Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:45

Erdogan yeni Osmanlı İmperiyası xəyalına düşüb


Medyatava.com
Medyatava.com
-

Erdogan neo-osmanlı ritorikasını möhkəmləndirmək üçün son dövrlər böyük həvəslə xristian dövlətləri üzərində qazanılmış hərbi qələbələri yada salır.


ERDOGAN YENİ OSMANLI İMPERİYASI XƏYALINA DÜŞÜB


“Die Welt” qəzeti,
Almaniya



Türkiyənin baş naziri böyük miqyaslı tarixi kateqoriyalarla düşünür. Türklər əvvəllər idarə etdikləri yerlərə qayıtmalıdırlar. Lakin, Böyük Süleyman haqqında çəkilmiş serialda bu konsepsiya elə də yaxşı cızılmayıb.

Budur artıq üç ildir ki, Türkiyənin xarici siyasəti özünü qərb KİV-lərinə neo-osmanlı kimi təqdim edir. Belə ki bu günki Türkiyə keçmiş Osmanlı imperiyasının sahib olduğu nüfuz sferasının müasir formasını yenidən qurmağa çalışır. Bir yandan da bu üç il ərizdə Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu bezib usanmadan bu məsələnin cəfəngiyyat olduğunu təkrarlayır.

“Şərqə doğru uzanma” (bəzilərinin təbiriylə “Qərbə arxa çevirmə”) sadəcə vəziyyəti normallaşdırmaq anlamına gəlməlidir, - deyə Türkiyənin xarici işlər naziri bildirir. Onun sözlərinə görə, Türkiyə son dövrlərə qədər yaddan çıxardığı bir şeyi etməli, qonşuları ilə yaxından maraqlanmalıdır.

Bu get-gedə daha sakit, daha coşğusuz, hətta praqmatik və rasional səslənməyə başlayıb. Amma, təəssüf ki, çalışqan xarici işlər naziri öz rəhbəri ilə ziddiyyətə girir.
Osmanlı imperiyası 1481-1683 illər arasında
Osmanlı imperiyası 1481-1683 illər arasında

Ölkənin baş naziri ənənəvi açıq tərziylə Türkiyənin bu regionun bütün işləriylə yaxından maraqlanacağını elan edib, çünki hər şeydən əvvəl region Osmanlı İmperiyasının bir parçası olub. “İçimizdə Osmanlı İmperiyasını yaradanların ruhu var”, - deyə Ərdoğan yenidən doğulmanı elan edib.

“Biz əcdadlarımızın at belində getdikləri yerlərə getməliyik”

Daha sonra o, müxalifət tərəfindən ona yönləndirilən tənqidlərə cavab verib. Müxalifət tamamilə yerinə düşən bir sual vermişdi ki, Türkiyə Qəzzanın Fələstinə aid zolağını, şimali Afrika Sudanını və vətəndaş müharibəsinin baş qaldırdığı Suriyanı itiribmi? Türkiyənin Avropa Birliyinə girməsi üçün Brüsseldə fəallıq göstərmək daha yaxşı olmazdımı? “Biz əcdadlarımızın at belində getdikləri yerlərə getməliyik” – deyə Ərdoğan vurğulayıb. Bu, Serbiyadan Xəzər dənizinə, Yəməndən Əlcəzairə qədər olan ərazilərmi deməkdir?

Ümumiyyətlə, xarici siyasəti maddi maraqlara görə deyil, əcdadların irsi üzərində qurmaq, türk bayraqlarını yüz illər boyu dalğalandığı ölkələrə qaytarmağa can atmaq olduqca qəribə haldır. Bu halda söhbət Kosovo, Albaniya, Bosniya və Macarıstanından gedir. Hələ Vyanan qapılarını demirəm.

Əslində türk maraqlarının Balkan bölgəsini əhatə etməsinə hələlik çox az diqqət göstərilir. Qismən də olsa iqtisadi təzyiqlərlə əlaqəli iqtisadi münasibətlər, həmçinin Fətullah Gülənin türk məktəbləri bu irəliləmənin vektorlarını təşkil edir.Davutoğlunun fikrinə görə, bu Türkiyəni, ən azı regionun, hətta bəlkə bütün dünyanın “qravitasiya mərkəzinə” çevirəcək siyasətin bir hissəsidir. Bu təsəvvürə görə, Türkiyənin ətrafında fırlanacaq peyklər təkcə Yaxın Şərq ölkələri deyil, hətta Balkan ölkələri də olacaq.

Tarixi qələbələrlə bağlı şirin xatirələr.
Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

Ərdoğan neo-osmanlı ritorikasını möhkəmləndirmək üçün son dövrlər böyük həvəslə xristian dövlətləri üzərində qazanılmış hərbi qələbələri yada salır. Elə iki ay əvvəl, o gəncləri 1071 –ci ildə Bizans imperiyası üzərində həlledici qələbə qazanaraq, Anadoluya gedən yolu açmış Alp-Arslandan (o 1063-1072-ci illərdə Böyük Səlcuq imperiyasının sultanı olub) nümunə götürməyə çağırmışdı.

