Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 21:48

Fransız bəstəkar Xocalıya musiqi əsəri həsr etdi


Pierre Thilloy
Pierre Thilloy
-
Tanınmış fransız bəstəkarı Pierre Thilloy Xocalı faciəsinə həsr edilmiş «Xocalı 613» adlı klassik musiqi əsəri bəstələyib.

APA-nın məlumatına görə, Avropa Azərbaycan Cəmiyyətinin sifarişi ilə bəstələnmiş klassik musiqi əsərinin premyerası fevralın 21-də Parisin «Saint Roch» kilsəsində keçiriləcək.

Orion orkestrinin müşayiət etdiyi konsert proqramına dirijor Laurent Petitgirard rəhbərlik edəcək. Əsərin London premyerası isə fevralın 26-da «St John's, Smith Square» kilsəsində baş tutacaq.

Əsərin müəllifi Pierre Thilloy Azərbaycanda yaşayıb və çalışıb.

O, bir sıra musiqi layihələrinin gerçəkləşməsində iştirak edib.

Sonuncu dəfə Pierre Thilloy Bakıda ötən ilin dekabrında—Beynəlxalq Muğam Mərkəzi ilə Fransanın Azərbaycandakı səfirliyinin gerçəkləşdirdiyi bir layihənin icrasında olub.
Bəstəkar Azərbaycan milli musiqisi ilə tanışdır.

Yeni əsərdə Qərb klassik musiqisi ilə ənənəvi Azərbaycan musiqisinin sintez edildiyi bildirilir.
XS
SM
MD
LG