Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:32

Pamukun yaratdığı muzeyi 1 ilə 40 min nəfər ziyarət edib


Pamuk muzeyin açılışı ilə bağlı mətbuat konfransında. 27 aprel 2013
Pamuk muzeyin açılışı ilə bağlı mətbuat konfransında. 27 aprel 2013
-

Nobel mükafatlı türk yazarı Orxan Pamukun İstanbulda açdığı "Məsumiyyət muzeyi"nin bir yaşı tamam olub.

Bu 1 il ərzində muzeyi 40 min insan ziyarət edib.

Muzey yazıçının 2008-ci ildə çapdan çıxan "Məsumiyyət muzeyi" adlı sevgi romanına əsaslanır və Türkiyənin son 40-50 illik tarixini siqaret kötükləri, açarlardan tutmuş fincanlara, divar saatlarına qədər ən müxtəlif əşyalar, eləcə də rəsmlər, fotolar ilə canlandırır.

"Məsumiyyət muzeyi" son 1 ildə həm də dünya mətbuatında haqqında ən çox danışılan türk muzeyi olub.

40 min ziyarətçinin 15 mini əcnəbi olub, 10 mini isə tələbə.

6500 nəfər isə dükanlardan aldıqları "Məsumiyyət muzeyi" romanının son bölümünə vurulmuş pulsuz biletlə gəliblər muzeyə.

Ziyarətçilər muzeyin dükanından romanın baş qəhrəmanları Füsunun taxdığı deyilən sırğalardan və Kamalın "sındırılmış ürəyi"ni alıblar. Eləcə də müxtəlif açıqcalar. Muzey işçilərinə isə ən çox Füsun və Kamalın itmiş fotoları haqda suallar verilib.

Muzeyə dünyanın müxtəlif yerlərindən tanınmış sənətşünaslar, mədəniyyət xadimləri də gələrək Pamukun Türkiyədə muzey işində necə yeniliklər etdiyini gözləri ilə görmək istəyiblər.

İyun ayından muzeyə gələnlər Pamukun öz səsi ilə (audoyazı) eksponatlar haqda məlumatlar da dinləyə biləcəklər.

Ötən il muzeyin açılışı ərəfəsində Pamuk qəzəbli manifestlə çıxış edərək verərək Türkiyədə muzeylərin "dövlət ab-havalı" olmasından gileylənmiş, "Məsumiyyət muzeyi"ni açmasının səbəbini anlatmışdı.

Türkiyənin "Hürriyyət" qəzetinə istinadla oxuzali.az
XS
SM
MD
LG