Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:25

Kembric Universiteti kitabxanasından qiymətli divanın surəti Bakıya gətirildi


Foto: Arxiv
Foto: Arxiv
-
Əlyazmalar İnstitutu Səfəvilər dövründə yaşamış Azərbaycan şairi, Şah Səfi (1629-1642) və II Şah Abbasın dövründə yüksək dövlət vəzifələrində işləmiş Mürtəzaqulu xan Şamlu Zəfərin Kembric Universiteti kitabxanasında saxlanan şeirlər toplusu divanının surətini əldə edib.

Xəbəri AzadlıqRadiosuna institutun direktor müavini Paşa Kərimov verib.

Üzərindəki qeyddən divanın 1669-cu ildə tamamlandığı məlum olur.

Mürtəzaqulu xan Səfəvilər sarayında eşikağasıbaşı, divanbəyi, qorçubaşı, Kerman vilayəti valisi, Şeyx Səfiəddin türbəsinin valisi və Ərdəbil vəziri vəzifələrində çalışıb.

Onun 839 beytdən ibarət Azərbaycan dilindəki divanı 114 qəzəl, 3 kiçik həcmli məsnəvi, 3 tərkibbənd, 2 tərcibənd, 1 müxəmməs, 1 müstəzad, 5 qitə, 1 rübaidən ibarətdir.
XS
SM
MD
LG