Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:38

İmişlidə etirazçıları icra başçısı qəbul edib - [Yenilənib]


Azerbaijan. İmishli. Quarry in İmishli
Azerbaijan. İmishli. Quarry in İmishli
-
İmişli şəhərinin sakinləri Araz çayı ətrafındakı otlaq sahələrdə daş karxanalarının tikilməsinə etiraz edirlər. Səhər saatlarında sakinlər etiraz aksiyası keçiriblər. Aksiyadan sonra etirazçıları İmişli İcra Hakimiyyətinin başçısı qəbul edib:


İCRA BAŞÇISI SÖZ VERİB Kİ...

İmişlidə Araz çayı ətrafındakı otlaq sahələrində daş karxanalarının tikilməsinə etiraz edən sakinləri icra başçısı Vilyam Hacıyev qəbul edib.

V. Hacıyev aksiyaçılara söz verib ki, həmin yerdə tikinti aparılmayacaq.

Aksiya iştirakçısı Ziyad Sarıyev Azadlıqradiosuna tələbləri haqqında danışıb:

«İstəyimiz odur ki, Arazboyu torpaqları zəbt etməsinlər. Bir tərəfdən Şəkər Zavodu, digər tərəfdən də bu tikinti. Ekologiyamızı təmiz korlayırlar. Bununla yanaşı birazdan mal-qaranı otarmağa yer tapmayacağıq. İstəyirik tikinti dayandırılsın».

Z. Sarıyev başçının onları ilk dəfə qəbul etmədiyini, bununla bağlı bir neçə dəfə görüşlərinin olduğunu da dedi:

«Yığılıb etiraz edirik, başçı qəbul edir, söz verir ki, həmin ərazidə işi dayandıracq. İki-üç gündən sonra görürük ki, yenə də iş gedir. Bu gün də bizə vəd verdi ki, gedin, arxayın olun ordakı tikintini dayandıracaq. Camaat növbəti dəfə də onun sözünə inanıb dağılışdı. Görək də... Sahibkar deyir 2005-ci ildən alıb torpağı.

Adama deyərlər, bəs bu neçə ili harada idin? Biz bilirik ki, bir-iki ayın söhbətidir. Sadəcə, bələdiyyənin qərarını 2005-ci ildən verirlər ki, adam gəlib istədiyini tiksin. Çox acınacaqlı vəziyyətdə yaşayırıq. Tozun-torpağın içində. Rayonun yiyəsi hara baxır mən bilmirəm».

SAKİNLƏRİ NARAZI SALAN NƏDİR?

İmişli şəhərinin sakinləri Araz çayı ətrafındakı otlaq sahələrdə daş karxanalarının tikilməsinə etiraz edirlər.

Bu barədə AzadlıqRadiosunun bölgə müxbiri xəbər verib.

Aksiyada 50-yə yaxın şəhər sakini iştirak edib:

«Sakinlər ərazidən örüş sahəsi kimi istifadə edirlər. Mal-qara burada otlayır. İndi də otlaq sahəsində qum-çınqıl karxanası tikilməsini istəmirlər. Ərazidə polis yoxdur. Hazırda, sakinlər İmişli Şəhər İcra Hakimiyyəti önünə doğru hərəkət edirlər».

KARXANA TİKMƏT İSTƏYƏN SAHİBKAR DEYİR Kİ...

«Ora 100 hektar ərazidir. Mən yalnız 3-4 hektarından istifadə edəcəm». Bunu ərazidə qum-çınqıl karxanası tikmək istəyən sahibkar Hikmət Qafarov AzadlıqRadiosuna deyib. O bildirib ki, Araz çayı ətrafındakı torpaq sahəsindən 2005-ci ildə 3-4 hektarını sənədlə alıb:

Sahibkar
Sahibkar
«Qanunla torpaq sahəsi əldə etmişəm. Kənd camaatının da burda torpaq sahəsi var. Ondan da əlavə 100 hektar örüş sahəsi var. Ona qarşı heç 100 inək yoxdur burda. Mən də İmişli sakiniyəm, digər sakinlər kimi torpaq sahəm var. 2005-ci ildə almışam. Özümə məxsus olan sahədə sahibkarlıqla məşgul olmaq istəyirəm. Sənədlə, qərarla iş görürəm burda. Hansısa qüvvə onları qızışdırıb salır ortalığa. Karxana işçilərindən Əli adlı şəxsi də döyüblər, indi xəstəxanaya aparılıb».

Mart ayının əvvəlində də İmişlidə eyni səbəbdən dolayı aksiya keçirilmişdi.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi İmişli rayon şöbəsinin müdiri Vüqar Məmmədov AzadlıqRadiosuna bildirmişdi ki, Araz çayının kənarında yerləşən otlaq sahəsində qum-çınqıl karxanası tikilmir. Kəndlilər əvvəlki kimi mal-qarasını həmin örüşdə otaracaq:

«Ərazidə qumun ələnməsi üçün ələk qurulacaqdı. Onu quranlar da bildirdi ki, camaat istəmirsə, biz də istəmirik».
XS
SM
MD
LG