Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:56

Əli Həsənov: «Görün, Azərbaycan prezidentliyinə dəstəyi, dayağı harada axtarırlar?»


Əli Həsənov
Əli Həsənov
-
«Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti sözün həqiqi mənasında milli əhval-ruhiyyə, milli ehtiyaclar və milli maraqlar üzərində qurulub».

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov gənc alimlərin ümumi yığıncağında deyib.

Ə. Həsənov İlham Əliyevə opponentlik edənlər barədə də danışıb:

«İlham Əliyevə opponentlik edən insanlara baxın. Görün, onlar haradan dəstək axtarırlar. Biri deyir, «Hələ mən dəstək üçün xarici ölkələrin hamısından razılıq almamışam. Razılıq alım, Azərbaycan ötüşər, seçici ötüşər. Razılıq alım, gələrəm. Əsas odur ki, bu ölkələrin razılığını alım, gəlim, prezident olum». Görün, Azərbaycan prezidentliyinə dəstəyi, dayağı harada axtarırlar?»

PA rəsmisi deyib ki, Azərbaycan prezidenti İlham Əliyev seçki kampaniyası aparmır və aparmayacaq:

«Ona görə ki, onun seçki kampaniyası aparmağa ehtiyacı yoxdur. O seçkilərin sabahını yox, nəsillərin sabahını düşünür. Onun gördüyü işlər, elə onun kampaniyasıdır. Azərbaycan gəncliyinin elitası, avanqardı, ən şüuru hissəsi İlham Əliyevin namizədliyini dəstəkləyirsə, deməli, onun yürütdüyü siyasət doğrudur».

«SİZ TƏMSİL OLUNMAYANDA İNTELLEKTİ AŞAĞI OLAN İNSANLAR O YERLƏRİ TUTURLAR»

Şöbə müdiri gənc alimlərə xitabən onu da bildirib ki, maaşlarının az olması, mənzil-məişət, ailə və digər sosial problemləri dövlətə məlumdur:

«Amma heç bir dövlət bütün əhalinin sosial qayğılarının eyni vaxtda, eyni müvəffəqiyyətlə həll eləmək gücündə deyil. Dövlət kimdir? Dövlət bizim hər birimizin ailəmizdir. Ailə büdcəsinə müvafiq olaraq hansı işləri birinci eləmək müəyyən olunduğu kimi, dövlətin də büdcəsində nəyi birinci, nəyi ikinci eləməyi dövlət və onun siyasətini müəyyən edən insanlar müəyyənləşdirir. Bu gün sizin hansısa problemləriniz həllini tapmırsa, deməli, ondan daha vacib, həll olunası problemlər var. Amma bu o demək deyil ki, siz sabah o problemlərin həllini görməyəcəksiniz”.

O, gənc alimləri daha yuxarı elitada təmsil olunmağa da çağırıb:

«Siz təmsil olunmayanda intellekti aşağı olan insanlar o yerləri tuturlar. Azərbaycan mətbuatına baxın. Görün, bəzi hallarda kimlər cəmiyyəti yönəltməyə səy göstərir? İntellektual səviyyəsi sizdən qat-qat aşağı, lakin fəallığı sizdən qat-qat yüksək olan insanlar. Niyə onlar Azərbaycan cəmiyyətini yönəltməyə sizdən çox səy göstərməlidirlər?! AMEA gəncliyi bu gün ortaya fəallıq nümunəsi qoymalıdır. Azərbaycan prezidenti akademiya gəncliyindən bunu gözləyir. Çox təəssüflər olsun ki, son illərin praktikasına əsasən gənclər daha çox elmə deyil, biznesə maraq göstərirlər».

PA rəsmisi gənc alimlərin seçkilərdə İlham Əliyevin namizədliyinin dəstəkləməsinə də münasibət bildirib: «Deməli elitar gənclik tərəfindən dəstəklənən siyasət yaşamağa layiqdir».
XS
SM
MD
LG