Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:56

Mərkəzi Bankın sədri Elman Rüstəmovun Avstriya bankından rüşvət aldığı bildirilir


Elman Rustamov
Elman Rustamov
Azərbaycan və Suriyanın mərkəzi bank sədrləri müqavilə əvəzində Avstriya Mərkəzi bankının pulkəsmə bölməsindən rüşvət alıblar.

Bu barədə vyanalı prokurorlar məlumat yayıb. Onlar Avstriya Mərkəzi bankının sədr müavini də daxil olmaqla dünən 9 nəfərə qarşı rəsmi ittiham irəli sürüblər. İstintaqın gəldiyi nəticəyə görə onlar 2005-2011-ci illər arası müqavilələrə görə, azı 14 milyon avro rüşvət veriblər.

Bloomberg News-un 83 səhifəlik ittiham aktına istinadla verdiyi məlumata görə, Azərbaycan Mərkəzi bankının rəhbəri Elman Rüstəmovla Suriya Mərkəzi Bankının sədri Adib Mayaleh də rüşvət alan məmurlar arasındadırlar. Amma onlara qarşı elə bir ittiham irəli sürülməyib.

Adib Mayaleh telefonla deyilənləri təkzib edib və bildirib ki, onlar Avstriyada pul çap eləmir, onların Rusiya ilə müqavilələri var.

Azərbaycan Mərkəzi bankının nümayəndəsi Namik Əliyev isə məsələyə münasibət bildirməkdən imtina edib və Elman Rütəmovun mobil telefon nömrəsini bilmədiyini deyib.

İttiham 18 aylıq istintaqdan sonra irəli sürülüb. Təqsirləri sübuta yetirilsə, onları 10 ilədək həbs gözləyir.

Avstriya hakimiyyəti 2011-ci ildə bu məsələ ilə bağlı 4 nəfəri həbs edib.

Avstriya Mərkəzi bankının idarə heyəti iyunun 18-də məsələ ilə bağlı fövqəladə iclas keçirəcək.

Avstriya Mərkəzi bankının pulkəsmə bölməsi 1816-cı ildən Afrika, Asiya və Latın Amerikası ölkələri üçün pul kəsir.
XS
SM
MD
LG