərində orden və medal lentlərinin buna hüququ olmayan şəxs tərəfindən istifadə edilməsinə, yaxud ordenin, medalın, fəxri ad döş nişanının qanunsuz saxlanmasına görə —
xəbərdarlıq edilir və ya qırx manat miqdarında cərimə edilir


Maddə 348. Möhürün (plombun) qəsdən zədələnməsi və ya qırılması
Bu Məcəllənin 132.1, 139.2 və 147.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna edilməklə, səlahiyyətli vəzifəli şəxs tərəfindən vurulmuş möhürün (plombun) qəsdən zədələnməsinə və ya qırılmasına görə —
otuz manatdan əlli manatadək miqdarda cərimə edilir


Maddə 348-1. İnzibati icraat haqqında qanunvericiliyin pozulması
348-1.0. İnzibati icraat haqqında qanunvericiliyin pozulmasına, yəni:
348-1.0.1. inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarların qəbul olunmasına və ya qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması əsas hesab edilərək müvafiq qərarın qəbulundan imtina edilməsinə, yaxud fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədlərin qəbulundan imtina edilməsinə;
348-1.0.2. inzibati orqan tərəfindən fiziki və ya hüquqi şəxslərin müraciətinə əsasən ərizələrin və inzibati icraatla bağlı digər formulyarların (blankların) nümunələrinin onlara verilməməsinə;
348-1.0.3. inzibati orqanın mənafeyini təmsil edən vəzifəli şəxsin qanunvericilikdə nəzərdə tutulmuş hallarda inzibati icraatda iştirakına və özü-özünə etiraz etməməsinə və ya qanunvericiliklə iştirakına yol verilmədiyi hallarda ekspertin, mütəxəssisin və ya tərcüməçinin inzibati icraatda iştirakına;
348-1.0.4. inzibati orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayışın verilməməsinə və ya göndərilməməsinə, yaxud qanunvericilikdə nəzərdə tutulmuş hallarda təkrar ərizənin yoxlanılmamasına və ərizə ilə bağlı müvafiq qərarın qəbul edilməməsinə və ya inzibati icraatda iştirak edən şəxslərin təqdim etdiyi və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətlərinin işə aid olmaması və ya əsassız olması səbəbindən qəbulundan imtina edilməsinə, yaxud maraqlı şəxsdən qanunvericilikdə nəzərdə tutulduğundan əlavə hər hansı digər sənədin və ya məlumatın tələb edilməsinə;
348-1.0.5. inzibati aktın qəbul edilməsi, inzibati akta edilən düzəlişlər, inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə inzibati orqan tərəfindən maraqlı şəxslərə və ya onların nümayəndələrinə qanunda nəzərdə tutulmuş qaydada məlumatın verilməməsinə;
348-1.0.6. inzibati orqan tərəfindən inzibati icraatda iştirak edən şəxslərin, zəruri hallarda isə şahidlərin, ekspertlərin, tərcüməçilərin və digər orqanların nümayəndələrinin inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar edilməməsinə;
348-1.0.7. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərarın müəyyən edilmiş müddət ərzində qəbul olunmamasına və ya inzibati şikayətin və icraatla bağlı materialların qanunvericilikdə nəzərdə tutulmuş hallarda və müddətdə şikayət instansiyasına göndərilməməsinə görə —
otuz beş manatdan səksən manatadək miqdarda cərimə edilir


Maddə 348-2. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulması
348-2.0. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına, yəni:
348-2.0.1. özəl mühafizə müəssisəsinə və ya hüquqi şəxsin mühafizə bölməsinə mühafizəçi vəzifəsinə işə qəbul edilən namizəd barədə işəgötürən tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə;
348-2.0.2. mühafizəçi tərəfindən fiziki qüvvə və ya xüsusi vasitənin tətbiq edildiyi hər bir halda bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına və prokurorluq orqanlarına məlumat verilməməsinə;
348-2.0.3. mühafizəçi tərəfindən xüsusi vasitə və ya mühafizəçi vəsiqəsi itirildikdə bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə;
348-2.0.4. özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xidməti istifadə üçün verilmiş xüsusi vasitələri mühafizə olunan obyektin hüdudlarından kənara çıxarılmasına və ya istifadə üçün kənar şəxslərə verilməsinə;
348-2.0.5. mühafizəçinin geyim formasını mühafizə olunan obyektin hüdudlarından kənarda daşınmasına;
348-2.0.6. özəl mühafizə fəaliyyətini həyata keçirən şəxs tərəfindən mühafizə olunan obyektlərdə hüquqi şəxsin müvafiq vəzifəli şəxslərinin, habelə mühafizə olunan obyektlərin mülkiyyətçiləri və ya qanuni sahiblərinin yazılı icazəsi olmadan video və audioyazı, foto və kino çəkilişin aparılmasına görə —
fiziki şəxslər iyirmi beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir


