Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:38

İlqar Məmmədov ailə üzvləri ilə görüşüb


İlqar Məmmədov
İlqar Məmmədov
-
Martın 23-də ailə üzvləri həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədovla görüşüblər.

Bu barədə AzadlıqRadiosuna İlqar Məmmədovun ailəsindən məlumat verilib. Bu, həbsindən sonra hərəkat sədrinin ailə üzvləri ilə 3-cü görüşü olub. 40 dəqiqəyə yaxın davam edən görüşdə o, səhhətində hər hansı problem olmadığını deyib. Amma hələ də qəzetləri ala bilməməsindən şikayətlənib.

İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu bu ilin fevralında həbs ediliblər. Barələrində 2 aylıq həbs-qətimkan tədbiri seçilsə də, sonradan bu müddət daha 2 ay uzadılıb.

Onlar Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilir.

Hüquq-mühafizə orqanları bildirir ki, İlqar Məmmədov və Tofiq Yaqublu yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər.

Hər ikisi ittihamları rədd edir.
XS
SM
MD
LG