Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:18

Kamal Abdullanın «Şah və Şair» tamaşasının premyerası oldu


Kamal Abdullanın «Şah və Şair» tamaşasının premyerası
Kamal Abdullanın «Şah və Şair» tamaşasının premyerası
-
Mayın 22-də Azərbaycan Dövlət Milli Dram Teatrında Kamal Abdullanın «Şah və Şair, yaxud hamı səni sevənlər burdadı...» adlı pyesinin ilk tamaşası olub.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşa eyniadlı pyesin dram teatrı üçün yenidən işlənmiş variantıdır və yazıçının məşhur «Yarımçıq əlyazma» romanında əksini tapan bir motiv əsasında səhnələşdirilib.
Premyeradan öncə AzadlıqRadiosuna danışan müəllif şah və şair mövzusunun, bunların qarşılıqlı münasibətinin və müasir dünyagörüşündə əksinin tamaşanın əsas qayəsini təşkil etdiyini bildirib.
Maraqlı dekorasiyalar, işıq effektləri, musiqi və videoçarxlardan istifadə olunan tamaşanın rejissoru Mikayıl Mikayılov, rəssamı Mustafa Mustafayev, neon effektləri üzrə rəssamı Fərid Ələkbərov, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Tamaşa ikihissəli xəyali oyun kimi təqdim olunub.
Rolları əməkdar artistlər Vidadi Həsənov (Professor/Hüseyn bəy Lələ - Şahın Lələsi), Elşən Rüstəmov (I Aspirant/Şah İsmayıl), Ayşad Məmmədov (Həkim/Vəzir ağa), aktyorlar Hikmət Rəhimov (II Aspirant/ Xızr - Şahın bənzəri), İlahə Həsənova (Qız/Taclı xanım - Şahın arvadı), Oqtay Mehdiyev (Usta/Rəhim yüzbaşı/ Fərraşbaşı Səfiyar), Vüsal Mustafayev (Qorçubaşı, I Qorçu) ifa ediblər.
Ölkənin tanınmış şəxslərinin qatıldığı tamaşa anşlaqla keçib və sürəkli alqışlanıb.
Xatırladaq ki, illər öncə mərhum rejissor Hüseynağa Atakişiyev də bu pyesi tamaşaya qoymuşdu.
XS
SM
MD
LG