Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:07

RATİ prezidenti internetlə bağlı qanun dəyişikliyini təsdiqləməməyə çağırır


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)
-

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Milli Məclisin internetdə böhtan və təhqir xarakterli fikirlərə görə cinayət məsuliyyəti yaradan dəyişikliyi qəbul etməsini pisləyən bəyanat yayıb.

RATİ ölkə prezidentini «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli Fəaliyyət Proqramı»na uyğun olmadığı üçün Cinayət Məcəlləsinə edilən dəyişikliyi təsdiq etməməyə çağırır.

Azərbaycan prezidenti ilə yanaşı, beynəlxalq təşkilatlara, özəlliklə Avropa Şurasına və ATƏT-ə üz tutan RATİ ifadə azadlığı ilə bağlı öhdəliklərini yerinə yetirməsi üçün Azərbaycan hökumətinə təzyiqlərin artırılmasını istəyib.

Bəyanatda bildirilir ki, parlamentin qanuna tələsik dəyişiklik etməsində başlıca məqsəd – prezident seçkiləri ilində sosial şəbəkələrdə və təbii ki, bütövlükdə ölkədə fəallığı azaltmaqdır.
XS
SM
MD
LG