Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:25

Rüstəm İbrahimbəyov Əli Həsənovu məhkəməyə verib


Rüstəm İbrahimbəyov və Əli Həsənov
Rüstəm İbrahimbəyov və Əli Həsənov
-

Ziyalılar Forumunun həmtəsisçisi, dramaturq Rüstəm İbrahimbəyov şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovu məhkəməyə verib.

Məhkəmə iyunun 3-də Səbayel rayon məhkəməsində keçiriləcək.

Bu haqda AzadlıqRadiosuna Rüstəm İbrahimbəyovun vəkili Fuad Ağayev məlumat verib.

Vəkil deyir ki, iddiaya səbəb Əli Həsənovun yerli agentliklərdən birinə müsahibəsində R. İbrahimbəyovu qeyri-peşəkar adlandırması, onu Şəhidlər Xiyabanının yaxınlığında restoran və əyləncə yerlərinin tikintisində ittiham etməsidir.

Fuad Ağayev bildirib ki, Rüstəm İbrahimbəyov hələ ötən ilin avqustunda Səbayel rayon məhkəməsinə müraciət etsə də, həmin vaxt məhkəmə iddia ərizəsini qəbul etməmişdi:

«Deyirdilər ki, Əli Həsənovun ünvanı ilə bağlı arayış təqdim etməlisiniz. Ancaq biz ünvanı göstərmişdik. İmtinadan apellyasiya şikayəti verdik, daha sonra Ali Məhkəməyə üz tutduq».

Ali Məhkəmə kasasiyanı təmin edəndən sonra iş baxılmaq üçün Səbayel rayon məhkəməsinə göndərilib.
XS
SM
MD
LG