Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:39
Ermənistan prezident seçir
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Ermənistan prezident seçir

Sarkisian 2-ci dəfə prezident seçilir

Ermənistanda seçki başa çatıb. «Exit-poll»un nəticələrinə əsasən, hazırkı prezident S.Sarkisian səslərin 58 faizini toplayır. (Ermənistanda səsvermənin gedişi haqda xronoloji reportaj)

14:18 18.2.2013
MÜSTƏQİLLİK DÖNƏMİNDƏ 5-ci PREZİDENT SEÇKİSİ
Seçki məntəqələri saat 8-dən axşam 20-dək açıq olacaq.
Qeydə alınmış 8 namizəddən 7-i seçki marafonuna qatılıb. Sorğular hazırkı prezident
Serzh Sarkisianın qalib gələcəyini deyir. Onun seçicilərin təxminən 70 faizinin səsini qazanacağı ehtimal edilir.
Keçmiş baş nazir, “müxalifətdə olan “Azadlıq” partiyasının lideri Grant Bagratian onun az-çox rəqibi sayılır.
Namizədlərdən biri Paruyr Hayriyan seçki ərəfəsində güllələnib və hazırda xəstəxanadadır.
Milli Həmrəylik partiyasi sədri Aram Arutunyan isə fevralin 8-də namizədliyini geri götürüb.
MSK 6883 müşahidəçini qeydiyyatdan keçirib. Onlardan 6251-i yerli, 632-i isə beynəlxalq qurumları təmsil edir.
Rəsmi məlumata görə, ölkədə 2 505 882 seçici var.
2008-ci ildə Serzh Sarkisianın qələbəsi edlan ediləndən sonra etirazçılarla polis arasında baş verən qarşıdurmada 10 adam öldürülmüşdü.
14:22 18.2.2013
PREZİDENT SƏS VERİB
O deyib ki, "Ermənistanın gələcəyinə səs verir".
Azadlıq Radiosunun erməni xidməti seçki prosesi ilə bağlı iki video yayıb. Bu video görüntülərdə seçici seçki bülletenini atandan sonra onun pasportuna vurulmuş möhürün asanlıqla silindiyini göstərilir. Möhür hidrogen peroksidlə heç bir iz buraxmadan silinib.
Seçki Məcəlləsinə edilən dəyişikliyə görə, ölkədən kənarda yalnız diplomatik nümayəndəliklərdə və iri şirkətlərdə çalışan ermənilər və onların ailə üzvləri prezident seçkisində iştirak edə biləcəklər. Yerdə qalan ermənilər səs vermək üçün vətənə qayıtmalıdırlar, ya da seçici hüququndan istifadə edə bilməyəcəklər.
14:29 18.2.2013
Ermənistanda prezident seçkilərində namizədlərdən biri – Arman Melikian fevralın 18-də səs verməyə getməyəcəyini deyir.
O əmin olduğunu bildirir ki, seçkinin nəticəsi Serj Sarkisianın xeyrinə saxtalaşdırılacaq.
Melikian Dağlıq Qarabağın separatist hökumətində xarici işlər naziri olub.


Arman Melikian
Arman Melikian


RƏQABƏTSİZ SEÇKİ

Ermənistanda müstəqillik dövründə 5-ci prezident seçkiləridir.
Seçkilərdə 6 rəqibi olan indiki prezident Serj Sarkisian rəy sorğularına görə, 70 faiz səs toplayaraq qalib gəlməlidir.

Yerevandakı Regional Tədqiqatlar Mərkəzinin rəhbəri Richar Giragosian deyir ki, “ bu, tarixdə ən rəqabətsiz seçkilərdir. Bu seçkilərin keçirilməsi ilə bağlı tənqidlər daha çoxdur, nəinki nəticə ilə bağlı mübahisə. Ona görə, indiki prezident Serj Sarkisian udmalıdır”.


Seçkilərin keçirilməsində hakimiyyətə etibarın olmamasını Avropa Şurasının Parlament Assambleyası da vurğulayıb.
AŞPA keçən ay verdiyi bəyanatında yazırdı ki, “seçkilərin keçirilməsinə siyasi partiyaların etimadının olmaması ən böyük narahatlıq doğurur”.

