Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:55

Vəkil: «Zaur Qurbanlının vəziyyəti pisləşməyə doğru gedir»


Zaur Qurbanlı
Zaur Qurbanlı
-
«Zaur Qurbanlı həbs olunan gündən yazıram ki, bu adam talassemiya xəstəsidir, bu adam həbs oluna bilməz. Artıq həbsdə olduğu bir neçə ayda sağlamlığında kifayət qədər geriləmə var. Bronxial asması güclənib, böyrək çatışmazlığı inkişaf etməyə başlayıb. Əgər bir az da belə getsə, artıq təcili qan köçürmə lazım olacaq. Onun vəziyyəti tədricən pisləşməyə doğru gedir. Geriləməsi gözlə görünəcək qədər hiss olunur».

Bunu həbsdə olan NİDA vətəndaş hərəkatının üzvü Zaur Qurbanlının vəkili Xalid Bağırov deyir.

Vəkil bundan əvvəl Zaur Qurbanlı haqqında həbs-qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün məhkəməyə müraciət edib. Məhkəmə bunu qəbul etməyib.

Vəkil deyir ki, Zaur Qurbanlının səhhəti haqqında hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət edib: «Talessemiya xəstələri mütəmadi nəzarət altında saxlanılmalı xəstələrdir. Penitensiar Xidmətə də müraciət etmişəm ki, ümumiyyətlə, Panitensiar Xidmətin talassemiya xəstələrinin müalicə etmək imkanı varmı? Talessemiya xəstələrinin müalicəsini hər xəstəxana aparmır. Onlar Talessemiya Mərkəzində müalicə olunurlar».

PENİTENSİAR XİDMƏT: «ZAURUN DURUMU QƏNAƏTBƏXŞDİR»

Penitensiar Xidmət İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov deyir ki, Zaur Qurbanlının talessemiya xəstəsi olduğunu bilirlər: «Ancaq onun ümumi durumu qənaətbəxşdi».

Mehman Sadıqov deyir ki, məhkumların və təqsirləndirilən şəxslərin müayinə və müalicəsini Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi həyata keçirir. Zaur Qurbanlının səhhəti və müalicəsi haqqında da onlar məlumat verməlidir. İstirahət günü olduğundan həmin idarədən telefon zənglərimizə cavab verilmədi.

Zaur Qurbanlı aprelin 1-də saxlanıb. Cinayət Məcəlləsinin 228.3 maddəsi ilə ittiham odlu silah saxlamaqda ittiham olunur. Nəsimi Rayon Məhkəməsi üç aylıq həbs qətimkan tədbiri seçib.

Hazırda NİDA hərəkatının 7 fəalı həbsdədir.

Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty İnternational onları vicdan məhbusu sayır.

İlham Aliyev


NİDA Vətəndaş Hərəkatı üzvlərinin həbsini siyasi sifariş hesab edir və həbslərin «Əsgər ölümlərinə son» aksiyasından sonra olduğunu deyir.

İLHAM ƏLIYEV «MOLOTOV KOKTEYLİ»NDƏN DANIŞIR

İyunun 7-də Yeni Azərbaycan Partiyasının beşinci qurultayında çıxış edən İlham Əliyev siyasi opponentləri haqda danışıb. O deyib ki, bəzi daxili qüvvələr xəyanət, satqınlıq mövqeyini tutub:

«Onların siyasi mübarizə üsulu söz deyil, fikir deyil, Molotov kokteylidir... Onların dayaqları xalq deyil, xalqın iradəsi deyil, xaricdən verilən qrantlardır, pullardır. Onların söz azadlığı danos yazmaqdır. Azərbaycanı ləkələməkdir...»

NİDA-nın «MOLOTOV KOKTEYLİ» MÖVQEYİ

NİDA üzvləri saxlanan zaman təşkilat yaydığı bənayatda üzvlərinin evindəki axtarışı «bayağı ssenari» adlandırmışdı:

«Üzvlərimizin həbsi zamanı onlardan «aşkarlanmış» müxtəlif narkotik vasitələr, yandırıcı maddələr və pul şərləmə əməliyyatının tərkib hissəsidir. Bu, rejimin hər zaman opponentlərinə qarşı istifadə etdiyi, lakin bu dəfə bir az daha genişləndirdiyi bayağı ssenarilərin oxşarıdır».

Hərəkat bildirir ki, üzvlərinin evlərindən tapıldığı deyilən 94 min manat, narkotik maddələr və «Molotov kokteyli» adlandırılan əşyaların heç birinin NİDA Vətəndaş Hərəkatına aidiyyəti yoxdur.
XS
SM
MD
LG