Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:37

Belarus sərhədçisi «oyuncaq ayı müdaxiləsi»nə görə həbs edilib


İsveçin Studio Total PR şirkəti tərəfindən Belarusa göndərilən ayı
İsveçin Studio Total PR şirkəti tərəfindən Belarusa göndərilən ayı
-

«The Independent» qəzeti yazır ki, «yüzlərlə oyuncaq ayıdan ibarət paraşüt desantı milli təhlükəsizlik üçün ciddi problem yaratmaya bilər, lakin Belarusda bu hadisəni görüb həyəcan qaldırmayan sərhəd keşikçisini iki il müddətinə azadlıqdan məhrum ediblər».

Avropanın «son diktatorluğu» kimi damğalanmış Belarusun səmasına «oyuncaq ayı desantı»nı İsveçin Studio Total PR şirkəti ötən il təkmotorlu təyyarə ilə çıxarıb.

İki saat müddətində radarlara düşməyən kiçik təyyarənin paraşütlərlə atdığı ayıların üstündə insan haqlarına dəstək verən müxtəlif mesajlar yazılmışdı.

Minsk əvvəlcə bu hadisəni təkzib etmək istəsə də, Studio Total öz tryukunun videogörüntülərini YouTube saytına yerləşdirdikdən sonra etiraf etməkdən başqa çarə qalmırdı.

Məhz bundan sonra ölkənin xarici işlər naziri və iki general vəzifəsindən uzaqlaşdırıldılar.

Öz bloqunda oyuncaq ayıların fotolarını yerləşdirmiş jurnalist də həbs olundu.

OYUNCAQ AYILAR PREZİDENTİ ÖZÜNDƏN ÇIXARTDI

Alexander Lukashenko
Alexander Lukashenko
Lakin bundan sonra prezident Alexander Lukashenko-nun etdiyi qəzəbli çıxışından bəlli olub ki, təyyarə radarlara düşübmüş: «Siz təkmotorlu təyyarənin cəzasız olaraq Belarus sərhədini pozması kimi təxribatı necə izah edə bilərsiniz? Vətəndaşlarımızın təhlükəsizliyi bizim ümdə qayğımızdır. Halbuki, təyyarə lap əvvəldən aşkar edilibmiş. Nə üçün onu dayandırmayıblar? Nə üçün yazıqları gəlib? Bu, ayrı-ayrı adamların səhvidir, yoxsa, bütövlükdə sərhədin havadan müdafiə sistemindəki qüsurlardan xəbər verir? Mən bu suallara cavab istəyirəm…».

Oyuncaq ayı zarafatı İsveçə də baha oturub. Səfir də daxil olmaqla, bir neçə isveçli diplomat «persona-non-grata» elan edilərək ölkədən xaric olunub.

Qəzet yazır ki, fəallar Alexander Lukashenko-nun getdikcə güclənən avtoritarlığından şikayət edirlər.

Onun 18 illik hakimiyyəti ərzində respublika diktaturaya çevrilib.

«The Independent» yazır ki, baş vermiş son olaylarla bağlı Londondakı Belarus səfirliyindən şərh almaq mümkün olmayıb.

RESPUBLİKADAN DİKTATURAYA

Amnesty International təşkilatının Belarus üzrə təhqiqatçısı Heather McGill bildirib ki, bu ölkədə, xüsusən də 2010-cu ilin seçkilərindən sonra ən kiçik etiraza belə yol verilmir.

Hətta bir adamın etiraz piketi ona çox baha başa gəlir. O, polis tərəfindən cərimələnir, hətta onu aparan maşının haqqını da özü ödəməli olur.
XS
SM
MD
LG