Rəqabətsizliyə gəldikdə, Serj Sarkisiana ən güclü rəqib ola biləcək Levon Ter-Petrosian seçkidə iştirak etmək istəmədi. Erməni Milli Konqresinin ideri, 68 yaşlı Ter Petrosian dekabrda dedi ki, özü də iştirak etməyəcək, başqa namizədləri də dəstəkləməyəcək.

Prezidentə ikinci ən güclü rəqib oliqarx Gagik Tsarukian ola bilərdi, ancaq parlamentdə ikinci ən böyük fraksiyanın lideri Tsarukian namizəd olmaq istəmədi.

Daşnak partiyası da güclü rəqib irəli sürə bilərdi, ancaq sürmədi.

İQTİSADİYYAT

İndiki prezident seçkiləri Ermənistan iqtisadiyyatının böhrandan sonra özünə gəlmək uğrunda mübarizə apardığı dövrə düşüb.

Ermənistanda orta maaş ayda təxminən 300 dollardır.
Ölkənin 3,2 milyonluq əhalisinin 3-də 1-i , yəni 1 milyon adam kasıblıqdan aşağı həddə yaşayır.

Ermənistan Dağlıq Qarabağa görə Azərbaycan və Türkiyə tərəfindən ticarət blokadasındadır.

Reuters agentliyinə müsahibəsində Ermənistanın baş naziri Tigran Sarkisian deyib ki, Ermənistanın növbəti prezidentini çətin problemlər gözləyir.

“adamlar gözləyir ki, prezident ölkənin təhlükəsizliyini və sabitliyini təmin edəcək və və digər sosial və iqtisadi problemlər bu zəmində həll olunacaq. Bu baxımdan həll edilməli ən vacib problem bizim insanlar üçün iş yerlərinin yardılmasıdır”

Ermənistanda işsizlik 16 faizdir.

İKİ ƏLAMƏTDAR HADİSƏ

Seçki kampaniyasının gedişində iki əlamətdar hadisə oldu.
Namizədlərdən biri – Öz müqəddəratını təyin etmə partiyasının sədri 63 yaşlı Paruyr Hairikian yanvarın 31-də evinin yaxınlığında güllə ilə vuruldu.

Digər namizəd – radio rəhbəri və siyasi təhlilçi olan Andreas Ghukasian yanvar ayından aclıq edir. O indiki seçkiləri saxtakarlıq adlandırır. Ghukasian tələb edir ki, Sarkisianın namizədliyini MSK ləğv etsin.

NAMİZƏDLƏR

Serj Sarkisian- indiki prezident və hakim Respublika partiyasının lideri. Dağlıq Qarabağda anadan olub. Dağlıq Qarabağın Azərbaycandan qoparılmasında mühüm rol oynayıb. Ermənistanın daxili işlər naziri, təhlükəsizlik naziri və baş naziri olub.

Raffi Hovanisian – müxalifətdəki İrs partiyasının lideri. Bu partiyanın 131 yerlik parlamentdə 5 yeri var.
ABŞ-da anadan olub. 1991-1992-ci illərdə Ermənistanın xarici işlər naziri olub

Hrant Bagratian- Xırda Azadlıq Partiyasının sədridir. 1993-1996-cı illərdə baş nazir olub.

Paryr Hairikian – Xırda Milli Öz Müqəddəratını Təyin Etmə Birliyi adlanan partiyanın sədridir.

Arman Melikian – Dağlıq Qarabağın keçmiş xarici işlər naziri

Vardan Serdakian – Epik nəzm üzrə ekspert

Andreas Ghukasian - siyasi təhlilçi.


14:58 18.2.2013
KOCHARİAN SƏS VERMƏYƏCƏK

Ermənistanın keçmiş prezidenti Robert Kocharian səs verməyəcək.
Bunu onun ofisinin rəhbəri Viktor Sogomonian bildirib.
O deyib ki, Kocaharian xaricdədir, ona görə də səs verə bilməyəcək.
Azadlıq Radiosunun Erməni xidməti soruşub ki, bu, boykotun bir formasıdırmı?
Sogomonian cavab verib ki, “Mənim fikrimcə, Kocharian ölkədə olsa idi, o səs verərdi”.


Robert Kocharian (solda)
Robert Kocharian (solda)

Davamı

XS
SM
MD
LG