Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:28

Ana 200 milyonluq sənət əsərini yandırıb [FOTOQALEREYA]


Yandırılmış rəsmlərdən biri: Paul Gauguin-in 1998-ci ildə çəkdiyi “Açıq pəncərə qabağında qız” əsəri.
Yandırılmış rəsmlərdən biri: Paul Gauguin-in 1998-ci ildə çəkdiyi “Açıq pəncərə qabağında qız” əsəri.

Matis. Pikasso. Mone. Qoqen. Freud. De Hans.

Dünya şöhrətli bu rəssamların 100 milyon avrodan 200 milyon avroya qədər qiymətləndirilən əsərləri, daha doğrusu bunların qalıqları ocaqdan tapılıb.

Ana 200 milyon avroluq sənət əsərlərini yandırıb ki, oğluna qarşı ittihamlara maddi dəlil-sübut olmasın.

Bu hadisə Rumıniyada olub.

Olqa Dogaru müstəntiqlərə deyib ki, onun oğluna oğurluq ittihamları irəli sürüləndə öz analıq borcunu bu əsərləri yandırmaqda görüb.

10 İLİN OĞURLUĞU

Keçən ilin oktyabrında Hollandiyanın Rotterdam şəhərində şəkil qalereyasından Pikassonun 1971-ci ildə çəkdiyi “Arlekinin başı”, Monenin 1901-ci ildə çəkdiyi “Vaterloo körpüsü. London”, Matissin 1919-cu ildə çəkdiyi “Ağ və sarı geyinmiş oxuyan qız” , Qoqenin 1898-ci ildə çəkdiyi “Açıq pəncərə qabağında qız” və daha 3 şəkil oğurlandı.

Mone/ Vaterloo körpüsü. London
Mone/ Vaterloo körpüsü. London

Bu, Holandiyada son 10 ildə ən böyük şəkil oğurluğu idi.

Polis oğruların izinə çox tez düşə bildi. Dogarunun oğlu yanvar ayında həbs olunub.

2 DƏFƏ YANDIRIB

Dogarunun sözlərinə görə, həbsdən sonra Dogaru yanvar ayında şəkilləri birinci dəfə yandırıb, qalıqlarını basdırıb.

Dogaru fevral ayında qalıqları çıxarıb, yenə yandırıb.
Ana çalışıb ki, şəkillərin izi-tozu qalmasın.

Rumıniya müstəntiqləri mart ayında tapılan külü kimyəvi analiz edirlər ki, külün məhz şəkillərə aid olduğunu müəyyən etsinlər.

MIXLAR YANMAYIB

Külün şəkillərə aid olduğunun sübutları artıq tapılıb.
Bu sübutlar hansılardır?

Rumıniya Milli Muzeyoinin direktoru Ernest Oberlander-Tarnoveanu: “Rənglərin bəziləri çox zəhərlidir. Belə rənglər indi istifadə olunmur. Bundan başqa külün içində mıxlar tapılıb. Bu, şəkillərin çərçivələrindəndir. Belə mıxlar indi düzəldilmir. Bu mıxlar misdən alınan maddədən düzəldilib”.

Hollandiyada fahişəlik və oğurluqla məşğul olan bir dəstə qalereyada təhlükəsizliyin zəif olmasını görəndə qərara gəlib ki, qalereyanı yarsınlar.

Oktybarın 16-da onlar muzeyə giriblər. Şəkilləri zibil üçün olan plastik torbalarda çıxarıblar. Maraqlıdır ki, çıxanda yol polisi onları az qala saxlayıbmış.

Polis 3 nəfəri həbs edib. Müstəntiqlər deyirlər ki, bu adamların oğurladıqları və indi məhv olmuş şəkillərin dəyəri haqda təsəvvürü belə yoxdur.

Şəkillər özəl Triton Fondundan oğurlanıb. Burda avanqard incəsənət əsərləri toplanır.

Hollandiyada bundan əvvəl ən böyük şəkil oğurluğu 1991-ci ildə Amsterdamda Van Qoq qalereyasından olub. Onda 20 şəkil oğurlanmışdı.


XS
SM
MD
LG