Maddə 348-3. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması
348-3.0. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni:
348-3.0.1. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən müştərinin, onun nümayəndəsinin və ya benefisiarın eyniləşdirilməsi, verifikasiyası və məlumatın sənədləşdirilməsi ilə bağlı tələblərə riayət olunmamasına;
348-3.0.2. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlərin saxlanması ilə bağlı vəzifələrin yerinə yetirilməməsinə;
348-3.0.3. hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə;
348-3.0.4. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən nəzarət orqanlarının və ya maliyyə monitorinqi orqanının qanunla müəyyən edilmiş hallarda və qaydada verdikləri yazılı göstərişlərinin vaxtında və ya tam icra edilməməsinə;
348-3.0.5. monitorinq iştirakçıları və ya monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların təqdim edilməsinə və əməliyyatların icra edilməməsinə dair qanunla müəyyən edilmiş tələblərin pozulmasına görə -
vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək miqdarda cərimə edilir.


Maddə 348-4. Ali və orta ixtisas təhsili müəssisələrinin «Tələbə-məzun» dövlət elektron məlumat sisteminə qoşulmaması və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsi
Ali və orta ixtisas təhsili müəssisələrinin «Tələbə-məzun» dövlət elektron məlumat sisteminə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə —
vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilir.


Maddə 169. Dövlət qeydiyyatından keçməmiş elektromaqnit şüalanma mənbələri sayılan rabitə vasitələrinin qurulması və istismarı
Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməmiş elektromaqnit şüalanma mənbələri sayılan rabitə vasitələrinin və ya teleradio verilişlərinin yayımı və ötürülməsi üçün istifadə olunan rabitə vasitələrinin və digər texniki vasitələrin əldə edilməsinə, qurulmasına və ya istismarına, bu vasitələrin realizə edilməsi qaydalarının pozulmasına və radioşüalanmanın texniki normalarına riayət edilməməsinə görə —
bu cür qoşulma nəticəsində istismar edilən rabitə avadanlığı müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər «iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir

Maddə 170. Müvafiq icazə olmadan rabitə şəbəkələrinə və vasitələrinə qoşulma
Qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icazə olmadan rabitə şəbəkələrinə və ya vasitələrinə qoşulmağa görə —
bu cür qoşulma nəticəsində istismar edilən rabitə avadanlığı müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir


Maddə 316. Yanğın təhlükəsizliyi sahəsində qəbul edilmiş qərarın və ya tələbnamənin yerinə yetirilməməsi
316.1. Yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsinə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması, buraxılmasına son qoyulması, satışının dayandırılması, yaxud işlərin (xidmətlərin) dayandırılması barədə qərarın və ya tələbnamənin yerinə yetirilməməsinə görə —
fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

316.2. Ərazilərin, bina və qurğuların layihələşdirilməsində, tikintisində, əsaslı təmirində, yenidən qurulmasında, genişləndirilməsində, yeni texnika ilə təchiz olunmasında yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsi aşkar olduqda ərazilərin, istehsal sahələrinin, aqreqatların işinin, binaların, qurğuların istismarının, tamamilə və ya qismən dayandırılması barədə verilmiş qərarların icra edilməməsinə görə —
fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər yetmiş beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir


Maddə 318. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanların göstərişlərinin yerinə yetirilməməsi
318.1. Əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarının dayandırılması barədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərarın və ya bu orqanın vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri daxilində qəbul etdikləri digər qərarların yerinə yetirilməməsinə görə —
vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda cərimə edilir.

318.2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin iş yerlərinə buraxılmamasına görə —
vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir


Maddə 318-1. Məşğulluğun təmin edilməsi sahəsində məlumatın, hesabatın verilməməsi
318-1.1. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işdən çıxarılacaq işçilər və ya boş iş yeri (vakansiya) barədə müəyyən olunmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanına rəsmi məlumatın verilməməsinə görə —
otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.

318-1.2. Müvafiq icra hakimiyyəti orqanına, həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, kvota üzrə işə qəbul edilənlər və ya işdən çıxarılanlar haqqında müvafiq hesabatın təqdim edilməməsnə görə —
otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir


Maddə 319. Ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi
ətraf mühitin mühafizəsini həyata keçirən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə müəyyən edilmiş tələblərinin və ya qərarlarını yerinə yetirilməməsinə görə —
fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan on səkkiz min manatadək miqdarda cərimə edilir.
XS
SM
MD
LG