-
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Ə.B. Haqverdiyevin «Kimdir müqəssir?» pyesi əsasında tamaşa hazırlanır.
Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat sözçüsü Ağca Muxtarlı verib.
Xəbərdə deyilir ki, əsas binasında təmir-bərpa işlərinin aparılması ilə bağlı müvəqqəti Dənizçilərin Mədəniyyət Evində məskunlaşan teatrda yaradıcı proses bir an belə səngimir.
Hazırda teatrda bir neçə tamaşanın məşqləri aparılır.
Bu əsərlərdən biri «Kimdir müqəssir»dir.
Görkəmli dramaturq bu əsərin janrını «ilahi komediya» kimi təqdim edib.
Tamaşanın quruluşçusu gənc rejissor İradə Gözəlova, rəssamı Nabat Səmədovadır.
Tamaşada rəqslərə xalq artisti Təranə Muradova və Qalina Semyonova quruluş verəcək.
Teatrın sevilən aktyorları, əməkdar artistlər Çingiz Əhmədov, Əkbər Əlizadə, həmçinin tanınmış sənətçilər Ələkbər Əliyev, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Ruslan Mürsəlov, Gültac Əlili, Nigar Qarayeva və başqalarının bu tamaşada iştirak edəcəklər.
Xəbərdə vurğulanır ki, tamaşa gənc rejissor İradə Gözəlovanın Musiqili Komediya Teatrında ilk işidir.
O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 2009 – 2011-ci illərdə A.P. Çexov adına Moskva Akademik Bədaye Teatrının (MXAT) məktəb-studiyasını və Meyerhold adına Mərkəzin magistraturasını bitirib.
İradə Gözəlova müxtəlif teatr səhnələrində «Qəribə oğlan» (İ.Əfəndiyev, Gəncə Dram Teatrı), «Bəlayi-eşq» («Yuğ» Teatrı), «Oğlum» (Meyerhold adına Mərkəz), «Ailə səhnələri» (Lyubimovka dramaturq festivalında, «Dok» Teatrı), «Leyli və Məcnun» (N.Gəncəvi, H. Əliyev adına Saray), «1001 gecə» (Mingəçevir Dram Teatrı) kimi tamaşalara quruluş verib.
«Kimdir müqəssir?» tamaşasının aprel ayında göstərilməsi gözlənilir.