Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:40

"Səslərin pulla alınması Eurovision yarışmasının ruhuna ziddir"


-

Litvanın 15min.lt portalı Eurovision finalında səslərin alınması cəhdi ilə bağlı video açıqlayıb. Gizli kamera ilə çəkilən videoda bir qrup arasında kafedə söhbət gedir. Onlardan 2-si digərlərinə təklif edir ki, Eurovision finalında Azərbaycana səs vermək üçün qruplar təşkil etsinlər. 10 nəfərlik qruplar yaradıb Vilnusun müxtəlif rayonlarından lazım olan nömrəyə sms-lər göndərilərsə, hər qrupa 200 avro ödəyəcəklərini bildirirlər.

Videodakı şəxslərin kimliyi məlum deyil. AzadlıqRadiosu ilə söhbətində videonu çəkən jurnalistlərdən biri Liepa Zelniene deyir ki, həmin şəxslər Belarusdan olduqlarını bildiriblər. Onların izinə neçə çıxdıqlarını belə təsvir edir:

“Redaksiyasımıza tələbələr müraciət etdi, bildirdilər ki, cümə günü onlara pul müqabilində Eurovision finalında səs vermək təklif olunub. Şənbə günü bu adamlarla kafedə görüşəcəklər. Biz də özümüzü tələbə kimi təqdim edib bu görüşə getməyi və baş verənləri gizli video ilə çəkməyi qərara aldıq. Söhbət zamanı məlum oldu ki, bu adamlar Azərbaycana səs yığmaq istəyirlər”.

Liepa Zelnienenin sözlərinə görə, həmin şəxslər Litvadan deyildilər, “litovca bir kəlmə də başa düşmürdülər. – Deyir və əlavə edir - Bizə izah etdilər ki, nə vaxt, necə və hansı nömrəyə səs verək. Hər birimizə 2 mobil kart verəcəklərini və öz mobilimizə də əlavə kontur yükləyəcəklərini bildirdilər”.

Jurnaslitin sözlərinə görə, həmin 2 adam bizi inandırmaq üçün xeyli miqdarda nağd pul göstərdilər ki, vəzifəmizin öhdəsindən gəlsək hərəmizə 20 avro ödəyəcəklər. Amma bildirdilər ki, biz 10 nəfərlik qrup yaratmalı və şəhərin müxtəlif yerlərində olmalıyıq ki, eyni nöqtədən gələn kütləvi səsvermə təsəvvürü yaradaraq şübhə doğurmayaq.


15min.lt-nin gizli videosu

-
Gizli video (15min.lt)


Liepa Zelniene deyir ki, həmin şəxslərin Azərbaycanla hər hansı bağlılığı haqda hazırda əllərində heç bir məlumat yoxdur. Gizli çəkilişdən sonra onlarla bir daha görüşməyiblər. Jurnalist araşdırmaların davam etdirildiyini bildirir.

Eurovision mahnı müsabiqəsinin təşkilatçısı Avropa Yayımçılar Brilyinin mətbuat katibi Jarmo Siim 15min.lt-nin məlumatlndan xəbəri olduğunu bildirdi. Onun sözlərinə görə, səslərin alınması haqda ittihamlar yeni deyil, hər il səslənir. Deyir, bütün şübhəli hallar kimi bu videodan doğan məlumatlar da araşdırılacaq. Lakin Jarmo Siim əmindir ki, səsvermə sisteminin texniki prosedurası etibarlıdır və pulla səslərin alınması cəhdlərinin nəticəyə təsir imknalarını tamamilə heçə endirir. Əlavə edir ki, səslərin pulla alınması Eurovision yarışmasının ruhuna zidd olan bir addımdır.

Azərbaycanın Litvadakı səfirliyindən video ilə bağlı hər hansı şərh verə bilməyəcəklərini dedilər.

Səsvermənin nəticələrinə məsul olan yerli yayımçı LRT şirkətinin sözçüsü də hər hansı rəsmi mövqeyin olmadığını bildirdi.
XS
SM
MD
LG