Sabunçunun küçələrini və bəzi evləri su basıb
Bakının Sabunçu rayonunun Əfəndiyev küçəsində evləri su basıb. Ərazidə yaşayan sakinlər AzadlıqRadiosuna bildiriblər ki, iki gündür yağan yağışlar həyətlərə, evlərə dolub. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında bildirilir ki, təxminən 50-yə qədər fərdi yaşayış evi və həyətyanı sahə subasmaya məruz qalıb, 70-ə yaxın sakin xilas olunub. Nazirlik onu da bildirir ki, ərazidə xilasetmə işləri davam etdirilir, yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Arxiv
-
Noyabr 06, 2024
'Tramp bizə yaxın adam olub' - Bakıda sorğu
-
Oktyabr 31, 2024
11 ailə tikinti şirkətinə etiraz edir: 'Bizim prezident hara baxır?'