Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:02

«Vallah, sizə səs vermişik!»


Mətbuat icmalı
Mətbuat icmalı
-


«BU DƏFƏ QƏRBİN ŞƏRTLƏRİ XEYLİ AĞIR OLACAQ»

«Bizim yol» qəzeti 21 may tarixli sayında siyasi icmalçı, jurnalist Qulu Məhərrəmlinin müsahibəsini yayımlayıb:

«Bu dəfə Qərbin şərtləri xeyli ağır olacaq» sərlövhəli yazıda, müsahib İctimai TV-də rəhbər dəyişikliyindən sonrakı vəziyyəti, yerli televiziya məkanını şərh edib. O, bu ilin oktyabrında keçirilən prezident seçkisi ilə bağlı fikirlərini də bölüşüb: «İzlədiyim budur ki, bu dəfə Qərbin şərtləri xeyli ağır olacaq. Çünki Qərb Azərbaycandan nə mümkünsə onu alıb, Bakı 90-cı illərdən bəri bir çox şərtləri formal da olsa yerinə yetirib. Amma dünyada bu gün insan haqları problemi önə çıxır, düzdür, təhlükəsiz məsələsində Bakı Vaşinqtonun platformasında dayana bilir. Bununla belə illüziyalara qapılmaq olmaz. Güman etməyin ki, kimsə gəlib hakimiyyəti devirib demokratiya quracaq. Əgər cəmiyyət fəal müstəviyə çıxıb problemlərinin həllini tələb etsə, dəstək olacaq».

«MİLLİLİKDƏN UZAQ «MİLLİ ŞURA» İDEYASI MÜXALİFƏTİ ÜZ-ÜZƏ QOYUB»

Bu başlıqlı yazını «Azərbaycan» qəzeti bu günkü sayında demokratik düşərgənin yaratmaq istədiyi Milli Şuraya həsr edib. Yazıda deyilir: «Artıq bədii əsərlərdən uzaq düşmüş, kinodan əli üzülmüş, bu gün rejissorluqdan daha çox müxalifət düşərgəsində «siyasi dirijor» ampluasında özünü göstərməyə çalışan Rüstəm İbrahimbəyovun gözə kül üfürməsi, deyəsən, ifrat radikal müxalifət funksionerlərinin «kürkünə birə qatıb». Hazırda onlar «Milli Şura» yaratmaq haqqında düşünmürlər, daha çox belə bir çürük ideyadan can qurtarmağa çalışırlar. Amma «qocaman» kinorejissor da «köhnələrdəndir» ha: ssenarini elə qurub ki, can qurtarmaq aqressiv müxalifətə o qədər də asan başa gəlmir».

«VALLAH, SİZƏ SƏS VERMİŞİK!»

«Azadlıq» qəzetinin bu günkü sayında «Vallah, sizə səs vermişik!» sərlövhəli köşə yazısında «Rusiya ilə Azərbaycan arasındakı «Eurovision 2013 Mahnı Yarışması» ilə bağlı qalmaqala toxunulub. Müəllif Şahvələd Çobanoğlu yazır ki, Milli Şura ideyasının Rusiyadan gəldiyini deyib, onu-bunu Moskvaya bağlılıqda ittiham edən Azərbaycan hakimiyyəti «Eurovision» yarışmasında şimal qonşuya yüksək səs verməsini sübut etmək üçün əl-ayağa düşüb: «İlham Əliyevin şəxsən özünün «Eurovision»da Rusiyaya səs verməməyimizdən narahat olması sübut edir ki, Moskvanın qəzəbinin artmasından çox çəkinirlər. Ortadakı gərginlik sadəcə söz deyil. Çamadanlar da problemi həll etməyib. Oyun olsaydı, bunu da oyun kimi davam etdirər, Moskvaya and-aman etməzdilər ki, «vallah, sizə səs vermişik»».
XS
SM
MD
LG