Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:52

Avropa Birliyi seçkilərə müşahidə missiyası göndərməyə hazırdır


Roland Kobia
Roland Kobia
-
«Avropa Birliyi Azərbaycanda açıq və şəffaf seçki kampaniyası gözləyir».

Bunu iyunun 1-də jurnalistlərə açıqlamasında Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib. O deyib ki, AB bu məsələdə Azərbaycana dəstək verməyə hazırdır:

«Hər zaman olduğu kimi, biz seçkilərə müşahidə missiyası göndərməyə və yerlərdə seçkinin monitorinqi üçün bütün ehtiyatlardan istifadə etməyə hazırıq».

Səfir AB-dən müşahidəçilərin dəvət olunması üçün hakimiyyətdən müsbət ismarışlar aldıqlarını söyləyib.

Yeni yaranan Milli Şuraya münasibət bildirən diplomat seçki ilində partiyaların böyük fəallıq göstərməsinin normal və təbii hal olduğunu deyib.
XS
SM
MD
LG