Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:37

«Taksim»in Erdoğan-dan 7 tələbi


Taksim meydanı
Taksim meydanı
İstanbulda nümayişçilər hökumətdən tələb edirlər ki,

1. İstanbulda Taksim parkında tikinti layihəsindən hökumət imtina etsin

2. Türkiyənin müxtəlif şəhərlərində nümayişçilərə qarşı zorakılığı təşkil edən polis rəisiləri, şəhər valiləri işdən çıxarılsın

3. Həbs olunan nümayişçilər azad olunsun

4. Nümayişçilərə qarşı gözyaşardıcı qaz istifadə edən polislər cəzalansın

5. Söz azadlığına məhdudiyyətlər götürülsün

6. Qaz bombaları və bu kimi vasitələrdən istifadə qadağan olunsun

7. Başda Taksim olmaqla, meydanlarda sərbəst toplaşmaya qadağan götürülsün

Bu tələbləri Taksim Həmrəyliyi Qrupu Türkiyənin baş nazirinin müavini Bulent Arincla görüşdə ona təqdim edib. Taksim Həmrəyliyi Qrupu meydandakı nümayişçiləri təmsil edir.

"HƏR YER TÜRKİYƏ, HƏR YER - MÜQAVİMƏT"

Taksim parkındakı nümayişçilər baş nazir Erdoğanın istefasını tələb edirdilər, Erdoğan xaricdə olduğuna görə nümayişçilərlə görüşməyə onun müavini Arinc razı olmuşdu. Ancaq Arincın nümayişçilərlə iyunun 5-dəki danışqları ərəfəsi polis səhər tezdən İstanbulda və Ankarada nümayişçiləri dağıtmaq üçün yenə su şırnağından və tüstülü qaz qumbarlarından istifadə edib. Halbuki iyunun 4-də Arinc polisin lazım olandan artıq güc işlətməsinə görə hökumət adından üzr istəmişdi.


Taksimdə qırmızı bayraqlar
Taksimdə qırmızı bayraqlar
Azadlıq Radiosunun İstanbuldakı müxbiri Glenn Kates izah edir ki, istisna Taksimə aiddir: “Taksim meydanında bu səhər sakitlikdir. Dünən gecə minlərlə adam meydana axışdı. Onlar “ Hər yer Türkiyədir, hər yer müqavimətdir!” – şüarı qışqırırdı. Dünən Arinc polisin tələb olunandan artıq güc işlətməsinə görə üzr istədi, bundan sonra meydanda bir nəfər də olsun polis yox idi. Ancaq bu, Taksimdə belədir. Qonşu küçələrdə polislə nümayişçilər arasında gecə boyu toquşmalar olub. Polis gözyaşardıcı qazdan istifadə edib”.

Kates xəbər verir ki, cümə günündən İstanbuldan başlanan və Türkiyənin Ankara, İzmir və başqa iri şəhərlərinə yayılan etirazlarda polis-nümayişçi toqquşmalarında 2 adam ölüb, yüzlərlə adam yaralanıb.

Nümayişlər Talksimdə parkın yerində ticarət mərkəzi tikmək layihəsinə etirazdan başlansa da, yerli müşahidəçilərin fikrincə, bir çox adamlar Erdoğan hökumətinin Türkiyənin dünyəvi dövlət quruluşunu getdikcə dəyişib dini dövlət qurmasından narazıdırlar.

Narazılıq o cümlədən, söz azadlığının vəziyyətindəndir. Son günlərin etirazları ilə bağlı sosial mediada yazdığı şərhlərə, verdikləri məlumatlara görə, 25 adam saxlanıb.

CHP millət vəkili Alaattin Yuksel Reutersə deyib ki, bu, İzmirdə olub. Polis 38 mənzilə reyd keçirib, 25 adamı tutub-aparıb. Həmin adamlar insanları çaşdırmaqda ittiham olunublar.

Ancaq başqa məlumata görə, həmin adamlar insanları etirazlara çağırmaqda günahlandırılırlar.

Erdoğan etirazlara münasibətdə hələ ki sərt mövqe tutur. O , Şimali Afrika ölkələrində səfərdədir və Türkiyəyə cümə axşamı qayıdacaq.

Taksimdə bu günki plakatlardan biri, 5 iyun 2013
Taksimdə bu günki plakatlardan biri, 5 iyun 2013

Erdoğanın müavini Arincin üzr istəməsini Reuters agentliyi hökumətin mövqeyinin yumşalması kimi qiymətləndirir. Türkiyənin Milliyət qəzeti buna “Yumşaq mövqe” başlığı qoyub, “Sabah” qəzeti isə bunu hökumətin barışıq təklif etməsi kimi yozur.

Bununla belə, Arincın üzr istəməsi Erdoğanın sərt ifadələri ilə düz gəlmir. Erdoğan Taksimdəki nümayişçilərə”soyğunçu”, “terrorist” deyir.

ABŞ DİPLOMATI ERDOĞANA SUSMAĞI MƏSLƏHƏT GÖRÜR

Maraqlıdır ki, Reuters agentliyi ABŞ hökumətinə yaxın olan diplomatdan Türkiyədəki vəziyyət barədə soruşanda o deyib: “İndiki məqamda əsas narahatlıq odur ki, baş nazir sükutu saxlamalıdır. İndi o nə deyirsə, onun dedikləri hissləri qızışdırır”.

HAKERLƏR HÖKUMƏT KOMPÜTERLƏRİNİ YARIB

“Anonim Türkiyə” adlı haker qrupu isə Taksim nümayişçiləri ilə həmrəy olduğunun nümayişi kimi Erdoğanın ofisinin kompüter sistemini yardığı elan edib.

Hökumət e-maillərə hücum olduğunu boynuna alır. Ancaq bildirir ki, hücum olan e-mailləri sistemdən çıxardıblar.

Haker qrupu isə deyir ki, əldə etdiyi telefon nömrələrini açıqlamayacaq, ancaq hökumətdəki e-maillərin parollarını yayacaq.
XS
SM
MD
LG