Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:00

Ermənistanda seçkilər tam demokratik olmayıb


Armenia -- Election officials count ballots after polls closed at a polling station in Yerevan, 18Feb2013
Armenia -- Election officials count ballots after polls closed at a polling station in Yerevan, 18Feb2013
-
"Hər kəsə, seçicilərimizə, cəmiyyətimizə təşəkkür edirəm. Bu seçki bir daha göstərdi ki, xalqımız önəmli məqamlarda birləşə və düzgün qərarlar verə bilir. Bu seçkilər bizim gələcək taleyimizi seçməmiz baxımından önəmli idi."


58 yaşlı Serzh Sarkissian dünən keçirilən seçkilərdən sonra öz qələbəsini belə bayram edirdi. Ermənistan Seçki Komissiyasının rəqəmlərinə görə, Sarkissian səsverməyə gələnlərin 58 faizinin səsini qazanıb. Seçkilərdə yetərsay isə 60 faiz olub.

ABŞ-da doğulan keçmiş Xarici İşlər naziri Raffi Hovannisian 36.7 faiz səslə ikinci olub. Amma Hovannisian məğlubiyyətini qəbul etmir və seçkilərin kütləvi saxtalaşdırıldığını bildirib.

Ermənistan rəsmiləri seçkilərdə bəzi pozuntular olduğunu etiraf etsələr də, total saxtakarlıq iddiaları ilə razılaşmırlar.

Beynəlxalq müşahidəçilər isə seçkilərin öncəki ilə müqayisədə daha yaxşı təşkil edildiyini bildirib, amma rəqabətli keçmədiyini və tam demokratik və şəffaflıqdan uzaq olduğunu vurğulayıblar.

ATƏT-in Müşahidə Mİssiyasının rəhbəri Tonino Picula deyib ki,
“Namizədlərin bütün qüvvələri təmsil etməməyi seçicilərin seçim imkanlarını məhdudlaşdırıb. Qeydə alınan namizədlər təşviqat kampaniyalarını sərbəst şəkildə keçirmək imkanı əldə etsələr də, ümumilikdə kampaniya cəmiyyətin bütün təbəqələrinin maraqlarını özündə əks etdirməyib".


MDB Müşahidə Missiyasının rəhbəri Sergei Lebedev isə ümumilikdə seçkilərin çox müsbət və beynəlxalq standartlara uyğun keçdiyini bildirib. MDB Missiyasının rəyinə görə seçkilər çox yaxşı təşkil edilib, seçicilərin bütün hüquqları təmin olunub.

Seçkilərdə Sarkissiana əsl rəqib ola biləcək əsas namizədlər iştirak etməyiblər. Qeydə alınan namizədlərdən biri - Paruyr Hairikian kampaniya vaxtı sui-qəsdə uğrayıb, Andrias Ghukasian isə aclıq aksiyası keçirib.

Ermənistan Mərkəzi Seçki Komissiyası seçki kampaniyasına Sarkissianın 180 min, Raffi Hovannissianın isə 120 min dollar xərclədiyini élan edib.

Seçki nəticələri təxminən exit-polların sonucları ilə üst-üstə düşüb. Gullap təşkilatının keçirdiyi exit-pollarda Sarkissianın 58, Hovanissianın isə 32 faiz topladığı bildirilirdi.

Digər 5 namizəddən ikisi - Grant Bagratyan və Paruyr Hayrikyan 3 faiz, başqaları isə 1 faiz səs toplayıblar.
XS
SM
MD
LG