Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:54

S.Lavrov: Eurovision-dakı səs oğurluğu cavabsız qalmayacaq


Russia -- Foreign Minister Sergei Lavrov (R) meets with his Azerbaijani counterpart Elmar Mammadyarov in Moscow, 21May2013
Russia -- Foreign Minister Sergei Lavrov (R) meets with his Azerbaijani counterpart Elmar Mammadyarov in Moscow, 21May2013
-
Azərbaycan və Rusiya Xarici İşlər nazirləri mayın 21-də Moskvadakı görüşdə Dağlıq Qarbaağ danışıqları ilə yanaşı həm də Eurovision mahnı yarışmasında Azərbaycandan Rusiya təmsilçisi Dinara Garipovaya xal verilməməsi məsələsini də müzakirə ediblər.
Elmar Məmmədyarov mətbuat konfransında bir daha əmin edib ki, əslində səslər verilib, ancaq yekunda kiminsə günahı üzündən yoxa çıxıb.

“Azərbaycandakı hər 3 mobil operatorların verdiyi məlumata görə, Rusiya təmsilçisi səsvermədə 2-ci olub. Bu səslər hara gedib? Onlar necə yox olublar? Bu sualı Avropa Yayım Birliyinin tərəfdaşı olduğu üçün bizim ictimai televizya aydınlaşdımalıdır. Amma bu fakt danılmazdır. Bu üzdən Azərbaycan vətəndaşlarının Eurovisionda Rusiya təmsilçisinə verdikləri səslərin taleyi araşdırılacaq”.


Sergei Lavrov da bu olayın cavabsız qalmaması üçün tədbir görəcəklərini deyib.

“Sözsüz ki, bizim, ya Eurovisiondakı təmsilçimizin topladığı 10 xalın oğurlanması sevindirici deyil. Hər şeydən əvvəl bu tədbirin təşkili baxımından. Elmar Məmmədyarovla razılaşdıq ki, Azərbaycanın İctimai televiziyası bu məsələnin aydınlaşdırılması üçün hüquqi prosedurları keçəndən sonra biz səylərimizi birləşdirəcəyik ki, bu biyabırçılıq cavabsız qalmasın”.
XS
SM
MD
LG