İndi isə Ərdoğan başqa bir döyüşü yada salır: “Bizim aramızda Dumlupınar şəhidlərinin ruhu dolaşır”. Dumlupınar 1922-c ildə türklərin yunanlara qarşı azadlıq müharibəsində həlledici döyüşləridir. Yunanıstan Birinci dünya müharibəsinin bitişi ilə, qərb dövlətləri ilə razılaşaraq Türkiyənin bəzi ərazilərini işğal etmişdi.

Ərdoğanın osmanlı irsinə bağlılığı və bununla belə hərbi mübarizəni yada salması tez-tez nəzərə çarpır. Lakin, o, misal kimi bir qayda olaraq osmanlı hakimiyyəti dövrünə aid olmayan döyüşləri göstərir.

Malazgirt döyüşü zamanı türklər daha çox səlcuqilər kimi tanınırdı və onların qələbəsi osmanlıdan əvvəlki dövrə aiddir. 1922-ci ildə isə Atatürk türk üsyançılarına başçılıq edib, xəlifəlik və sultanlığı ləğv edərək müasir Türkiyənin əsasını qoymuşdur.

Teleserialla bağlı ittihamlar

Həmçinin Ərdoğan heç kimə hücum etməyi planlaşdırmadığını aydınca desə də, digər tərəfdən “bizim səbrimizi sınamayın” və Türkiyə “özünü təhdidlərdən” qorumalıdır kimi bəyanatlar da verir. Həmçinin osmanlılara qarşı mənfi yanaşan türklər indi hədəfə alınıb. Hal-hazırda türk kanallarında XVI əsrdə Macarıstanı tutub, Vyana qapılarına qədər gedib çıxan “Böyük Süleyman” dövründən bəhs edən populyar teleserial yayımlanır.

“Muhteşem Yüzyıl” teleserialı 22 ölkədə, həmçinin Rusiya, Yunanıstan, başqa cənub-şərqi Avropa və ərəb ölkələrində yayımlanır. Kinoda baş rolları, sultanın arvadı və bacısını Almaniyalı türklər Məryəm Üzərli və Səlma Ürgəç oynayırlar. Bu serial hələ 2011-ci ildə ilk göstərilməsi zamanı Türkiyədə müsəlmanlığa köklənmiş millətçilər tərəfindən fəal etirazlarla qarşılandı.

Tarixi fiqurların sevgi həyatı, hərəmxana intriqları və saraydaxili hakimiyyət çəkişmələrinin göstərilməsi onları narahat edib. Ərdoğan belə qəhramanlıqdan uzaq və eyş-işrət düşkünü bir sultanı qəbul edə bilmədi. Axı, baş nazirin sözlərinə görə o, “30 ilini at belində keçirmişdi”.

Türk baş nazirin fikrinə görə, xalqın dəyərləri ilə oynayan şəxslərə qarşı hüquqi tədbirlər görülməlidir. “Biz bununla bağlı lazımi instansiyaları məlumatlandırmışıq və məhkəmənin qərarını gözləyirik”, - deyə Ərdoğan bildirmişdi. Beləcə, o bu sözləri ilə türk məhkəmə sisteminin azad olmadığı ehtimalını da doğrultmuşdu.

Geridəqalmış və millətçi mentalitet

Tarix üzrə məşhur professor Halil Berktay dünyada 150 milyon insanın izlədiyi bu teleserialı tarixlə heç bir əlaqəsi olmayan “cəfəngiyyat” və “sabun operası” adlandırmışdır. Amma onun fikrincə, buna belə sərt reaksiya vermək olmaz:

“Almanlar Otto fon Bismarkın filimlərdə necə təqdim edilməsindən inciməlidirmi? Fransızlar XIV Lüdovikin necə göstərilməsindən inciməlidirmi? Bəlkə ingilislər Aslan Ürəkli Riçardın necə təsvir olunmasından narahat olurlar? Dünyada heç kim mədəniyyəti bu çərçivədə yanaşmır”.

Tarixçinin fikrinə görə, bütün bu debatlar geridəqalmış və millətçi mentalitetin təsiri altındadır. “Türk baş nazirin filmin prodüsserləri və telekanalın sahiblərini hədələməsi, qorxuducu bir senzura nümunəsidir”, - deyə o bildirib.

Bununla belə, Ərdoğan bu məsələyə çox ciddi yanaşır, yəni onun fikrinə görə osmanlılarla bağlı zarafat etmək olmaz. Yeri gəlmişkən, sultan II Əbdül Həmidin (1842-1918) də xeyli iri burnu olub. Buna görə də o qəzetlərdə “burun” kəlməsini işlətməyi qadağan edibmiş. Bəlkə Ərdoğan özünün iybilmə orqanına da qarşı daha tənqidi yanaşmağı öyrənsə yaxşı olar.

Boris Kalnoki, Ciğdem Toprak və Ditrix Aleksandr
28/11/2012
Çevirdi: Namiq Hüseynli
XS
SM
MD
LG