Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:39

Azərbaycanın BMT qarşısındakı öhdəlikləri müzakirə olunur


Arxiv foto
Arxiv foto
-

İyulun 17-də Bakıda Azərbaycanın BMT qarşısında öhdəliklərinin icrasına həsr olunmuş tədbir keçirilir.

BMT-nin sərbəst toplaşma və birləşmə üzrə xüsusi məruzəçisi Maina Kiai tədbirə Skype vasitəsilə qoşulub.

O, Azərbaycanda İnsan Haqları Evinin qeyd-şərtsiz açılmasına çağırıb. Məruzəçinin fikrincə, bu təşkilatın bağlanması QHT-lərin birləşməsinə, insan haqlarına bir basqıdır. Kiai razılaşdırılmamış aksiyalarda cərimələrin artırılmasından narahatlığını bildirib. Onun fikrincə, bu artım seçkiöncəsi fəallığı azaltmağa yönəlib. Məruzəçi son dövrlər Azərbaycanda insan haqları, sərbəst toplaşma azadlığı sahəsində geriləmənin olduğunu vurğulayıb və bildirib ki, bu, ölkənin beynəlxalq təşkilatlar qarşısında öhdəliklərinə ziddir.

Maina Kiai bugünkü tədbirə qatılmalıydı, Azərbaycan hökuməti ona viza verib. Ancaq poçtda problem yarandığından vizanı gec əldə edib və gələ bilməyib.

İntiqam Əliyev
İntiqam Əliyev
Hüquqşünas İntiqam Əliyev çıxışında poçt probleminin ciddi məsələ olduğunu vurğulayıb. Onun sözlərinə görə, siyasi məhbus İlqar Məmmədov və digər şəxslərlə bağlı Avropa Məhkəməsinə göndərilən məktublar da ünvanına təxminən 20 günə çatır: «Bəzi mənbələrdən aldığımız məlumatlara görə, məktublar açılır, sənədlər yoxlanır».

İntiqam Əliyev çıxışında ATƏT, USAİD və digər beynəlxalq qurumların Azərbaycanla bağlı fəaliyyətini tənqid edib. Onun sözlərinə görə, bu qurumların missiyası insan haqlarına dəstək olmaqdır, ancaq vəsait ayırdıqları layihələrdə hökumətlə əməkdaşlıq məsələsini bir şərt kimi qoyurlar:

«Bu qanunları sərtləşdirənlər Milli Məclisdə, Prezident Administrasiyasında oturanlardır. Onlarla necə əməkdaşlıq edə bilərik?», hüquqşünas USAİD və digər qurumların layihələrinin çoxunun məhz hakimiyyətə bağlı təşkilatlara verildiyini də əlavə edib.

ATƏT-in 2003-cü ildən bəri Azərbaycandakı seçkilər və referendum, hüquqları pozulan və işgəncələrə məruz qalan insanlarla bağlı normal, obyektiv hesabat hazırlamadığını da vurğulayıb.
XS
SM
MD
LG