ADNA-dakı qətliamdan 4 il ötür
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 4 il ötür. Hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verib.ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs "Makarov" tipli tapançadan istifadə edib. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.
Arxiv
-
Noyabr 15, 2024
Polis nəzarətində olan Söyüdlü: 'Camaatın gözü qorxub'
-
Noyabr 06, 2024
'Tramp bizə yaxın adam olub' - Bakıda sorğu